B.e-C.

09:00-18:00

Şənbə

09:00-18:00

Bazar

09:00-12:00
Qəbula yazıl
chat Söhbət
Mayomed

Həkimi seçin

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz
plazmaferez qanın təmizlənməsi

Plazmaferez – qanın təmizlənməsi

30315
Müəllif: Terapevt-kardioloq Mehman Şükürov

Paylaşıldı: 28.03.2018
Mayomed

Plazmaferez haqqında ümumi məlumat

Son illər dünya təbabətində bir sıra xəstəliklərin və potoloji halların müalicəsində qanın ekstrakorporal detoksikasiya metodlarından geniş istifadə olunur. Qanın ekstrakorporal təmizləmə ("qan yuma", "qan dəyişmə") metodlarından ən geniş istifadə olunan plazmaferezdir.

Çox funksional mühit olan qan qanın formalı elementlərindən (eritrosit, trombosit, leykosit) və qanın duru hissəsi olan plazmadan (qan zərdabından) ibarətdir.“Plazmaferez“ termini (yunanca “plazma”-zərdab, “aferezis”-ayırma) qanın duru hissəsi olan qan zərdabının hissəvi ayrılmasını bildirən prosesdir.

Qədim zamanlardan həkimlər bir çox xəstəliklərin müalicəsində qan almadan istifadə edirdilər. Müasir klinik praktikada bu məqsədlə plazmaferezdən istifadə olunur. 

Plazmaferezin müalicəvi təsirləri

Plazmaferezin müalicəvi təsiri çox cəhətlidir. Birinci növbədə qan dövranından xəstəliyi saxlayan və ağırlaşdıran pataloji maddələri birbaşa ayırmaqla plazmaferez detoksikasiya sisteminin funksional vəziyyətini yaxşılaşdırır, qaraciyərə, böyrəklərə və başqa orqanlara toksiki təsiri azaldır, uzun müddət detoksikasiya orqanlarında möhkəmlik ehtiyatı yaradır. Nəticədə orqanizmin xarici təsirlərə müqaviməti artır, müalicə müddəti azalır.

Plazmaferezdən sonra orqanizmin ümumi stimullaşdirıcı reaksiyası yaranır: bütün orqanlarda qan dövranı yaxşılaşır, kapilyar qan dövranının sürəti artır, toxumaların ödemi azalır, hüceyrə qidalanması və tənəffüsü yaxşılaşır, yerli iltihabi reaksiyalar zəifləyir, qan durulaşır.

Plazmaferez orqanizmin immun statusunu korrektə edir, stres vəziyyətlərə reaktivliyini və medikamentoz terapiyanın effektliyini artırır.

Plazmaferz nəinki qanı həmçinin hüceyrə və toxumalarıda patoloji maddələrdən təmizləyir. Nəzərə alsaq ki, zərərli maddələrin əsas hissəsi damar xarici mühitdədir (hüceyrə və toxuma daxili) onda demək olar ki, plazmaferez orqanizmin bütün daxili mühitini (orqan, sistem və toxumaları) patoloji maddələrdən təmizləyir.

Plazmaferezin növləri

Orqanizmi təmizləmə metodları arasında effektivlik, keyfiyyət və təhlükəsizlik baxımından effektiv metodlardan biri də plazmaferezdir.

Şəhərimizin klinikalrinda müalicəvi plazmaferez əsasən  2 üsulla aparılır – membran və sentrifuqalı plazmaferez. Hər 2 üsulun mahiyyəti eynidir - qandan qanın duru hissəsi olan plazma ayrılır.

Membran plazmaferezde 1 və ya 2 vena punksiya olunur. Qan plazma-filtrdən keçərək qanın plazması formalı elementlərdən ayrılır və xüsusi konteynerə yığılır. Bir seans zamanı 500 – 1000 ml plazma ayrılır. Seans 2-3 saat cəkir.

Sentrifuqalı plazmaferez zamanı 1 vena punksiya olunur. Xüsusui birdəfəlik konteynerə  450-500 ml qan yığılır. Konteynerdəki qan aparatda qravitasiya təsirinə məruz qalır və plazma formalı elementlərdən ayrılır. 1 seans zamanı 240 -280 ml plazma ayrılır. 1 prosedur zamanı  bir neçə plazmaferez seansı aparmaq mümkündür. 1 prosedur seansı 45 - 60 dəqiqə çəkir.

Plazmaferez və ozonoterapiya prosedurları yanaşı aparıldıqda müalicəvi təsir daha effektli olur.

Hər bir müalicə metodunda olduğu kimi plazmaferezində göstəriş və əks göstərişləri var.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.