B.e-C.

buraxılış

Şənbə

buraxılış

Bazar

buraxılış
Qəbula yazıl
chat Söhbət
HekimTap Pro

Həkimi seçin

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz
hestoz nədir vəəlamətləri

Hestoz

6796
Müəllif: Mama-ginekoloq Tatyana Çerenkova

Paylaşıldı: 16.05.2018
HekimTap Pro

Hestoz haqqında ümumi məlumat

Hamilələrin hestozu və ya gecikmiş toksikoz hamiləliyin 3-cü trimesterində baş verən, həyati orqan və sistemlərdə, xüsusilə qan-damar sistemində ciddi pozuntularla xaraxterizə olan ağırlaşmadır. Hestoz hamiləliyin 18-20-ci həftəsindən sonra inkişaf etməyə başlayır və adətən 26-28 həftədən sonra aşkara çıxır. Hestoz hamiləliklərin 20-30 %-ni müşayiət edir və  doğuşların ən çox ağırlaşma səbəbidir (13-16% hallarda).  Bu vəziyyət həmçinin, ana və uşağın da ölümü ilə nəticələnə bilər. Hestozun kliniki formaları kimi hamilələrin ödemi, nefropatiya, preeklampsiya və eklampsiya təsnifatlalaşdırılır.        

Ağır gedişatlı hestoz hipertoniya xəstəliyi, böyrək patologiyaları (piolonefrit, qlomerulonefrit), öd yolları və qaraciyər xəstəlikləri, lipid mübadiləsi pozuntusu olan hamilələrdə müşayiət olunur.    

Hestozun yaranma səbəbləri

Ginekologiyada hestozun inkişafına dair bir neçə nəzəriyyə mövcuddur, ona görə bu xəstəliyə əksər hallarda “nəzəriyyələr xəstəliyi”də deyirlər.

Kortiko-vistseral nəzəriyyəyə görə, hestoz zamanı baş beyin qabığı və qabıqaltı struktukturlar arasında fizioloji əlaqə pozulur ki, bunu da sayəsində damar və qan dövranı sistemində reflektor dəyişikliklər baş verir. Hestozun inkişafında həyati əhəmiyyəti olan orqanların hormonal tənzimlənmə pozuntusunu, həmçinin, döl və ananın  toxumalarındakı immunoloji konflikti xüsusən qeyd etmək lazımdır. Hestozun yaranmasına səbəb kimi irsi faktorlar da göstərilir. Hestozun inkişafında ümumi qəbul olunmuş səbəb kimi isə müxtəlif faktorların kombinə olunmuş təsiri göstərilir. 

 Hestoz yaradan pozuntuların əsasında damarların generalizə olunmuş spazmı dayanır ki, bu hal toxuma və orqanların qan dövranının pozulmasına gətirib çıxarır. Hestozun bu inkişaf mexanizmləri hüceyrə və toxumaların normal qidalanması və işləməsinə mane olur. Qan dövranı pozuntusuna və oksigen aclığına daha çox baş beyin hüceyrələri, böyrəklər, qaraciyər və plasenta daha həssasdır.     

Hamilələrin hestozu zamanı baş beyində struktur və funksional pozuntular baş verir ki, bu da mikrosirkulyasiyanın pozulması, sinir hüceyrələrinin distrofik dəyişkənliyi, trombların yaranması, kiçiknöqtəli və ya kiçikocaqlı qan sızmalarının inkişaf etməsi, kəllədaxili təzyiqin qalxması ilə xarakterizə olunur.  

Hestoz zamanı böyrək funksiyalarının pozuntusu özünü müxtəlif cür büruzə verə bilər: sidikdə zülalın əmələ gəlməsindən kəskin böyrək çatışmazlığınadək.

Qaraciyər toxumalarındakı qan dövranı pozuntusu ocaq nekrozların və qansızmaların yaranmasına səbəb olur.   

Plasentar qan dövranının pozuntusu hipoksiya və dölün bətndaxili inkişafının ləngiməsinə gətirib çıxarır.

Hestozun əlamətləri

Hestozun ilkin əlaməti ödemlərin yaranmasıdır ki, bu orqanizmdə mayenin durğunluğuna işarədir. Əvvəlcə şişkinliklər gizli olur və bundan yalnız çəkinin həddindən artıq (həftəyə 300 qr) və ya qeyri-mütənasib artması zamanı şübhələnmək mümkündür.

Görünən şişlərin təsnifatlaşdırılması aşağıdakı kimidir:
– Ödemin I mərhələsi – ayaqların şişməsi;
– Ödemin II mərhələsi - ayaqların və qarın boşluğunun ön divarının şişməsi;
– Ödemin III mərhələsi – ayaqların, qarının, əllərin və üzün şişməsi;
– Ödemin IV mərhələsi – geniralizə olunmuş, universal şişkinlik.

Hestoz zamanı şişlər diurezin azalması və mayenin orqanizmdə durğunluğu sayəsində yaranır. Onlar əvvəlcə topuqlarda  əmələ gəlir, daha sonra yuxarı nahiyələrə yayılır. Bəzən şişlər eyni zamanda üzdə də müşahidə edilir. Səhər saatlarında şişlər daha az ifadə olunur, belə ki, gecə yuxusu vaxtı maye toxumalarda bərabər paylanır.

Ödemlər zamanı hamilələrin ümumi vəziyyəti və əhvalı adətən pozulmur. İfadə olunmuş şişlər zamanı qadınlar yorğunluqdan, ayaqlarda ağırlıq hissindən, susuzluqdan şikayətlənirlər.

Hestozun diaqnostikası

Hestozun diaqnostikası anamnez, hamilənin şikayətlərinə, obyektiv və laborator müayinələrə əsaslanır.

Hestoz zamanı pozuntuların səviyyəsini qiymətləndirmək üçün aşağıdakı müayinələri aparmaq məqsədəuyğundur:
– Sidiyin ümumi və biokimyəvi analizləri;
– Qanın biokimyəvi göstəriciləri;
– Qəbul olunan suyun və ifraz olunan sidiyin nisbəti;
– Arterial təzyiq;
– Bədən kütləsinin dəyişmə dinamikası;
– Göz dibinin vəziyyəti.

Dölün və plasentar qan dövranının vəziyyətini dəqiqləşdirmək üçün USM və uşaqlıq-plasentar qan dövranının doppleroqrafiyası aparılır. Hestoz zamanı əlavə olaraq oftalmoloq, terapevt, nevroloq və nefroloqun konsultasiyası da vacibdir.

Hestozun müalicəsi

Yaranmış hestozun əsas müalicə prinsipləri bunlardır: hospitallaşdırılma və müalicə-müdafiyə tədbirlərinin görülməsi, həyati vacib orqan və sistemlərin fəaliyyətindəki pozuntuları aradan qaldırmaq, doğuşun ehtiyatla və tez həyata keçirilməsi.

Hestozun çox ağır formalarında hamiləliyin erkən pozulması göstərişdir.

Hestoz zamanı müalicəvi tədbirlər hamiləliyin ağırlaşmalarının və dölün bətndaxili inkişaf pozuntularının normallaşdırma yolu ilə aradan qaldırılmasına yönəldilib.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.