B.e-C.

buraxılış

Şənbə

buraxılış

Bazar

buraxılış
Qəbula yazıl
chat Söhbət
HekimTap Pro

Həkimi seçin

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz
arterial hipotoniya nədir

Arterial hipotoniya

14823
Müəllif: Kardioloq İslam Əzizov

Paylaşıldı: 15.09.2018
HekimTap Pro

Arterial hipotoniya nədir?

Arterial hipotoniya (arterial hipotenziya) arterial təzyiqin aşağı düşməsi sindromu olub, sistoloji təzyiqin (yuxarı təzyiqin) 100 mm.c.s, diastolik təzyiqin isə 60 mm.c.s.-dan aşağı olması ilə xarakterizə edilir.

Bu sindromdan daha çox qadınlar və yeniyetmələr əziyyət çəkirlər.

Arterial hipotoniyanın yaranma səbəbləri

Arterial hipotoniyanı multifaktor vəziyyət kimi nəzərdən keçirmək lazımdır. Birincili arterial hipotoniyanın səbəbi 80% hallarda neyrosirkulyar distoniyadır.

İkincili arterial hipotoniya artıq mövcud olan digər xəstəliklərin əlaməti kimi üzə çıxır. Buraya anemiyanı, mədə xoralarını, dempinq-sindromu, hipotireozu, kardiomiopatiyaları, miokardit, aritmiyaları, diabetik neyropatiyaları, boyun osteoxondrozunu və s. aid etmək olar.

Kəskin arterial hipotoniya massiv qanaxma, susuzlaşma, travmalar, zəhərlənmələr, anafilkatik şok, ürək fəaliyyətinin qəfil pozulması fonunda yarana bilər.

Xroniki arterial hipotoniya uzunmüddətli gedişata malikdir. Bu zaman orqanizm aşağı təzyiqə uyğunlaşır ki, bunun sayəsində kəskin ifadə olunmuş əlamətlər qeydə alınmır.

Arterial hipotoniya, həmçinin B, C, E vitaminləri defisitindən, düzgün təyin olunmayan dietalardan, arterial hipertenziyanın müalicəsi üçün təyin edilmiş dərman preparatlarının doza aşmasından da yarana bilər.

Arterial hipotoniyanın əlamətləri

Kəskin formalı arterial hipotoniya özünü aşağıdakı əlamətlərlə büruzə verir:

  • Baş gicəllənmə;
  • Görmənin qısamüddətli pozulması;
  • Səndələmə;
  • Dəri örtüklərinin avazıması;
  • Bayılmalar.

Xroniki ikincili hipotoniyada əsas xəstəliyin simptomıları ön plana çıxır. Bundan başqa, pasiyentlərdə zəiflik, apatiya, yuxululuq, baş ağrıları, emosional ləbillik, yaddaşın pozulması, termorequlyasiyanın pozulması, ayaq və əllərin tərləməsi, taxikardiya müşahidə olunur.

Arterial hipotoniyanın uzunmüddətli gedişatı qadınlarda menstrual tsiklin pozulmasına, kişilərdə isə erektil disfunksiyaya gətirib çıxara bilər.

Arterial hipotoniyanın müalicəsi

Arterial hipotoniyanın müalicəsinə arterial təzyiqin düşmə səbəbi dəqiq məlum olduqdan sonra başlanılır.

İkincili simptomatik hipotenziyada təsir obyekti əsas xəstəlikdir. Neyrovegetativ genezli arterial hipotoniya vegetativ disbalansın korreksiyasını, medikamentoz və qeyri-medikamentoz müalicə tələb edir.

Müalicəvi - sağlamlaşdırıcı tədbirlərə gündəlik rejimin normallaşdırılması, müxtəliv növ psixoterapiyalar, su prosedurları, hidromasaj, fizioterapiya, aromaterapiya və s. aiddir.  

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az