logo hekimtap.az
private cabinet Şəxsi kabinet

Qeydiyyat

Qeydiyyatdan keçmisiniz? Sayta daxil olun

Sayta giriş

Daxil olun:

Facebook
Google+

Səhv email ya da səhf şifrə
Qeydiyyat
Şifrəni unutmusunuz?
choose country

Ölkə:

Azərbaycan

  • Azərbaycan
  • Ukrayna
  • Rusiya
  • Türkiyə
  • Qazaxıstan

Dil:

Azərbaycanca

  • Azərbaycanca
  • Русский
  • English

choose country Şəxsi kabinet

Qeydiyyat

Qeydiyyatdan keçmisiniz? Sayta daxil olun

Sayta giriş

Daxil olun:

Facebook
Google+

Səhv email ya da səhf şifrə
Qeydiyyat
Şifrəni unutmusunuz?
  • HƏKİMLƏR
  • KLİNİKALAR
  • Apteklər
  • TİBBİ TURİZM
  • Sağlamlıq
    Aksiyalar
    Məqalələr
    Həkimlərin bloqu
    Sağlam həyat tərzi
  • Karyera
    İş elanları
    Xaricdə təhsil
    Tədbirlər və treninqlər
  • Sağlamlıq
    • Aksiyalar
    • Məqalələr
    • Həkimlərin bloqu
    • Sağlam həyat tərzi
  • Karyera
    • İş elanları
    • Xaricdə təhsil
    • Tədbirlər və treninqlər

Dil:

Azərbaycanca

  • Azərbaycanca
  • Русский
  • English
Şəxsi kabinet
  • Ana səhifə
  • Tədbirlər və treninqlər
“Tibbi xidmətlərin marketinq psixologiyası” seminarı uğurla başa çatdı hekimtap.az
22 Dekabr 2017 2292

“Tibbi xidmətlərin marketinq psixologiyası” seminarı uğurla başa çatdı

HekimTap-ın  təşkilatçılığı ilə "Satış Məktəbi" nin və "HR Məktəbi" nin rəhbəri, Dr. Kenan Ragimoff tərəfindən həkimlər və tibb işçiləri üçün “Tibbi xidmətlərin marketinq psixologiyası” mövzusunda seminar keçirilib.

Tədbirdə 100-ə yaxın dinləyici iştirak edib. Doktor Ragimoff seminarda brendin formalaşması, tibbi xidmətlərin əsaslandırılması, tibb xidmətlərinin genişləndirilməsi,dərman preparatlarının təyinatı, sosial şəbəkələr və axtarış sistemləri və s. kimi mövzularda maraqlı diskussiyalar aparıb. Uğurla başa çatan seminardan sonra Ragimoff Hekim Tap-a müsahibə verib:

 – Doktor, master-klass necə keçdi?
 – Zənnimcə yaxşı keçdi. Həkimlər mövzuya gözlədiyimdən artıq maraq göstərdilər.

 – Tibbi xidmətlərin marketinq psixologiyası - ümumiyyətlə, bu, nədir?
 – Bu, tibb xidmətləri və marketinq psixologiyası əsaslarının əlaqəsdir. Tibb xidmətləri çox geniş anlamdır. Buraya müayinələr, dərman preparatları, bioloji müalicə, istirahət-reabilitasiya mərkəzləri, fizioterapiya cihazları, cərrahi əməliyyatlar və s. aiddir. Bu siyahıya tibb xidmətləri olmayan, lakin tibbin əsası sayılan profilaktik tədbirləri də əlavə etmək olar – sanitar-gigiyenik, idman, ekoloji təsiri olan xidmətlər və s. Biz, əsasən, tibb işçilərinin göstərdiyi müalicə-profilaktika xidmətlərinə fokuslaşmışdıq. Marketinq, ümumiyyətlə, məhsulun (mal və ya xidmətin) bazara daxil edilməsi strategiyasıdır. Məlumat ötürmə və paylaşma prosesi insan psixologiyasına ya təsir edir, ya da etmir. Ona görə biz xüsusilə, insanlara təsir edən məlumatın düzgün çatdırılması və yadda qalıb yaratdığı təəssüratı idarə edə bilmək üçün vacib olan bir neçə əsas mexanizmlərə diqqət yetirdik. Ümumiyyətlə, marketinq metodları 5000–dən çox olsa da, bunların çoxu, əsasən, 10 psixoloji element üzərində qurulub. Müzakirələrimizi də elə bu elementlər üzərində apardıq. 

