B.e-C.

buraxılış

Şənbə

buraxılış

Bazar

buraxılış
Qəbula yazıl
chat Söhbət
HekimTap Pro

Həkimi seçin

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz
uşaqlarda rotavirus infeksiyası

Uşaqlarda rotavirus infeksiyası

4940
Müəllif: Pediatr Xəyalə Quliyeva

Paylaşıldı: 21.08.2018
HekimTap Pro

Uşaqlarda rotavirus infeksiyası nədir?

Rotavirus infeksiyası virus etiologiyalı patologiya olub, mədə və bağırsaqalrın zədələnməsi (rotavirus qastroenteriti ) ilə özünü büruzə verir. Orqanizmdə güclü susuzlaşma yaratdığı üçün 3 yaşa qədər uşaqlar üçün xüsusi təhlükə daşıyır.

Uşaqların 95%-i rotavirus bağırsaq infeksiyasını 5 yaşınadək keçirir. Adətən, immun sistem bu xəstəliklə müstəqil mübarizə aparır, lakin südəmər körpələr rotavirusu ağır keçirilər. Bu dövrdə çox miqdarda qusma və diareya nəticəsində susuzlaşma 6 saat ərzində baş verə bilər.

Uşaqlarda rotavirus infeksiyasının yaranma səbəbləri

Rotavirus qastroenteriti bağırsaq infeksiylarının bir növü olub, “Reovirus” ailəsinə məxsus Rotavirus infeksiyası tərəfindən törədilir. Bu ailənin tanınmış 9 növündən insan üçün təhlükə yaradanı - A,B və C viruslarıdır. Əksər hallarda xəstəlik A virusu tərəfindən törədilir (təqribən 90% hallarda).

Rotavirus qastroenteriti diaqnozu daha çox 6 aydan 3-4 yaşadək uşaqlarda qoyulur. Səbəb isə odur ki, 6 aylığından sonra körpə qarışıq süni qidalanmaya keçir bu isə infeksiayaya məişət yolu ilə yoluxma riskini artırır. Bu perioda qədər isə körpələr yalnız ana südü ilə qidalandığından infeksiyaya nadir hallarda yoluxurlar.  

95% hallarda uşaqlar rotavirus qastroenteritini 5 yaşadək keçirirlər. Bu dövrdə yaranan immunitet sayəsində məktəbəqədər və bundan yuxarı yaşlı uşaqlarda xəstəliyə az-az rst gəlinir.

Uşaqlarda rotavirus infeksiyasının əlamətləri

Xəstəliyin əlamətləri aşağıdakılardır:

  • Qıcıqlılıq;
  • Ağlağanlıq;
  • Göz yaşı olmadan ağlamaq;
  • Sidik ifrazının azalması;
  • Dərinin qurulaşması;
  • Selikli qişaların quruluğu;
  • Yuxululuq;
  • Dəri elastikliyinin azalması;
  • Taxikardiya.

Uşaqlarda rotavirus infeksiyasının diaqnostikası

Rotavirus infeksiyasının diaqnostikası üçün ekspress-analizlərdən istifadə olunur. Bunun vasitəsilə xəstənin nəcisindəki törədici aşkarlanır.

Diaqnostika məqsədilə, həmçinin immunoferment analizdən də yararlanırlar. Lakin əksər hallarda, xüsusən də ambulator müalicədə diaqnostika infeksiyanın kliniki əlamətlərinə əsaslanır.

Uşaqlarda rotavirus infeksiyasının müalicəsi

Müalicə simptomatikdir, yəni xəstəliyin simptomları ilə mübarizəyə yönəldilir. Yüngül formalarda oral rehidratasiya terapiyasındnan istifadə olunur.

Oral regidratasiya terapiyası diareyanın ilkin əlamətləri üzə çıxdıqda tətbiq olunur və vəziyyət stabilləşənədək (qusma və nəcisin mayeşəkilli olması aradan qalxanadək) davam etdirilir.

Əgər maye qəbulu mümkün deyilsə və qusma yaranırsa, təcili müdaxilə tələb olunur.

Bağırsaq infeksiyası əlamətləri müşahidə edilərsə, çalışıb uşağın südlə qidalandırılmasını davam etdirmək lazımdır. Ana südünün tərkibində infeksiya ilə mübarizə üçün lazım olan bütün mikroelement, mineral və antitellər mövcuddur.  

Rotavirus infeksiyası ilə mübarizə aparmaq üçün etiotrop (xəstəliyin səbəbinin aradan qaldırılmasına yönəldilmiş) vasitələr mövcud deyil. Virus əleyhinə preparatlar rotavirusun əlamətləri ilə mübarizə apara bilmir, xəstəliyin inkişaf müddəti və nəticəsinə təsir göstərmir.

Bəzi göstəricilərə görə, probiotiklər rotavirus qastroentereritləri zamanı diareyanın davamlılığı və ifadə olunma dərəcəsini azldır.

Ağır hallarda intensiv terapiya – elektrolit məhlullarının yeridilməsi, simtomatik terapiya və şokla mübarizə aparılır.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az