Disqrafiya nədir?
Disqrafiya özünü yazıda göstərən bir problemdir.Ancaq bu problem uşaqda zəka geriliyi olduğu mənasına gəlməməlidir. Disqrafiyası olan uşaqlar çətin oxunan,qarışıq,tez-tez səhvə yol verən bir yazıya sahibdirlər.Ancaq bu,səhv verilən təlimin də nəticəsi ola bilər. Ona görə də,disqrafiyanı düzgün ayırd etmək lazımdır.Disqrafiya müşahidə edilən uşaqların yazısı oxunaqsız olur. Bununla yanaşı,onlarda cümlə qurmada çətinlik, sözlər arasında ya həddindən çox boşluq buraxma və ya əksinə,sözləri boşluq buraxmadan , bitişik yazma halları müşahidə edilir.
Disqrafiyanın əlamətləri nələrdir?Disqrafiyalı uşaqlarda özünü göstərə bilən hallara nəzər salaq:
-Qarışıq yazma;
-Yaşıdlarına nisbətən daha yavaş yazma;
-Sinif işlərində və testlərdə səhvlərə yol vermə,zəif nəticə göstərmə;
-Bir-birinə oxşar hərf və rəqəmləri tərsinə yazma(məsələn,6-9);
- Hecalara düzgün ayra bilməmə;
-Böyük-kiçik hərfləri qarışıq yazma ;
-Hecaların yerini qarışdırma və s.
Disqrafiyanın korreksiyası. Disqrafiya diaqnozu qoyulan uşaqlarda hər gün ən azı 10-15 dəqiqə yazı yazma çalışmaları edilməlidir. Təlimə marağı olmayan uşaqlarda bu prosesi əyləncəli şəkildə etmək daha məsləhətlidir və məqsədəuyğundur. Hər şeydən əvvəl, səslər uşaqlara tam aydın olmalıdır.Məsələn, uşağa “B” hərfini yaz dediyiniz zaman, onu” bı” şəklində tələffüz etsəniz, uşaq əlbəttə “B” deyil, “Bı” kimi yazacaq.Ona görə də, hər bir səsi düzgün tələffüz etməyi bacarmalısınız.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az