B.e-C.

buraxılış

Şənbə

buraxılış

Bazar

buraxılış
Qəbula yazıl
chat Söhbət
HekimTap Pro

Həkimi seçin

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz
blefarospazm nədir səbəbləri

Blefarospazm

3383
Müəllif: Ofatlmoloq Günel Muradova

Paylaşıldı: 05.09.2018
HekimTap Pro

Blefarospazm nədir?

Blefarospazm – göz qapaqlarının qeyri-iradi qapanması ilə müşayiət olunan nevroloji patologiyadır. Bəzi hallarda blefarospazm ağrıya reaksiya kimi də meydana çıxa bilər. Bu sindrom qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Güclü ifadə olunmuş formalarda gözləri açmaq çətinləşir, xəstə sakitləşdirici preparatlar qəbul etmək məcburiyyətində qalır.

Üzün dairəvi əzələlərinin yüksək aktivliyi zamanı sindrom təhlükə daşımır, lakin blefarospazm xroniki hala keçərsə, psixoloji travmalar, ətrafdakılarla ünsiyyətdə çətinlik, peşəkar sahədə problemlər yarana bilər.

Blefarospazmın yaranma səbəbləri

Xəstəliyin inkişafına səbəb olan faktorlar dəqiq məlum deyil, lakin bəzi fərziyələr mövcuddur.

Onlara aiddir:

  • Neyroleptik xarakterə malik preparatların qəbulu;
  • Supranuklear iflic (gözlərin  hərəkət məhdudluğu və boyun əzələlərinin zəifləməsi);
  • Parkinson xəstəliyi;
  • Gözdə yad cism;
  • Trixiaz;
  • Göz xəstəlikləri (blefarit);
  • “Quru göz” sindromu.

Blefarospazmın əlamətləri

Xəstəlik göz qapaqlarının kontrol edilməyən qapanması ilə xarakterizə olunur. Gecikmiş mərhələlərdə blefarospazm “mexaniki korluğa” səbəb ola bilər – bu zaman insan göz qapaqları tam qapanmış olduğundan görə bilmir.

Blefarospazm, həmçinin özünü aşağıdakı simptomlarla büruzə verir:

  • Göz qapaqlarının dartılması;
  • Dilin spazmı;
  • Göz yaşı ifrazının pozulması;
  • Qırtlaq əzələsinin spazmı.

İlkin mərhələdə blefarospazm birtərəfli olur və onun əlamətlərini oftalmoloq və nevroloq kontrol etməlidir. Güclü qıcıqlandırıcılar fonunda (parlaq işıq, səs, həyəcan) simptomlar güclənə bilər. Sonrakı mərhələlərdə blefarospazm həmişə ikitərəfli olur.

Blefarospazmın müalicəsi

Blefarospazm bir çox başqa xəstəliklərdən, məsələn, stomatoloji və burun-boğaz problemlərindən yarana bilər. Bu zaman əsas müalicə stomatoloq və ya otolarinqoloq tərəfindən aparılır.

Ofatolmaloq müalicəsi başlıca problem göz xəstəliyi ilə əlaqədar olan zaman tələb olunur.

Blefarospazm – yalnız bir xəstəliyin simptomudur və bu əlamət aradan qalxarsa, xəstəlik də müalicə olunar.

Blefarospazm vaxtında müalicə edilməzsə, tədricən ciddi xəstəliyin dayanıqlı simptomuna çevrilə bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az