B.e-C.

buraxılış

Şənbə

buraxılış

Bazar

buraxılış
Qəbula yazıl
chat Söhbət
HekimTap Pro

Həkimi seçin

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz
şəkərli diabetin ağırlaşmaları

Şəkərli diabetin terapevtik ağırlaşmaları

3058
Müəllif: Terapevt Tural Qəmbərli

Paylaşıldı: 04.04.2018
HekimTap Pro

Şəkərli diabet nədir?

Diabet sözü yunan dilindən götrülüb  “bal kimi şirin” mənasını verir. Şəkərli diabet – şəkərin qanda xroniki artımıdır. Diabetlə əlaqəli ağırlaşmaların hamısının səbəbi qlükozanın qanda yüksək olmasıdır. Pasiyent qanda şəkərin miqdarını idarə edə bilərsə, şəkərli diabet xəstəlik yox, həyat tərzinə çevriləcəkdir ki, bununla da ağirlaşmaların qarşısını almaq olar. Bu həyat tərzi isə diabetin tipindən asılı olur.

Hazırda dünyada 240 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir. Hər il Yer üzündə vəfat edən insanların 5 faizi məhz diabet nəticəsində dünyasını dəyişir. Təcili tədbirlər görülməsə, bu rəqəmin növbəti 10 ildə 50 faizə qədər artacağı ehtimal olunur.

Şəkərli diabetin terapevtik ağırlaşmaları necə yaranır?

Şəkərli diabet düzgün kontrol edilməzsə, tədricən terapevtik ağırlaşmalar verir ki, bu da pasiyenti çox narahat edir.

Ağırlaşmadan ilk növbədə ürək-damar xəstəlikləri riskini qeyd etmək lazımdır. Şəkərli diabet xəstələrində yanaşı olaraq, hipertenziya və ya hiperlipedimiyanın qeyd olunması pasiyentdə ürək-damar riskini daha da artırır. Bunların qarşısını almaq üçün qanda qlükozanın səviyyəsinə düzgün nəzarət olunmalıdır. Yanaşı xəstəlik kimi arterial hipertenziya varsa, təzyiq nəzarətdə saxlanılmalıdır, müntəzəm olaraq qanda xolesrerinin miqdarına diqqət yetirilməlidir. Bütün bunlar nəzərə alınarsa, ürək-damar xəstəliyi riski ləngidilmiş olar.

Tromboembolik ağırlaşma

Dah bir ağırlaşma tromboembolik ağırlaşmadır. Bu ağırlaşma qeyd olunan xəstələrin ətraflarında qan təchizatı zəif olduğu üçün laxtalanma faktorları artır və tromb əmələ gəlmə prosesi gedir. Gələcəkdə həmin trobmblar ciddi fəsadlar yarada bilər. Ona görə də belə pasiyentlər həkimlərin göstərişi ilə antitrombolitik müalicə almalıdırlar.

Nefropatiya

Şəkərli diabet xəstəliyində ortaya çıxan daha bir ağırlaşma nefropatiya – böyrəklərin zədələnməsidir. Əgər şəkər stajı 9 ildən çoxdursa, bu zaman nefropatiyanın yaranma ehtimalı 90-95 %-dir. Bunun qarşısını almaq üçün pasiyentlər ən azı ildə bir dəfə sidiyin ümumi analizini verməli, qanda kreatinin təyini müayinəsindən keçməlidirlər ki, hər hansı dəyişiklik müşahidə olunarsa, vaxtında müalicə aparılısın. Bu tədbirlər həyata keçirilərsə, nefropatiyanın yaranma riski azalar.  

Retinopatiya

Retinopatiya şəkərli diabet zamanı yaranan daha bir terapevtik ağırlaşmadır. Bu, göz dibində əmələ gələn dəyişiklikdir. Onun qarşısını almaq üçün şəkər xəstələri 3 ildən bir oftalmoloqun müayinəsindən keçməlidirlər.

Neyropatiya

Şəkərli diabet xəstələrinin əziyyət çəkdikləri daha bir ağırlaşma neyropatiyadır. Ürəkdən uzaqda yerləşdiyi, yəni qan təchizatı burada zəif olduğu üçün ağırlaşma aşağı ətraflarda özünü göstərir. Bu zaman dəridə sinir həssaslığı zəifləyir və nəticədə pasiyent hiss etmədən ayaq dərisinə müxtəlif travmalar yetirə bilər. Bu isə hətta, əlilliyə belə səbəb ola bilər. Ona görə də pasiyentlər mütləq ayağa qulluq qaydalarını həkimdən öyrənməlidirlər.  


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.