travmatoloq-ortoped vüqar quliyev

Vüqar Quliyev,Uzm.

Travmatoloq-ortoped

Uzman

6 il iş təcrübəsi

Bakı
Əyripəncəlik hekimtap.az

Əyripəncəlik

Müəllif: Uzman Dr. Vüqar Quliyev
2152

Paylaşıldı: 27.03.2019
Vüqar Quliyev

Əyripəncəlik anadangəlmə ortopedik deformasiyalar arasında ən sıx yayılan(hər 1000 canlı doğumda 1-2) patologiyalardan biridir. Bu patoloji vəziyyətdə dizaltı nahiyədə yerləşən bütün sümük-yumşaq toxumaların (əzələ-vətər, bağ, osteoartikulyar, neyrovaskulyar) anadangəlmə displaziyası görülür. Əyripəncəlik embrional inkişaf qüsuru deyil. Normal inkişaf edən ayaq hamiləliyin
ikinci trimestrində əyripəncəliyə dönüşür. Bu patoloji vəziyyətin yaranmasında bir çox teoriya və hipotez ortaya atılmışdır. Amma bunlardan heç biri bu xəstəliyin əmələ gəlməsini əsaslı şəkildə izah edə bilməmişdir. Bu patologiyanın ən çox sporadik yayılmasına baxmayaraq, bəzi ailələrdə natamam dominant autosom genetik yolla keçdiyi bildirilmişdir. Valideynlərdən birində bu patologiya olubsa, uşaqda görülmə ehtimalı 3%-4%-dir. Valideynlərdən hər ikisində bu patologiya rastlanıbsa, uşaqlarda görülmə ehtimalı 30%-ə qədər yüksəlir. Hər iki ətrafda görülmə sıxlığı 50%-dir. Oğlan uşaqlarında daha sıx rastlanır. Bu deformasiya əyriboyunluq və bud-çanaq oynağı displaziyası ilə birlikdə sıx görülür. Buna görə də əyripəncəliyi olan uşaqların bud-çanaq oynağı uyğun qaydada müayinə edilməli və lazımdırsa oynaq ultrasəs metodu köməkliyi ilə incələnməlidir. Bu patologiya tipik və atipik olmaqla ikiyə ayrılır. Tipik əyripəncəlikdə səbəb adətən bilinmir. Atipik əyripəncəlikdə isə bəzi xəstəliklər(artroqripozis, spina bifida) fonunda ikincili olaraq yaranır. Bu xəstəliyin müalicəsində günümüzə qədər bir çox konservativ və cərrahi müalicələr təklif edilmişdir. Konservativ müalicənin yetərli olmadığı vəziyyətdə cərrahi müalicəyə üz tutulur.


Vüqar Quliyev,Uzm.

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz