B.e-C.

buraxılış

Şənbə

buraxılış

Bazar

buraxılış
Qəbula yazıl
chat Söhbət
HekimTap Pro

Həkimi seçin

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz
zob xəstəliyi nədir və müalicəsi

Zob xəstəliyi

16399
Müəllif: Endikrinoloq Nazilə Abdullayeva

Paylaşıldı: 24.04.2018
HekimTap Pro

Zob – qalxanabənzər vəzin bədxassəli şiş və iltihabla əlaqəsi olmayan  böyümüş vəziyyətidir. Qalxanabənzər vəz mütənasib (diffuz zob) böyüyə və ya onda düyünlü zob inkişaf edə bilər.  Əgər vəzin funksiyası azalıbsa, buna hipotireoid zob, artıbsa, toksik zob deyilir.

Zob, adətən, boynun ön hissəsində, nadir hallarda dil kökü ətrafında lokallaşa bilər. Zobun qeyri-tipik yerlərdə əmələ gəlməsi yaxınlıqda olan toxuma və damarların (aorta) sıxılmasına gətirib çıxarır ki, bunun da nəticəsində qidanı udmaq çətinləşə, səs temberi dəyişə, bronxial astmadan əziyyət çəkən xəstələrdə boğulma tutmaları yarana bilər.       

Zob xəstəliyinin yaranma səbəbləri

Dünya səviyyəsində daha çox endemik zob yayılıb. Bu xəstəlik qidada yod çatışmazlığından yaranır. Zobun əmələ gəlməsinə, həmçinin, hipotireoz, strumogen məhsulların qəbulu, qalxanabənzər vəz hormonlarının anadangəlmə sintez pozuntusu, dərman preparatlarının yan təsirləri, toksiki diffuz zob, tireoidit, hipertireoz, qalxanabənzər vəzin xərçəngi səbəb ola bilər.

Zob simptomları endokrin disfunksiya ilə əlaqədar olmayıb, bir qayda olaraq, yalnız boynun ön hissəsinin böyüməsi və deformasiyası ilə özünü göstərir. İri ölçülü zob ətraf anatomik strukturları sıxaraq udma və tənəffüsü çətinləşdirə bilər.

Qalxanabənzər vəz funksiyalarının pozulması fonunda yaranan zob hipotireoz və ya tireotoksikoz simptomokomplekslər ilə müşayiət oluna bilər.

Hipotireozun (tireoid hormonların kifayət qədər ifraz olunmaması) əlamətləri: quru və avazımız dəri, saçların tökülməsi, dırnaqların sınması, iştahanın azalması, qaşların seyrəkləşməsi, çəkinin artması. İfadə olunmuş patoloji prosesdə nitqin ləngiməsi, daimi yuxululuğun yaranması, yaddaşın pisləşməsi, menstrual tsiklin pozulması müşahidə edilə bilər.

Tireotoksikoz (tireodit hormonlarının izafi ifrazı) yuxusuzluq, qıcıqlılıq, ümumi zəiflik, ürək döyüntüsünün şiddətlənməsi, iştahanın yaxşı olmasına baxmayaraq, çəkinin azalması, arterial təzyiqin yüksəlməsi, normadan artıq tərləmə, əllərdə əsmə (tremor) ilə özünü göstərir.             

Zob xəstəliyinin səviyyələri

Dünya Səhiyyə Təşkilatının təsnifatına görə qalxanabənzər vəz böyümə dərəcəsinə uyğun 3 dərəcəyə bölünür:

Dərəcə 0 – zob yoxdur;

I dərəcə - zob palpasiya edilir, lakin boynun normal vəziyyətində vizualizasiya olmur;

II dərəcə - zob palpasiya olunur və gözlə görünür. 

Zob xəstəliyinin diaqnostikası

Xəstəliyin ilkin diaqnostikası qalxanabənzər vəzin palpasiyasından ibarətdir. Standart müayinə - qalxanabənzər vəzin ölçülərini dəqiq müəyyənləşdirmək və oradakı düyünləri aşkara çıxarmaq üçün ultrasəs müayinədir. 1 sm və daha böyük şişlər aşakara çıxarsa, incəiynəli aspirasion biopsiya təyin edilir.

Zobun ölçüləri iri olarsa, tənəffüs yollarının komressiyası qeydə alına bilər. Belə hallarda döş qəfəsi və qida borusunun rentgeni göstərişdir. Bəzi hallarda zobu müayinə etmək üçün MRT tətbiq olunur.        

Zob xəstəliyinin müalicəsi

Zobun orqanizmə patoloji təsiri olmadığı üçün əksər hallarda xüsusi müalicə tələb etmir. Xəstəliyin gedişatını izləmək üçün pasiyentlərin müntəzəm olaraq endokrinoloq konsultasiyasından keçmələri kifayətdir. Zobun iri ölçülü olduğu və kompressiv sindrom müşahidə edildiyi hallarda qalxanabənzər vəzin üzərinə düşən funksional ağırlığı azaltmaq lazımdır.   

Hipotireozun əsas müalicə metodu əvəzləyici hormonal terapiyadır. Hiperfunksiya antireoid preparatlarla (tiamazol, propiltiourasil, merkazolil) korreksiya edilir.   

Cərrahi müdaxilə qalxanabənzər vəzin tam və ya hissəvi kənarlaşdırılması (strumektomiya) məqsədilə aparılır. Bəzi hallarda radioaktiv yodla müalicə təyin edilir.  

Zob xəstəliyinin ağırlaşmaları

Zobun ağırlaşmalarına böyümə zamanı qonşu orqanların kompressiyaya uğramasını, zobun bədxassəli şişə keçməsini, zobdaxili qanaxma, iltihabi prosesləri misal göstərmək olar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.