Dil:
Azərbaycanca
Daha bir seminar uğurla başa çatdı
Daim müxtəlif seminar, treninq, ixtisas artırma kursları təşkil HəkimTap şirkəti, ənənəsinə sadiq qalaraq, həkimlər və rezidentlər üçün nəzərdə tutulmuş daha bir seminarı uğurla başa vurub.
Bugünlərdə sona çatmış və “Diz ağrılarına multidissiplinar yanaşma” adlı tədbir iştirakçıların böyük marağına səbəb olub.
Seminarda ilk məruzəçi travmatoloq-ortoped Şəhriyar Fətullayev olub. Həkim diz ağrılarında menisk və qığırdaq problemləri və artroskopik cərrahiyyənin tətbiqi barədə seminar iştirakçılarına ətraflı məlumat verib.
Daha sonra söz nevroloq Sevinc Həmidovaya verilib. O, diz ağrılarının müalicəsində proloterapiya metodunun tətbiqi haqqında danışıb.
Sonuncu məruzəçi – Aynurə Həşimova diz ağrılarında fizioterapiyanin rolu barədə maraqlı çıxışı ilə yadda qalıb.
İştirakçılar və məruzəçilər arasında aparılan polemika xüsusi maraq doğurub – burada qeyd olunan mövzulara dair geniş müzakirələr aparılıb.
Tədbirin sonunda iştirakçılara HəkimTap tərəfindən sertifkatlar təqdim olunub.
Tədbirlə bağlı foto şəkillər:
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1