Dil:
Azərbaycanca
Təkmilləşmə kursu – Refraksiya və akkomodasiya, görmənin kontakt korreksiyası
Hörmətli həkimlər! Sizi “Refraksiya və akkomodasiya, görmənin kontakt korreksiyası təkmilləşmə kursu”na dəvət edirik!
Kimlər üçün nəzərdə tutulub: həkim-oftalmoloqlar
Tarix: 08.01.2017-06.02.2017
Kursun müddəti: 160 saat
Keçirilmə yeri: Belarus, Minsk ş.
Təkmilləşmə kursunun proqramı:
1. Görmə orqanın fiziologiyası və müayinə metodları;
2. Görmə orqanın anatomiya və histologiyasının xüsusiyyətləri;
3. Görmə orqanın fiziologiyası; görmə funksiyaları və onların müayinə metodları;
4. Kompyuter perimetriyası;
5. Keratotopoqrafiya və paximetriya;
6. Gözün ön kəsiyinin vizualizasiya metodları və optik koqerent tomoqrafiyası;
7. Gözün arxa kəsiyinin vizualizasiya metodları: exoskopiya və optik koqerent tomoqrafiyası;
8. Refraksiya və akkomodasiya. Gözün optik sistemi. Refraksiya anlayışı. Klinik refraksiyanın növləri;
9. Göz refraksiyasının obyektiv və subyektiv müayinə metodları;
10. Akkomodasiya. Akkomodasiyanın müayinə metodları. Akkomodasiya pozulmasının klinik formaları. Müalicənin əsas prinsipləri;
11. Refraksiya anomaliyalarının eynək ilə düzəlişi;
12. Hipermetropiya. Korreksiya yolları;
13. Miopiya: klinik təsnifatı, korreksiya metodları. Gözün miopik xəstəliyi;
14. Astiqmatizm: xüsusiyyətləri və korreksiya metodları;
15. Refraksion cərahiyyə;
16. Refraksion cərahiyyənin fəsadları;
17. Axırıncı dərəcəli ametropiya hallarında fakoemulsifikasiya;
18. Keratoprotezlər;
19. Hamiləlik və refraksiya;
20. Quru göz sindromu: klinika, diaqnostika metodları;
21. Quru göz sindromunun müalicəsi;
22. Görmənin kontakt korreksiyası: təsnifatı və kontakt linzaların taxma rejimi və onların hazırlanması üçün istifadə olunan materialların xüsusiyyətləri;
23. Görmənin kontakt korreksiyası və kontakt linzaların optik xüsusiyyətləri;
24. Kontakt linzaların təyinatına göstərişlər və əks-göstərişlər;
25. Kontakt korreksiya olunan xəstənin müayinə xüsusiyyətləri;
26. Yumşaq linzaların seçmə və adaptasiyasının prinsipləri;
27. Bərk linzaların seçmə və adaptasiyasının prinsipləri;
28. Keratokonus – erkən diaqnostika və müalicə;
29. Krosslinkinq;
30. Kontakt linzaların taxma rejimi və dəyişdirilmə tezliyi;
31. Uşaqlarda kontakt korreksiya;
32. Kontakt linzaların istifadəsində fəsadlar.
Aşağıda qeyd olumuş link vasitəsiylə qeydiyyatdan keçə bilərsiniz:
https://docs.google.com/forms
Əlavə məlumat üçün əlaqə:
Mob.: (+994) 50 761-66-88
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1