Namiq Məmmədov hekimtap.az

Namiq Məmmədov

USM həkim

Bakı

Həkim haqqında

1981-ci ildə Bakı şəhərində doğulub.

Ultrasəs müayinəsi sahəsində ixtisaslaşmış həkim kəllə, beyin, boyun, döş qəfəsi və qarın boşluğu, qadın və kişi cinsiyyət orqanlarının ultrasəs müayinəsini yüksək dəqiqliklə və müayinəyə tələb olunan vaxta riayət edəcək şəkildə həyata keçirir. Həmçinin, damar xəstəliklərinin rəngli doppler müayinəsində və yenidoğulmuşların ultrasəs müayinəsində böyük təcrübəyə malikdir.

Təhsil

1987-1998-ci illərdə Bakı şəhərindəki 1 saylı fizika, riyaziyyat, informatika təmayüllü litseydə təhsil alıb.

1998-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakultəsinə daxil olmuş, 1998-2002-ci illərdə həmin fakultədə, 2002-2004-cü illərdə isə hərbi-tibb fakultəsində ali tibb təhsili alıb.

2004-2008-ci illərdə tibb xidməti zabiti olaraq hərbi həkim kimi işləmiş, 2006-2007-ci illərdə internatura təhsili alıb.

2009-2011-ci illərdə Rusya Federasiyasında N.V.Sklifosovski adına Elmi-Tədqiqat Təcili Tibbi Yardım İnstitutunda təhsilini davam etdirib, 2011-2012-ci illərdə isə Türkiyə Cümhuriyyətinin Çukurova Universitetinin Radiologiya şöbəsində ultrasəs-rəngli dopler müayinəsi üzrə təhsilini başa vurub.

İcra olunan prosedurlar

1. Yenidoğulmuşlarda bütün növ ultrasəs müayinələri, o cümlədən transkranial neyrosonoqrafiya;

2. Qarın boşluğu orqanlarının kəskin, cərrahi müdaxilə tələb edən xəstəliklərinin, o cümlədən öd kisəsi patologiyaları, appendisit, yırtığın vaxtında və dəqiq müayinəsi;

3. Qaraciyər, mədəaltı vəz, dalaq və s. orqanların kəskin və xronik terapevtik xəstəliklərinin müayinəsi və müntəzəm ultrasəs nəzarətinin həyata keçirilməsi;

4. Böyrəklər, sidik axarları, sidik kisəsi, prostatın müayinəsi, qadın və kişi cinsiyyət orqanlarının xəstəliklərinin aşkar edilməsi;

5. Damar patologiyalarının, o cümlədən daralma, genişlənmə, varikoz, tutulma, trombozun müəyyən edilməsi;

6. Zədələnmələr zamanı ultrasəs müayinəsi, həmçinin qarışıq zədələnmələri ultrasəs müayinəsi ilə qiymətləndirilməklə qısa vaxtda ən vacib müdaxilə üçün istiqamət verilməsi;

Ultrasəs və rəngli dopler müayinələrini yüksək dəqiqliklə icra etməklə müxtəlif xəstəliklərin qarşısının alınmasında və müalicəsində ilk mərhələ olan keyfiyyəti diaqnostika ilə sizin xidmətinizdədir.

İş təcrübəsi

2011-2013-cü illərdə "Modern Hospital" və "İnternational Clinic" özəl tibb müəssisələrində işləyib.2013-cü ildən "Baku Medical Plaza" klinikasında fəaliyyət göstərir.

Namiq Məmmədov

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz