Dil:
Azərbaycanca
Pasientlər üçün ödənişsiz seminar
Hörmətli izləyicilərimiz, Sizləri böyük məmnuniyyətlə HəkimTap-ın təşkilatçılığı ilə 3 fevral 2018-ci il tarixində, Azərbaycan Tibb Universitetinin Mamalıq və Ginekologiya kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru, Nərgiz Şəmsəddinskaya və Uşaq xəstəlikləri kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Bəyaz Babayevanın iştirakı ilə keçiriləcək ÖDƏNİŞSİZ seminara dəvət edirik. Eləcə də, kofe fasiləsi zamanı peşəkar həkimlərdən Sizi maraqlandıran bütün suallara ətraflı cavab ala bilərsiniz.
Seminarın proqramı:
15:00-15:30 – “Hamiləliyin normal gedişi, hamiləlik zamanı yaranan patologiyalar, yaranma səbəbləri, müasir diaqnostika, müalicə metodları və profilaktik tədbirlər” (N. Şəmsəddinskaya)
15:30-16:00 – Sual-cavab (N. Şəmsəddinskaya)
16:00-16:30 – Kofe fasiləsi
16:30-17:00 – “Yenidoğulmuşlarda tranzitor hallar, bu yaşda yaranan patoloji hallar və ana südünün üstünlüyü” (B. Babayeva)
17:00-17:30 – Sual-cavab (B. Babayeva)
İştirak üçün şərtlər:
Seminar hər kəs üçün nəzərdə tutulub.
Aparılan dil: Rus dili, sual-cavab – Azərbaycan, Rus
Qeydiyyatın son günü 2 fevral 2018-ci il
Seminarda iştirak etmək istəyənlər aşağıdakı qeydiyyat formasını doldurmalıdırlar:
https://docs.google.com/forms
Tarix: 03.02.2018
Məkan: Chirag Plaza
Ünvan: 49/C Tbilisi prospekti, Bakı 1065
Əlavə məlumat üçün əlaqə:
Mob.: (+994) 50 549-66-88
E-mail: courses.hekimtap@gmail.com
Web sayt: www.hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1