 – Marketinq və psixologiya bunlar arasında nə kimi əlaqə var?
 – Marketinq əşyalardan deyil, insanlara təsir vasitələrindən ibarətdir. Psixologiya isə insanın nəyə və nə dərəcədə həssas ola biləcəyi və bunun səbəblərini dərk etməyə imkan verir. Bu iki elm biri-birilərindən ayrılmazdır. Paralellər çox asandır – ehtiyacı dərk edərək,  onu qane edən tələb yaradıb, bunu ödəmək üçün təklif irəli sürmək və insanları qane etmək.

 – Marketinqin psixologiyasını bilməklə satışı qaldırmaq olarmı? Olarsa, necə?
 – Təbii ki, olar. Hətta deyərdim ki, marketinq psixologiyasını dərk etmədən satışı qaldırmaq mümkün deyil. Kimsə düşünə bilər ki, başqa biliklər əsasında satış artırır. Sual verə bilərsiz nəyin hesabına? Cavab -  insanların nə cür düşündüyünü və onların nəyə ehtiyacı olduğunu dərk etməyin hesabına.  Bunlar bəzən əsaslı biliklər deyil, daha çox fərziyyədir. Əsaslı bilik riski azaldır və məqsədyönlü strategiya qurmağa imkan verir.

 – Bu master-klass iştirakçılara nə verdi?
 – Bir neçə metodikanın effektivliyini aydınlaşdırdı, onların öz işlərində tətbiq etmək imkanlarını göstərdi, həmçinin,perspektiv imkanları, uğurlu insanların sirlərini izah etdi. Seminar iştirakçıları əvvəllər təsadüf və ya taleyin yazısı hesab etdikləri uğurların sistematik nəzəriyyəyə dayandığını başa düşdülər. Bu, imkan verəcək ki, insanlar uğurlarını gələcəkdə də təkrarlaya bilsinlər.

 – İştirakçı və təşkilatçılara ürək sözləriniz?
 – Çalışınlar öyrəndiklərini ən tez zamanda tətbiq etsinlər. Əks halda, gündəlik işlərlə eyni nəticələri təkrar edəcəklər.

Təşkilatçılara isə peşəkar işləri üçün dərin təşəkkürümü bildirirəm. Həkim Tap-la işləmək insana həmişə yüksək zövq verir. Ümidvaram ki, gələcəkdə də əməkdaşlığımız uğurla davam edəcək.

Həkim Tap şirkətinin Azərbaycan üzrə direktoru Rüfət Həsənzadə də fikirlərini bölüşüb: “Tibbi xidmətlər, marketinq və psixologiya hər biri ayrı-ayrılıqda maraqlı və dərin elmlərdir. Bunların sintezindən yaranmış nəzəriyyənin, yəni  “tibbi xidmətlərin marketinq psixologiyası”nın nə dərəcədə maraqlı olduğunu başa düşmək elə də çətin deyil. Gözlənildiyi kimi, seminar maraqlı diskussiyalar şəraitində keçdi. Kənan Ragimoff peşəkar həkim və əla spikerdir. Ona görə də seminarın maraqlı keçəcəyi məndə şübhə doğurmurdu. Doktoru və iştirakçıları seminarın uğurla başa çatması münasibəti ilə təbrik edirəm və arzulayıram ki, əldə olunan nəzəri biliklər tezliklə və uğurla təcrübədə tətbiq olunsun.

Həkimlər
Klinikalar
Apteklər
Tibbi turizm
  • HƏKİMLƏR
  • KLİNİKALAR
  • Apteklər
  • Tibbi turizm
  • Aksiyalar
  • Məqalələr
  • Həkimlərin bloqu
  • Sağlam həyat tərzi
  • İş elanları
  • Xaricdə təhsil
  • Tədbirlər və treninqlər
  • Həkimlər
  • Klinikalar
  • Apteklər
  • Tibbi turizm
  • Sağlamlıq
  • Aksiyalar
  • Məqalələr
  • Həkimlərin bloqu
  • Sağlam həyat tərzi
  • Karyera
  • İş elanları
  • Xaricdə təhsil
  • Tədbirlər və treninqlər

Mobil əlavə

Mobil cihazınız üçün HekimTap ödənişsiz mobil əlavəsini yükləyin

app store hekimtap.az google play hekimtap.az

Bizimlə əlaqə

(+994) 77-398-00-55 (+994) 77-398-00-55
  • Share black

Bizimlə əlaqə

(+994) 77-398-00-55 (+994) 77-398-00-55
info@hekimtap.az
  • Share black

Mobil əlavə

Mobil cihazınız üçün HekimTap ödənişsiz mobil əlavəsini yükləyin

app store hekimtap.az google play hekimtap.az

HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir

Version 2018.06.14.1

  • Həkimlər
  • Klinikalar
  • Apteklər
  • Tibbi turizm
  • Məqalələr
  • Həkimlərin bloqu
  • Sağlam həyat tərzi
  • İş elanları
  • Xaricdə təhsil
  • Tədbirlər və treninqlər