B.e-C.

09:00-18:00

Şənbə

09:00-18:00

Bazar

09:00-12:00
Qəbula yazıl
chat Söhbət
Mayomed

Həkimi seçin

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz
uşaq sinir iflici

Uşaq sinir iflici

3294
Müəllif: Nevroloq Gülnar Həsənzadə

Paylaşıldı: 30.03.2018
Mayomed

Uşaq sinir iflici nədir?

Bu xəstəliyə, həmçinin, beyin iflici də deyilir. Uşaq sinir iflici 6 ayında diaqnozu qoyulan hərəki-hissi funksiyaların pozulması ilə xarakterizə olunan uşaq xəstəliyidir.

Uşaq sinir iflicinin əmələ gəlmə səbəbləri

Xəstəliyin əmələ gəlməsinə səbəb doğuşdan əvvəl, doğuş zamanı və doğuşdan sonra hərəki mərkəzin funksiyasının pozulmasıdır. Bu zaman hərəki aktivliyin zəifləməsi ilk aylarda özünü büruzə verməyə bilər. Bu ona görə baş verir ki, uşaqlarda ilk üç ayda əzələ tonusu çox yüksəkdir, buna hipertonus deyilir. Diaqnoz, əsasən, 3-6 ay arasında qoyulur. Əgər uşaq 4 aylığında başını saxlaya bilmirsə, 5 aylığında əlini əşyalara uzatmırsa, 9 aylığında dəstəksiz otura bilmirsə, 15 aylığında 6-8 söz tələffüz etmirsə, 18 aylığında yerimirsə, bu, artıq həyəcan siqnalıdır. Analar qeyd olunan simptomlara diqqət yetirməli və onlar müşahidə olunarsa, mütləq mütəxəssisə müraciət etməlidirlər.

Uşaq sinir iflicinin formaları

Uşaq sinirinin 4 forması vardır: spastik, extrapiramidal, atomik və qarışıq formalar.

Əgər xəstəlik dörd ətrafı da iflic edirsə, bu kvadroplegiya, iflic iki ətrafdadırsa, yəni bədənin yarı hissəsini tutursa, hemeplegiya, yuxarı ətrafları tutrasa, diplegiya yaxud da paraplegiya adlanır.

Bunaların arasında spastik formaya daha çox rast gəlinir. Bu zaman ətrafların çoxu hipertonusda olur və bu, daha çox aşağı ətraflarda müşahidə edilir. Spastik formanın diaqnozunu qoymaq çox asandır – uşağı ilk 3 aylığında qucağa götürdükdə onun ayaqları çarpazlaşır.

Ekstrapiramidal formaya ən çox nüvə ensefalopatiyası və bilurubin ensefalopatiyası keçirən uşaqlarda rast gəlinir.

Atonik forma əzələ tonusunun tamamilə süst olması ilə xarakterizə olunur. Bu zaman uşaqğı tutmaq, onu dəstəksiz harasa qoymaq qeyri-mümkün olur. Buna səbəb əzələlərin hipotoniyada olmasıdır.

Qarışıq forma yuxarıda qeyd olunan  simptomların qarışıq variantıdır.

Uşaq sinir iflicinin simptomları

Spastik formada əzələlərdə hipertonus müşahidə edilir. Bu zaman ətrafı və ya oynağı açmaq mümkün olmur.

Atonik formada uşaqlarda süstlük qeydə alınır. Bu zaman bütün əzələlərdə hipotonus müşahidə edilir.

Ekstrapiramidal forma əlavə hiperkinezlərlə xarakterizə olunur, yəni uşaqlarda qeyri-iradi əlavə hərəkətlər müşahidə edilir.

Bundan başqa eşitmə problemi, koqnitiv funksiyaların pozulması və s. qeydə alınır.

Uşaq sinir iflici diaqnozunun qoyulması 

Uşaqa sinir iflici diaqnozunun qoyulması klinikaya əsaslanır. Lakin mərkəzi sinir sisteminin digər problemlərinə şübhə yaranarsa, bu zaman pasiyent MRT-yə yönləndirilir. Əgər əlavə ocaqlar, kista, hemotoma və digər problemlər varsa, onların da yanaşı müalicəsi aparılır.

Xəstəlik zamanı koqnitiv problemlərlə yanaşı, qıcolmalara meyillilik də qeydə alına bilər. Bu meyillilik müalicədə fizioterapiya və reabelitasiya metodlarını tətbiq etmək şansını azaldır. Belə ki, bu metod qıcolmaları daha provokasiyası edə bilər.    

Uşaq sinir iflicinin müalicəsi

Uşaq sinir iflicinin müalicəsində yalnız uşaq sinir həkiminin deyil, həmçinin, ortoped, psixoloq, LOR və oftalmoloqun da müdaxiləsi tələb olunur.

Bundan başqa, mütləq fizioterapiya və reabelitasiya metodlarından istifadə etmək lazımdır.

Daha bir müalicə metodu uzay terapiyasıdır. Uzay terapiyası pasiyentin kiçik işlərlə və ya oyunlarla məşğuliyyətinə əsaslanır ki, bu zaman uşağın incə motorikası inkişaf etdirilir.

Uşaq sinir iflicinin müalicəsində, həmçinin, erqoterapiya metodu tətbiq olunur. Burada uşağın əl hərəkətlərinin köməkliyi ilə koqnitiv funksiyalar inkişaf etdirilir.  

Xəstəliyin müalicəsində təbii ki, konservativ müalicə üsullarına da ehtiyac var. Burada nootrop preparatlar, antiepileptik dərmanlar və sinir ötürücülüyünü yaxşılaşdıran digər preparatlardan istifadə olunur. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.