Uşaqlarda tonzillit (angina) xəstəliyi
Tonzillit (angina) – udlaq badamcıqlarının iltihablaşmasıdır. Badamcıqlar xarici mühitdən mikrob və infeksiyaların orqanizmə daxil olmasının qarşısını alır.
Uşaq dünyaya gəldikdə bu badamcıqlar praktik olaraq olmur, çünki ana bətni sterildir və buna ehtiyac yoxdur.
İnkişafda olan uşaq orqanizmi xarici mühitlə təmasda olarkən bir çox infeksiya və mikroblarla rastlaşır. Nəticədə müdafiə mexanizmi - badamcıqlar inkişaf edir. Bu proses cinsi yetkinlik dövrünə qədər davam edir.
Badamcıqların böyüməsi normal fizioloji haldır. Lakin onların normadan artıq böyüməsi uşaq orqanizminə mənfi təsir göstərir. Belə ki, tənəffüsün çətinləşməsi, qanın oksigenlə təchizatının pisləşir və s.
Anginanın ilkin əlaməti hərarətin qalxmasıdır – qızdırma 380C və daha yuxarı olur. Baş ağrısıları, udqunduqda ağrılar, halsızlıq müşahidə edilir. Badamcıqların iltihabı adi qızarma və şişkinlikdən başlayaraq, irinli formalaradək inkişaf edə bilər.
Bəzən uşaqlarda angina simptomsuz gedişata malik olur (hərarətin yüksəlməsi, uşağın ümumi halının pisləşməsi və s.). Lakin bu, heç də arxayınlaşmağa əsas vermir. Belə ki, bu, immunitetinin çox zəif olması əlamətidir.
Bütün digər xəstəliklərdə olduğu kimi, anginanın da müalicəsi üçün mütəxəssis müdaxiləsi lazımdır. Bəzən valideynlər bu xəstəliklə mübarizənin yollarını bilirlər, lakin bunu həkimin məsləhəti olmadan etmək olmaz.
Xroniki tonzillitin diaqnozu xarakterik anamnez, otolarinqoloqun müayinəsi və əlavə diaqnostik vasitələr əsasında qoyulur.
Bundan başqa, diaqnostik metodlara aiddir:
Angina əsasən atibiotiklər vasitəsilə müalicə olunur. Tez-tez iltihablaşan badamcıqlar ağız boşluğunda infeksiya mənbəyi yaradır. Nəticədə uşaqlar otit, ağciyər-bronx, kəskin respirator virus xəstəliklərinə meyilli olurlar.
Anginanın tez-tez baş verməsi böyrək, oynaq, hətta ürəkdə problemlərə gətirib çıxara bilər. Tonzillit uşaqların əsəbb sisteminə də mənfi təsir göstərir.
Bəzi hallarda anginanın müalicəsi cərrahi yolla aparılır. Bu müalucə metodu o vaxt tətbiq edilir ki, bütün profilaktika tədbirlərinə baxmayaraq, xəstəliyin qarşısını almaq mümkün olmur.
Bundan başqa, anginanı müxtəlif xalq təbabəti üsulları ilə də müalicə etmək mümkündür. Lakin bu zaman da mütəxəssislə məsləhətləşməyi unutmayın.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az