Əlizamin Sadıqov hekimtap.az

Əlizamin Sadıqov,Prof.

Pulmonoloq

Professor

Bakı

Həkim haqqında

Elmi işlər və məqalələr:

200-dən çox elmi məqalənin müəllifidir;
60 jurnal məqaləsinin müəllifidir;
110 məqalə xarici ölkələrin müxtəlif tibb jurnallarında və toplumlarında dərc edilib;
11 monoqrafiyanın müəllifidir;
Müxtəlif elmi konfranslarda və konqreslərdə 100-dən çox çıxışlar edib ( Stokholm, İsveç 2007, Berlin, Almaniya 2008, Vyana, Avstriya 2009, Amsterdam, Hollandiya 2011, Denver, Kolorado, ABŞ 2011, Barselona, İspaniya 2012, San-Fransisko, ABŞ 2012, Filadelfiya, ABŞ 2013, Vyana, Avstriya 2013, Münxen, Almaniya 2014, San-Diyeqo, ABŞ 2014);
Azərbaycan Tibb Universitetində Pulmonologiya kafedrasında mütəxəssis məsləhətçi kimi fəaliyyət göstərir və eyni zamanda tədris sahəsində çalışır, yerli və xarici tələbələrə mühazirələr oxuyur.

 

Aldığı mükafatlar və üzvlük:

2014-cü ildə Amerika Emfizema Fondu-nun Kloud Lambert adına mükafatını alıb;
2015-ci ildə Amerika Torakal Cəmiyyətinin Beynəlxalq Tədris mükafatına layiq görülüb (Denver, Kolorado, ABŞ);
Amerika Torakal Cəmiyyətinin, Amerika Döş Qəfəsi Həkimləri Kollegiyasının, Amerika Həkimlər Kollegiyasının, Avropa Respirator Cəmiyyətlərinin, Avropa Allerqoloqlar və İmmunoloqlar Cəmiyyətinin üzvüdür.

Təhsil

1983-cü ildə Azərbaycan Tibb Universtetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb.
1991-1994-cü illərdə Sankt-Peterburq Tibb Elmləri Akademiyasında Pulmonologiya üzrə aspirantura keçib.
2000-2003-cü illərdə Ak. İ. P. Pavlov ad. Sankt-Peterburq Dövlət Tibb Universitetində Pulmonologiya üzrə doktorantura keçib.
2010-cu il Barselona Universteti, Döş qəfəsi İnstitutu, Barselona, İspaniya
2011-ci il Sart-Telman Universiteti Pulmonoloji təbabət
2011-ci il Praqa Universiteti Yuxu təbabəti (Sleep Medicine)
2012-ci il Arizona Universiteti, Pulmonar təbabət, Arizona, ABŞ
Robert Weol Sohn Universiteti, Pulmonar təbabət, Nyu Cersi, ABŞ
Vayskof Universiteti, İnvaziv Pulmonologiya

İş təcrübəsi

1983-1986-cı illər Naxçıvan Muxtar Respublikasında həkim-terapevt kimi çalışıb.
1987-1991-ci illərdə Salyan rayon Mərkəzi xəstəxanasında, Reanimatologiya və İntensiv terapiya şöbəsində çalışıb.
1995-2000-ci illərdə Salyan rayon Ağciyər xəstəlikləri dispanseri.

Əlizamin Sadıqov,Prof.

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz