Dil:
Azərbaycanca
Qalxanabənzər vəzin xəstəlikləri və Arterial hipertoniya
Hörmətli izləyicilərimiz, Sizləri böyük məmnuniyyətlə HəkimTap-ın təşkilatçılığı ilə 13 yanvar 2018-ci il tarixində Tədris Terapevtik Klinikasında şöbə müdiri, tibb üzrə fəlsəfə doktoru, terapevt Dr. Kəmalə Ağayeva və Amerikada ixtisaslaşmış tibb üzrə fəlsəfə doktoru, endokrinoloq Dr. Aytən Babaxanovanın iştirakı ilə keçiriləcək ÖDƏNİŞSİZ seminara dəvət edirik. Burada Siz çox rast gələn xəstəliklərin (Zob, Hipertoniya-təyziq və s.) yaranma səbəbləri, müasir diaqnostik məyarları və müalicə metodları, profilaktik tədbirlər haqqında ətraflı məlumat ala biləcəksiz. Eləcə də, kofe fasiləsi zamanı peşəkar həkimlərdən Sizi maraqlandıran bütün suallarınıza ətraflı cavab ala bilərsiniz.
Seminarın proqramı:
15:00-15:30 – Ur (zob) - Haşimoto tiroiditi. (A.Babaxanova)
15:30-16:00 – Sual-cavab (A.Babaxanova)
16:00-16:30 – Kofe fasiləsi
16:30-17:00 – Arterial hipertenziya.(K.Ağayeva)
17:00-17:30 – Sual-cavab (K.Ağayeva)
İştirak üçün şərtlər:
Seminar hər kəs üçün nəzərdə tutulub.
Aparılan dil: Azərbaycan, sual-cavab – Azərbaycan, Rus
Qeydiyyatın son günü 12 yanvar 2018-ci il
Seminarda iştirak etmək istəyənlər aşağıdakı qeydiyyat formasını doldurmalıdırlar:
https://docs.google.com/forms
Tarix: 13.01.2018
Məkan: Chirag Plaza
Ünvan: 49/C Tbilisi prospekti, Bakı 1065
Əlavə məlumat üçün əlaqə:
Mob.: (+994) 50 549-66-88
E-mail: courses.hekimtap@gmail.com
Web sayt: www.hekimtap.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1