B.e-C.

09:00-18:00

Şənbə

09:00-18:00

Bazar

buraxılış
Qəbula yazıl
chat Söhbət
İnci Psixoloji Reabilitasiya Mərkəzi

Həkimi seçin

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz
Uşaqlarda davranış pozuntus

Uşaqlarda davranış pozuntusu

4181
Müəllif: Psixoloq Günel Nəbiyeva , Əlaqə: 055 365-10-20

Paylaşıldı: 22.11.2019
İnci Psixoloji Reabilitasiya Mərkəzi

Davranış pozuntusu nədir? Müasir dövrdə ailələrdə ən çox rast gəlinən problemlərdən biri də davranış pozuntusudur. Valideylərin şikayətləri daha çox bu tipdə olur ki, "uşağım mənim sözümə qulaq asmır, sakit durmur, dərslərində geriləmələr var" və s. Bu cür narahatlıqlara da davranış pozuntusu demək düzgün olmaz. Davranış pozuntusu daha çox 3-6 yaş aralığında olan uşaqlarda müşahidə edilir. Bununla yanaşı, uşağın yaş dövrünün xüsusiyyətlərini də nəzərə almaq lazımdır. Bildiyiniz kimi 3 yaş dövründə artıq şəxsiyyət formalaşır. "Mən" anlayışı yaranır. Təbii ki, bu zaman uşaqlar sübut etməyə çalışırlar ki, "Mən bunu bacardım".
Xüsusi qayğıya ehtiyacı olan uşaqlarda davranış pozuntuları müşahidə edilir. Ancaq unutmaq lazım deyil ki, bu uşaqlar onu silsiləli formada deyil, qeyri-ixtiyarı şəkildə edirlər.
Xüsusi qayğıya ehtiyacı olan uşaqlarda da davranış pozuntuları müşahidə edilir. Belə ki, autizm sindromlu,uşaq serebral iflici,daun sindromlu,əqli geriliyi olan uşaqlarda davranış pozuntusu daha qabarıq şəkildə özünü göstərir. Ancaq unutmaq lazım deyil ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlarda dərk etmə formalaşmadığı üçün ifadə edə bilmədikləri hər hansı hərəkət və münasibətləri , eyni zamanda sözləri davranış pozuntusu şəkilində ifadə edilər.Bu tipli uşaqlarda müşahidə olunan hallar: Dişləmə, çeynəmə, tüpürmə,əlləri ağzına salaraq selik ifraz etmə, yeməyi ağızdan tökmə,  özlərinə və başqalarını vurma,xətər yetirmə və s.
Müşahidələr onu göstərir ki, bu kimi hallarla rastlaşarkən , soyuqqanlı yanaşmaq, üzərinə getməmək və sakitləşməsini səbrlə  gözləmək lazımdır. Əks halda onların daha aqressiv,davakar və ətrafa ziyan verici halları ilə  qarşılaşa bilərik.
   
Davranış pozuntusunun səbəbləri nələrdir? Davranış pozuntusunun təməl səbəbləri bunlardır:
1) Duyğuların pozulması;
2) Düşüncələrin pozulması. 
   
Duyğuların pozulması nədir? Şəxs qarşıdakı insanla birlikdə əlaqəyə girmirsə, eyni anda empatiya qura bilmirsə, eyni hissləri yaşaya bilmirsə bu, davranış pozuntusunun təməl səbəblərindən biridir. Gələcəkdə bu uşağı özünü yerə atdığı halda, qışqırdığı halda, söz eşitmədiyi halda görə bilərik. Davranış pozuntusunun dəyərləndirilməsində əsas məsələ onun kökünü araşdırmaqdan ibarətdir.

Düşüncə pozuntusu nədir? Uşağın ödənilməmiş duyğusal ehtiyacları qarşısında özünü sevdirmək üçün ortaya qoyduğu bəzi davranışlar var. Məsələn: uşaq anasını dayanmadan öpürsə, onunla oynamaq üçün bəzi xoş olmayan davranışlar edərsə və ya vurub qaçarsa deməli bu, onun tamamlanmamış duyğularının nəticəsidir. Uşaqlar bu hərəkətləri etdikdə düşünürlər ki, "mən bunu etdikdə mənimlə oynayacaqlar, məni sevəcəklər. "Bu düşüncə uşağı yanlış hərəkətlər etməyə sövq edir. Təməl səbəblərlə yanaşı davranış pozuntusuna gətirib çıxaran bir sıra başqa səbəblər də özünü göstərə bilər.
1) Uzunmüddətli aqressiv davranışlar;
2) Yalanlar;
3) Uyğunsuz ifadələrin işlədilməsi;
4) Aşırı hərəkətlilik;
5) Özünü təsdiq etmə istəyi;
6) Diqqət çəkmə istəyi;
7) Heyvanlara, əşyalara zərər vurma;
8) Valideyndən intiqam alma istəyi;
9) Kaprizlər;
10) Şiddətə meyillik.

Davranış pozuntusunun diaqnozu nədir? Davranış pozuntusunu uşaq psixiatrları müəyyən test və metodikalardan istifadə edərək müəyyənləşdirilər. Kompleks şəkildə müdaxilə problemin daha da dərinləşməsinin qarşısını alır. Hər 10 ailənin 8- ində bu problem özünü göstərir və oğlan uşaqlarında qız uşaqlarına nisbətən daha aktiv formadadır. Belə uşaqlarla ilk öncə empatiya qurmaq lazımdır. Qışqırmadan, danlamadan, şiddət göstərmədən onları narahat edən məsələnin kökünə enmək gərəklidir. Bununla yanaşı, uşağınızla bolluca vaxt keçirin. Onun sevdiyi oyunlarla məşğul olun. Uşaqların ən çox ehtiyac duyduğu güvən duyğusudur. Belə ki, hər hansı bir fəaliyyət növü ilə məşğul olduğu zaman onu cəsarətləndirmək lazımdır. Bu, onun gələcək həyatına öz müsbət təsirini göstərəcək. 
Unutmayın, əziz valideynlər, uşağınızın problemi hər nə olursa olsun, onu səbrlə dinləmək və anlamaq lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az