B.e-C.

buraxılış

Şənbə

buraxılış

Bazar

buraxılış
Qəbula yazıl
chat Söhbət
HekimTap Pro

Həkimi seçin

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz
ekstrasistoliya ümumi məlumat əlamətləri

Ekstrasistoliya

2434
Müəllif: Kardiloq İslam Əzizov

Paylaşıldı: 06.09.2018
HekimTap Pro

Ekstrasistoliya ümumi məlumat

Ekstrasistoliya - ürəyin ritm pozulmalarından ən çox rast gəlinən patologiyalarında olub, ürək əzələsinin heterotrop oyanması və vaxtından əvvəl yığılması ilə xarakterizə olunur.

Statistikaya görə təqribən hər 10 xəstədən 6-da müşahidə edilir.  50 yaşından sonra ekstrasistoliyanın rastgəlmə tezliyi 90 faizə çatır. Sağlam ürəyin də sutka ərzində növbədən kənar döyünməsi mümkündür. Buna adətən stress, tütündən istifadə, spirtli içkilər, tünd çay və ya qəhvə qəbulu səbəb ola bilər.

Ekstrasistoliyanın əlamətləri

Ekstrasistoliya çox vaxt simtomsuz gedişata malik olur və xəstəlik adətən təsadüfən EKQ müayinəsi zamanı üzə çıxır. Lakin bəzən patologiya özünü ciddi əlamətlərlə büruzə verir. Adətən ekstrasistoliya bərk ürək döyüntüsü, ürəyin dayanması hissi və ya qısa dayanmadan sonra döyüntülərin kəskin şəkildə bərpa olunması kimi üzə çıxır.

Bundan başqa, ekstrasistoliyalar ürək nahiyəsində vegetativ və nevroloji simptomlara özünü bildirir.

Ekstrasistoliyanın diaqnostikası

Ekstrasistoliya diaqnozu kardioloq və ya terapevt tərəfindən xəstənin şikayətləri əsasında və EKQ-monitorinq  əsasında qoyulur.

Ekstrasistoliyanın müalicəsi

Ekstrasistoliyanın xüsusi müalicəsi ağır patologiyalar potensialı olduğu zaman aparılır. Əksər hallarda əsas xəstəliyi (ateroskleroz, tireotaksikoz, bağırsaq xəstəlkləri, piylənmə və s.) müalicə etmək lazımdır.

Ekstrasistoliyanın aradan qaldırılması üçün istifadə olunur:

  • Yataq rejimi
  • Müalicəvi gimnastika
  • Iltihabəleyhinə preparatlar
  • Kalium və maqnezium tərkibli vasitələr
  • Sakitləşdirici preparatlar

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az