Dil:
Azərbaycanca
HəkimTapın səhiyyəmizə daha bir töhfəsi
HəkimTap-in təşkilatçılığı ilə keçirilmiş, rezident və həkimlər üçün nəzərdə tutuluş uşaq cərrahiyyəsi mövzusunda seminar başa çatıb. 60-dan çox iştirakçının qatıldığı tədbir uşaq cərrahı, İstanbulun “Cərrahpaşa Universiteti”nin tibb fakültəsini bitirmiş və Amerika Birləşmiş Ştatlarında “The Johns Hopkins Universiteti”ndə çalışmış Prof. Dr. İlhami Sürer tərəfindən düzənlənib.
Seminar böyük marağa səbəb olub və qızğın polemika şəraitində davam edib.
Seminardan sonra HekimTap tərəfindən sertifikatlar təqdim olunub.
Daha sonra İlhami Sürər saytımız üçün eksklüziv müsahibə verib. Müsahibəni diqqətinizə çatdırırıq:
– Həm seminardan, həm buraya qatılan dostlardan, həm də yaradılmış şəraitdən məmnun qaldım. Hər kəs aktiv iştirak etdi. Seminar çox gözəl keçdi və bizim məqsədimiz belə seminarları davamlı həyata keçirmək, həkimlərin biliklərini bir qədər də genişləndirməkdir.
– Zənnimcə, toxunulan bütün məqamlar maraq doğurdu. Amma əsasən, geniş yayılmış sidik yolları infeksiyalarından danışdıq. Doğrusu, bu xəstəliklərin hər biri ayrı-ayrı konfransların mövzusudur. Lakin bu konfransda da məncə, müəmmalı suallar qalmadı.
– Onlara hər şeydən şübhələnməyi öyrətməyə çalışdım. Əgər bu seminardan hər hansı həkim əldə etdiyi biliklər sayəsində bir pasiyeti olsa belə xilas edərsə, demək hədər yerə çalışmadıq.
Hər bir xəstəliyin səbəbini mütləq bilmək lazımdır, əks halda, müsbət nəticəyə gəlmək çox çətindir – bu məqama da xüsusi diqqət ayırdım.
– Bəli, sabah Şəkidə seminarımız olacaq.
– Yenə də uşaq cərrahiyyəsindən danışacağıq. Çalışacam ki, iştirakçılara maraqlı seminar bəxş edim. Məqsədim Azərbaycanda uşaq cərahiyyəsinə biliklərimi ötürməkdir.,
– İstərdim onların arzularını dinləyim və gələcəkdə buna müvafiq seminar təşkil edim.
Doğrusu, Azərbaycan pediatrlarını tanımıram. Lakin onların bir qismi ilə burada tanış oldum və gələcəkdə də bu tanışlığı davam etdirməyə şad olardım. İstənilən halda, hər iki tərəfin əsas məqsədi övladlarımızı sağlam görmək və bunu “mən etdim” yox, “biz etdik” deməkdir.
Tədbirlə bağlı fotoşəkillər:
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1