Dil:
Azərbaycanca
Dəri tikişləri. Master klass. Modul 1
HekimTap-ın təşkilatçılığı ilə 27-28 oktyabr 2017-ci il tarixlərində Avropa Plastik, Rekostruktiv və Estetik Cərrahiyyə Kollegiyasının üzvü Uzm. Dr. İlyas Axundzadə tərəfindən “Dəri tikişləri. Nəzəriyyə. Praktika.” adlı master-klass keçiriləcək!
Təlimin Proqramı:
I gün 27 oktyabr
16.10-16.40 Qeydiyyat, Coffee-break
16.50-17.10 Açılış
17.10-18.10 Nəzəri bölüm: Dəri quruluşu. Yara tərifi, yara növləri. Yara sağalması, yaranın qızıl periodu və ilkin cərrahi işləməsi.Tikiş göstərişləri və əks-göstərişləri. Tikiş növləri. Qayçı, pinset və iynətutandan istifadə edilməsi. Təhlükəsizlik texnikası.
II gün 28 oktyabr
12.00-13.00 Praktiki bölüm: Xarici düyünlü tikişlər. Dəri altı (dermal) düyünlü tikişlər. Derma, iynənin giriş - çıxış yerləri işarələnmiş süngər üzərində. Sadə kəsilməz tikiş. İntradermal tikiş. Derma işarələnmiş süngər üzərində.
13.00-13.30 Nəzəri bölüm: Üzün kəskin yaralanmaları. Tikiş materialı anlayışı, iynə və sap növləri, istifadə sahələri.
13.30-14.00 Praktiki bölüm: Döşək (matras) tikişləri – üfiqi, şaquli, yarı-bastırılmış, kəsilməz. İşarəsiz süngər üzərində.
14.00-14.30 Coffee-break
14.30-15.10 Nəzəri bölüm: Yerli keyləşdirmə anlayışı, dərmanlar, tədbiq protokolu, fəsadlar və onların aradan qaldırılması.Dodaq, göz, qaş, burun dəlikləri və qulaq tikilməsinin xüsusiyyətləri. Aseptika və antiseptika haqqında əsas anlayışlar. .
15.10-15.40 Praktiki bölüm: Yaranın antiseptik məhlulu ilə təmizlənməsi və cərrahi əlcəkdə tikiş tədbiqi (sünqər üzərində).
15.40-16.00 Nəzəri bölüm: Cərrahiyyədə nizam-intizam anlayışı, subordinasiya. Cərrah assistentin funksiyaları.
16.00-16.30 Praktiki bölüm: Asistent iştirakı ilə yara tikilməsi: “qan” (boya) ilə islanmış süngər üzərində yaraların tikilməsi və asistentin yaranı tampon ilə qurutması.
16.30-17.30 Yekun imtahan.
17.30-18.00 Sual-cavab. Sertifikatların təqdimatı.
İştirak üçün şərtlər:
Təlim yalnız həkimlər, rezidentlər və tibb tələbələri üçün nəzərdə tutulub.
Aparılan dil: Azərbaycan, sual-cavab – Azərbaycan, Rus
Sertifikat verilir (HekimTap)
Qeydiyyatın son günü 26 oktyabr 2017-ci il
Tədbirdə iştirak etmək üçün aşağıdakı link vasitəsi ilə qeydiyyatdan keçə bilərsiniz:
https://goo.gl/forms/kUQUn7kgDeLFjYvg2
Tarix: 27-28.10.2017
Məkan: HekimTap
Ünvan: Bakı şəh., Xaqani küçəsi 42.
Əlavə məlumat üçün əlaqə:
Mob.: (+994) 50 549-66-88
E-mail: courses.hekimtap@gmail.com
Web sayt: www.hekimtap.az
Mövzu ilə bağlı video:
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1