B.e-C.

buraxılış

Şənbə

buraxılış

Bazar

buraxılış
Qəbula yazıl
chat Söhbət
HekimTap Pro

Həkimi seçin

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz
infeksion endokardit n'dir

İnfeksion endokardit

4770
Müəllif: Kardioloq İslam Əzizov

Paylaşıldı: 30.07.2018
HekimTap Pro

Endokardit nədir?

Endokardit – ürəyin birləşdirici (daxili) qişasının iltihabıdır. Özünü bədən hərarətinin yüksəlməsi, zəiflik, titrətmə, təngənəfəslik, öskürək, döş qəfəsində ağrı ilə büruzə veirir. Bəzi hallarda ürək klapanlarının (əksər hallarda aortal və mitral) zədələnməsinə, ürək qüsuru və ürək çatışmazlığına gətirib çıxarır. Residivlər mümkündür, endokardit 30% hallarda ölümlə nəticələnir.

İnfeksion endokardit aşağıdakı səbəblərdən yarana bilir:

  • Tranzitor bakteriyalar;
  • Endokard və damarların endotelinin zədələnməsi;
  • Hemostaz və hemodinamikanın dəyişməsi;
  • İmmunitetin pozulması.

Bakteriemiya mövcud xroniki infeksiya ocaqları və ya tibbi invaziv manipulyasiyalar səbəbindən yaranır.

Yarımkəskin infeksion endokarditin inkişafında yaşıllaşan streptokokk, kəskin hallrda (məsələn açıq ürək əməliyyatından sonra)  - qızılı stafilokokk, daha az hallarda enterokokk, pnevmokokk, bağırsaq çöpü aparıcı yol oynayır. Son illərdə endokarditin infeksion törədicilərinin tərkibi dəyişib: stafilokokk təbiətli kəskin gedişatlı birincili endokarditlərin miqdarı artıb. Qızılı stafilokokklu bakteriemiya zamanı infeksion endokardit demək olar ki, 100% hallarda inkişaf edir.

Yarımkəskin infeksion endokarditlərin əksəriyyəti anadangəlmə ürək qüsurları və ya ürək klapanlarının revmatik zədələnmələri zamanı inkişaf edir. Ürək qüsurları tərəfindən törədilən hemodinamik pozuntular klapanların mikrotravmalarına (daha çox mitral və aortal) səbəb olur.

İnfeksion endokarditin simptomları

İnfeksion endokarditin gedişatı xəstəliyin yaranma müddəti, pasiyentin yaşından, törədicinin növündən, həmçinin əvvəllər aparılmış antibakterial terapiyadan asılı ola bilər. Yüksək patogen törədici fonunda, adətən, infeksion endokarditin kəskin forması müşahidə olunur və poliorqan çatışmazlıq qeydə alınır, bununla əlaqədər, kliniki mənzərə polimorfizmlə xarakterizə edilir.

İnfeksion endokarditin kliniki əlamətləri, əsasən, bakteriemiya və toksinemiya ilə şərtləndirilir. Xəstə ümumi zəiflik, təngənəfəslik, iştah pozuntusu, bədən kütləsinin azalmasından şikayətlənir.

İnfeksion endokarditin digər simptomları bədən hərarətinin yüksəlməsi, anemiyanın inkişaf etməsi, həmçinin, ürək əzələsinin (miokardit) zədələnməsidir.

İnfeksion endokarditin diaqnostikası

İnfeksion endokardit diaqnozunu dəqiq qoymaq üçün instrumental və laborator müayinələr aparılır. Qanın kliniki analizində çox miqdarda leykositoz və erotrositlərin çökmə sürətinin kəsin artması qeydə alınır. İnfeksiya törədicisini aşkara çıxarmaq üçün qanın bakterioloji əkməsini aparmaq diaqnostik baxımdan çox vacibdir.

İnfeksion endokarditin instrumental müayinəsində daha bir dəyərli üsul ExoKQ-dir. Bunun sayəsində ürək klapanlarındakı vegetasiyaları aşkara çıxarmaq mümkündür.   

Daha dəqiq diaqnostika metodu ürəyin MRT və MSKT-sidir.

İnfeksion endokarditin müalicəsi

İnfeksion endokarditin müalicəsi mütləq qaydada stasionarda aparılır, pasiyentin vəziyyəti yaxşılaşana kimi yataq rejimi, pəhriz təyin edilir.

İnfeksion endokardit zamanı müalicə, əsasən, medikamentoz, xüsusən də antibakterial üsulla aparılır.

İnfeksion endokarditin terapiyasında penisilin qrupundan olan antibiotiklər (aminoqlikozidlərlə kombinasiyada)  yaxşı effekt verir.   

Göbələk endokarditi müalicəyə çətin tabe olduğundan amfoterisin B preparatı təyin edilir (bir neçə həftə və ya ay). Həmçinin, antimikrob xüsusiyyətli digər vasitələrdən (dioksidin, antistafilokokk qlobulin) və qeyri-medikamentoz müalicə metodları – plazmaferez, autotransfuziya təyin edilir.

Yanaşı gedən xəstəliklər (miokardit, poliartrit, nefrit) zamanı müalicəyə iltihab əleyhinə qeyri-hormonmal əlavə edilir – diklofenak, indometasin. Medikamentoz müalicə effekt verməzsə, cərrahi müdaxilə göstərişdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az