Altay Cәfәrov hekimtap.az

Altay Cәfәrov,PhD

Travmatoloq-ortoped

Tibb elmləri namizədi

30 il iş təcrübəsi

Bakı
Adəti çiyin çıxıqları

Adəti çiyin çıxıqları

Müəllif: T.E.N. Ortoped-travmatoloq Altay Cəfərov, (+994) 50 213-90-98
4546

Paylaşıldı: 14.04.2020
Altay Cәfәrov

Çiyin oynağının adəti çıxığı bir qayda olaraq çiyin oynağının ilkin travmatik çıxığının natamam və qeyri-kafi müalicəsi nəticəsində yaranır. Bu patologiya bazu sümüyünün başının kürək sümüyünün oynaq çuxuruna nisbətdə daimi yerdəyişməsi nəticəsində yaranır və yuxarı ətrafın funksiyasının pozulmasına gətirib çixarır. 

Çiyin oynağı iki əsas sümükdən-bazu sümüyünün başından və kürək sümüyünün oynaq çuxuru-qlenoid boşluğundan əmələ gəlir. Oynağı öz növbəsində oynaq kapsulu, bağ aparatı, əzələlər damar və sinirlər əhatə edir. Çiyin oynağı mürəkkəb çoxfunksional oynaq olmaqla çoxlu sayda və həcmdə hərəkətlər icra edir. Buna ğörə çiyin oynağı çıxıqlara tez-tez məruz qalır. 

Картинки по запросу "операция Банкарта"

Adəti çiyin çıxığı nədir?

Əkəsr hallarda travmanın bu növü adi çiyin çıxığının ağırlaşması kimi inkişaf edir. İlkin çiyin çıxığı özbaşına yerinə salındıqda, ixtisaslaşmış tibbi yardım almadıqda, lazımi əməliyyatdan imtina etdikdə, reabilitasiya qaydalarına tam əməl etmədikdə, erkən fiziki aktivlik və idmanla məşğul olduqda adəti çıxıq yaranır. Həmçinin ilkin çıxıq zamanı dəmar və sinirər zədələndikdə ətraf əzələlərin zəifləməsi-atrofiya baş verir ki bu da adəti çıxığın yaranmasında mühüm rol oynağır. 

Adəti çiyin çıxığının yaranma səbəbləri: 

  • Ilkin çıxıqdan sonra qeyri-tam fiksasiya;
  • Çıxığın yerinə salınması zamanı buraxılan səhvlər;
  • Müalicə sonrası reabilitasiya qaydalarının pozulması;
  • Yanaşı gərilmələr;
  • Əzələlərin zəifliyi;
  • Çiyin oynağının anadangəlmə qeyri-düzgün inkişafı-anomaliyası;
  • Əzələ və sinir zədələnmələri.

Adəti çiyin çıxığının əlamətləri:

Adəti çiyin çıxığı özünün xarakterik əlamətlərinə malikdir. Ən əsas əlamət oynaqda olan hər çıxma zamanı kəskin ağrılardır.Oynaq formasını dəyişir və ətraf  normal hərəkətdən və vəziyyətdən qalır. Şişkinlik inkişaf edir. Şişkinləşmiş əzələlər və yerdəyişmişsümüklər damar və sinirləri sıxır. Həmçinin gərilmiş bağlar boşalır və oynağı saxlamaq iqtidarında olmur. 

Zaman keçdikcə çıxıq hətta adi yüklənmədən sonra da baş verir. Adi məişətdə və gündəlik həyatında insana saçını daramaq, paltar geyinmək, əlini harasa uzatmaq və yuxuda narahat pozada yatmaq bəs edir ki adəti çıxıq dərhal təkrarlansın. Digər tərəfdən çıxığın yerinə salınması da zəifləyən ətraf toxumalar  səbəbindən asan icra olunur. Xəstə əvvəlkindən daha az intensivlikli ağrılar hiss edir. Ağrı təxminən 1 sutkaya yaxın davam edir, sonra getdikcə itib gedir. 

Adəti çiyin çıxıqlarının növləri: 

Ön çıxıq: Adəti və travmatik çıxıqların ən çox rast gəlinən növüdür. Bu zaman bazu sümüyünün başıoynaq çuxurunun önünə döğru yrdəyişmə eləyərək kürə çuxurunda ilişib qalır. 

Arxa çıxıq: Bütün çıxıqların təxminən 2% ini təçkil edir. Bazu sümüyünün başı kürək sümüyünə nisbətən arxaya doğru yerdəyişir. 

Aşağı çıxıq: Bazu sümüyünün başı oynaq çuxurunun aşağısında ilişib qalır. 

Diaqnozun qoyulması:

Adəti çiyin çıxığının aşkar olunması elə də çətinlik törətmir. Təcrübəli  travmatoloq ortoped ətrafli anamnez topladıqdan sonra fiziki müayinələr aparmaqla ilkin diaqnozu qoya bilir. Əlavə müayinələrdən rentgenoqrafiya, ultrasəs müayinəsi, MRT  vasitəsilə çiyin oynağının hansı strukturlarının zədələnməsi, yumşaq toxumaların və sümüklərin strukturu, vəziyyəti barədə ətrafli məlumat əldə etmək olur. 

Müalicə

Adəti çiyin çıxıqlarının müalicəsi demək olar ki əksər hallarda cərrahidir. Əməliyyat açıq və qapalı üsullarla həyata keçirilir.Bu travma çox yayıldığından müasir ortopedik cərrahiyyədə adəti çiyin çıxıqlarının cərrahi müalicəsinin çoxlsaylı metodikası vardır. Ümumilikdə isə bu əməliyyatlar aşağıdakı cür təsnif edilir:

  • Oynaq kisəsinin bərkidilməsi;                                                                                                 
  • əzələ-bağ aparatının bərkidilməsi;                                                             
  • sümüklərdə aparılan pastik əməliyyatlar;
  • müştərək vasitəlr.

Hal-hazırda effektiv metodlatdan biri  Bankart əməliyyatı hesab olunur. Bu əməliyyat minimal invaziv artroskopik üsulla da icra olunur. Çiyin nahiyəsində 3-4 kiçik ölçülü dəliklər açılmaqla xüsusikamera və alətlərin köməyi ilə oynaq boşluğuna daxil olunur. Reviziyada yanaşı patologiya aşkar edilmədikdə zədələnmiş oynaq dodağı qapalı üsulla  ankerlərin köməyi ilə tikilir. Əgər kifayət qədər sümük defekti varsa açıq Bristou və ya Latarje əməliyyatı icra olunur. 

Əməliyyatsonrası dövrdə mütləq fiksasiya sarğısı tətbiq olunmalıdır.  4-6 həftə ərzində immobilizasiya tətbiq edilir. Funksiyaların bərpasından asılı olaraq tədricən yüklənmələr, passiv və aktiv hərəkətlərə  başlanılır. Həmçinin tam bərpanı və sağalmanı təmin etmək məqsədilə əməliyyatsonrası dövrdə fizioterapiya, massaj, müalicəvi gimnastika geniş istifadə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az 


Altay Cәfәrov,PhD

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz