B.e-C.

buraxılış

Şənbə

buraxılış

Bazar

buraxılış
Qəbula yazıl
chat Söhbət
HekimTap Pro

Həkimi seçin

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz
kardioskleroz nədir səbəbləri

Kardioskleroz

4579
Müəllif: Kardioloq İslam Əzizov

Paylaşıldı: 29.08.2018
HekimTap Pro

Kardioskleroz nədir?

Kardioskleroz – ürək əzələsi hüceyrələrinin çapıq toxuması ilə əvəzlənməsi nəticəsində baş verən patoloji haldır. Çapıq hüceyrəsi ürək döyünməsi prosesində iştirak etmədiyindən, miokard artıq yüklənmə ilə işləməyə başlayır.

Ürək əzələsinin ölçüləri tədricən böyüyür, sol mədəciyin, daha sonra isə ürəyin digər şöbələrinin hipertrofiyası inkişaf edir. Tədricən hepertrofiyaya uğramış miokardın resursları tükənir, bu isə ürəyin döyünmə qabiliyyətini azalmasına (o, qanı normal cərəyan etdirə bilmir) və qan dövranı çatışmazlığına, yəni ürək çatışmazlığına gətirib çıxarır.

Kardiosklerozun yaranma səbəbləri

Kardioskleroz miokard infarktı, ateroskleroz, miokardit və müxtəlif makrodiodistrofiyalar nəticəsində yaranır.

Bu xəstəliklər, əsasən, qeyri-düzgün həyat tərzindən irəli gəlir:

  • Həddindən artıq yemək;
  • Tütün istifadəsi;
  • Spirtli içkilər;
  • Hipodinamiya (azhətəkətli həyat tərzi) və ya əksinə, normadan artıq fiziki yüklənmələr;
  • Daimi emosional streslər.

Kardiosklerozun əlamətləri

Kardiosklerozun əlamətləri birləşdirici toxumanın miokardın sağlam toxumasına nisbətən yayılmasından asılıdır. Çapıq toxuması çox olduqca, ürək çatışmazlığı və onun əlamətləri bir o qədər çox ifadə olunur: təngənəfəslik, ödem, ürək ritminin pozulması (səyirici aritmiya və ekstrasistoliya).

Kardiosklerotik dəyişikliklər elektrokardioqrafiya, həmçinin exokardioqrfaiya və miokardın radionuklid müayinəsi nəticəsində yaxşı müayinə edilir.

Kardiosklerozun diaqnostikası

Kardioloq kardioskleroz diaqnozu qoyduqda, əvvəlcə anamnez (aterosklerozun, ürəyin işemik xəstəliyinin, əvvəllər miokard infarktının, revmatizm və s. olub-olmamasını), ürək çatışmazlığının nisbi stabilliyini (səyirici aritmiya, ekstrasistoliya) nəzərə alır. Diaqnoz EKQ, ExoKQ, MRT nəticələrinə görə dəqiqləşdirilir.

Kardiosklerozun müalicəsi

Konservativ müalicə xəstəliyin simptomlarının və ürək çatışmazlığının aradan qaldırılmasına  yönəldilir. Ürəkdə metabolizmi yaxşılaşdıran, ritm və keçiriciliyi normallaşdıran, təngənəfəslik və ödemi aradan qaldıran preparalar təyin edilir.

Xəstəyə fiziki aktivliyi məhdudlaşdırmaq tövsiyə olunur.

Ürək anavrezmi yalnız cərrhi yolla müalicə edilir, ritmin geri dönməz pozuntuları zamanı elektrokardiostimulyator yerləşdirilməsi mütləq göstərişdir.

Kardiosklerozun profilaktikası

Kardioskleroz zamanı dozalaşdırılmış fiziki yüklənmələr tövsiyə olunur ki, anevrizm yaranmasın. Bundan başqa, xüsusi pəhriz təyin edilir – heyvan mənşəli piylərin, xörək düzunun və gündəlik içilən suyun miqdarının minimuma endirilməsi tövsiyə olunur.

Kardioskleroz zamanı qəbul edilən prosedurlar:

  • Müalicəvi bədən tərbiyəsi;
  • Masaj;
  • Müalicəvi yeriş;
  • Vannalar (radon, yodbromin, mineral);
  • Duş-masaj;
  • İnfraqırmızı sauna.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az