B.e-C.

buraxılış

Şənbə

buraxılış

Bazar

buraxılış
Qəbula yazıl
chat Söhbət
HekimTap Pro

Həkimi seçin

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz
onurğa yırtıqlarının müalicəsi

Onurğa yırtıqlarının müalicəsi

2859
Müəllif: Fizioterapevt-vertebroloq Şükufə İbrahimova

Paylaşıldı: 26.08.2018
HekimTap Pro

Ümumi məlumat

Uzunmüddətli ostexondroz əvvəl-axır onurğa yırtığının yaranmasına gətirib çıxrır. Bel nahiyəsi xəstəlikləri ilə əlaqədar bütün problemlər effektiv müalicə vasitələri ilə aradan qaldırılır.

Müalicənin hansı üsulla aparılacağını həkim müəyyənləşdirir. Nevroloq pasiyentini cərraha yönəldə və ya fizioterapiya müalicəsini təyin edə bilər.

Fizioprosedurun onurğa yırtığının müalicəsində tətbiqi çox illər əvvəllər populyarlaşmış və burada tətbiq olunan müxtəlif aparatların effektivliyi təcrübədən keçmişdir.

İstilik prosedurları və maqnit, elektrofarez və manual terapiya və bir sıra başqa prosedurlar toxuma şişlərini götürür və sinir köklərinə düşən təzyiqi azaldır – bunun sayəsində pasiyent ağrı hisslərindən azad olur. Bu və ya digər fizioprosedurun tətbiqinin mümkün olub-olmamasını müalicə həkimi müəyyənləşdirir.

Fizioprosedurların məqsədləri

Fizioprosedurların tətbiqi əsasən, aşağıdakı məqsədləri daşıyır:

  1. Metabolizm keyfiyyətinin dəyişilməsi. Bu prosesin pozulması onurğa sütununun dağlmış hissəsinin yerləşdiyi nahiyəyə neqativ təsir göstərir. Fizioprosedurların tətbiqi metabolizm və yırtığın lokallaşdığı yerdə və ətraf toxumalarda maddələr mübadiləsini yaxşılaşdırır.
  2. Xüsusi aparatlar vasitəsilə zədələnmiş toxumaların funksiyaları aktivləşir. Fəqərələrin yeyilmiş və çatlamış nahiyələrində regenerasiya prosesi sürətlənir.
  3. Hüceyrə səviyyəsindəki aclıq azalır. Qan dövranının aktivləşməsi sayəsində orqanların işi, orqan və hüceyrələrin qidalanması bərpa olunur.  
  4. Müəyyən nöqtələrə göstərilən təsir nəticəsində ağrı azalır, pasiyentin vəziyyəti yaxşılaşır.
  5. Əzələ spazmlarının aradan qaldırılması. Onurğa yırtığı sinir köklərinə təzyiq göstərdiyindən əzələlər daim gərgin vəziyyətdə olur, onların boşalması isə ağrıdan azad olmağa və hərəki aktivliyin artmasına zəmin yaradır.

Fizeoprosedurların növləri

Onurğanın zədələnmiş nahiyəsinə təsir göstərmək üçün daha çox aşağıdakılardan istifadə edilir:

  • İsti və soyuq hava;
  • Maqnit dalğaları;
  • Ultrasəs;
  • Su prosedurları;
  • Elektroimpulslar və s.

Məhz hansı fizioprosedurun seçilməsini individual olaraq, yalnız həkim müəyyən eidir. Bunu uğurla həyata keçirmək üçün xəstəlik tarixi və müayinələrin nəticələri öyrənilir.

Onurğa yırtığının fiziposedurlarla müalicəsi pasiyentin ağrılarının və əzələ spazmlarının aradan qaldırılmasına  yönəldilir. Bu məqsədlə elektrostimulayasiya seansları təyin edilir. Bu, bir növ kiçik yüklənmə ilə məşqə bənzəyir, nəticədə hərəkət və qan dövranı yaxşılaşır. Hüceyrə və orqanlar lazımınca qidalanır, əzələlər boşalır, sinir kökləri azad olur və ağrıs aradan qalxır.

Onurğa yırtığı ağrılarının aradan qaldırılmasında istifadə olunan daha bir metod fonoforezdir – bu üsul əzələ lifləri və sinir ucluqlarına ultrasəs vasitəsilə təsirdən ibarətdir.

Fizioterapiyanın əməliyyat sonrası tətbqi

Cərrahi müdaxilədən sonra fizioterapevtik prosedurlar aparmaq olarmı? Bəli, hətta əksər hallarda bu, zəruridir.

Disk yırtığı aradan qaldırıldıqdan sonra fəqərələrə düşən təzyiqə xüsusən diqqət yetirilməlidir. Azhərəkətli həyat tərzi sayəsində yaranan durğunluq ağırlaşmalara səbəb ola bilər.

Lazer terapiyası, onurğaya ultrasəslə təsir, fono- və elektroforez.         

Elektroforez kimi prosedurlar əzələ fəaliyyətinin aktivləşməsi üçün çox faydalıdır. Bu, həm də spazmları götürür və qan dövranını yaxşılaşdırır.

Əməliyyat keçirmiş pasiyentə hansı fizioprosedurun tətbiq edilməsini yalnız yüksək ixtisaslı həkim müəyyənləşdirir.

Müalicə prosedurlarının müddəti, dozası və ardıcıllığı xəstənin vəziyyətindən asılıdır.

Mütəxəssisin müayinəsindən sonra onurğanın zədələnmiş nahiyələrinə və ətraf toxumalara kompleks təsir göstərmək üçün bir neçə  fizioterapevtik prosedur tələb oluna bilər.

Bəzi hallarda həkim fizioterapiyanın müalicəvi bədən tərbiyəsi ilə yanaşı tətbiq olunmasına qərar verir ki, bu da pasiyentin tezliklə sağalmasına kömək edir.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az