Elfanə Süleymanova  hekimtap.az

Elfanə Süleymanova

Terapevt, Osteopat

12 il iş təcrübəsi

Bakı
Fəqərəarası disk yırtığı

Fəqərəarası disk yırtığı

Müəllif: Osteopat Elfanə Süleymanova , Əlaqə: 050 302-82-56
3821

Paylaşıldı: 16.04.2020
Elfanə Süleymanova

Fəqərəarası disk yırtığı – son zamanlarda insanlar daha cavan yaşda fəqərəarası disk yırtığından əziyyət çəkməyə başlamışlar və hər il fəqərəarası disk yırtığından əziyyət çəkənlərin sayı artmaqdadır. Təəssüflər olsun ki, pasientlər fəqərəarası disk yırtığının müalicəsinin erkən vaxtlarında həkimə müraciət etmirlər. Böyük əksəriyyət ağrıları müxtəlif mazlar və ağrıkəsicilərlə yayındırmağa üstünlük verirlər. Halbuki erkən vaxtda həkimə müraciət fəqərəarası disk yırtığının əməliyyatsız müalicəsini təmin edə bilərdi. 

Fəqərəarası disk yırtığının cavanlaşması ilə əlaqədar əsas risk yaş qrupları 25-50 yaş arasına təsadüf edir.  

Fəqərəarası disk yırtığının yaranma səbəbi

Fəqərəarası disk yırtığı yaranması bizim həyat tərzimizlə əlaqəlidirsə, müalicəsi  yaranma səbəbindən və mərhələdən asılı olaraq dəyişir. Düzgün olmayan qamət, oturaq həyat tərzi və ya əksinə ağır fiziki aktivlik, fiziki aktivliyin heç olmaması, artıq çəki  və bu kimi bir sıra faktorlar nəyinki osteoxondrozun , həm də fəqərəarası disk yırtığının yaranmasına təkan verə bilir.  

osteoxondrozun müalicəsinə vaxtında başlamasaq degenerativ-distrofik proseslər proqressivləşə bilir. Fəqərəarası diski əhaət edən fibroz həlqə parçalanır və diskin möhtəviyyatı fəqərəarası disk yırtığını yaradır. 

Osteopatik diaqnostika zamanı  xoniki yüklənmə aşkarlanır, fəqərələrdəki asimmetriya aşkarlanır, bu dəyişikliklərin səbəbi araşdırılır.  

Osteoxondrozdan başqa fəqərəarası disk yırtığının yaranmasına səbəb olan digər faktorlar: 

  • onurğa sütunu travmaları;
  • onurğa sütunun anadangəlmə və ya qazanılmış xəstəlikləri;
  • orqanizmdə vitamin və mineral defsisiti;
  • hamiləlik;
  • hormonal dəyişikliklər ;
  • yaşlanma. 

Fəqərəarası disk yırtığının ən çox rast gəlinən səbəbi travmalardır - orqanizmin müxtəlif nahiyələrinin, başın və ya ətrafların travmaları da həmçinin. Fassiyanın bir tərəfli dartılması və gərginləşməsi diskə düşən təzyiqi artırmaqla yanaşı diskin çəpinə əyilməsinə və burulmasına da səbəb olur. Jelatinəbənzər nüvə diskin daha qalın olduğu tərəfə axır və fibroz həlqəni, diski əhatə edən fəqərərası  bağları zədələyir. Osteopat həkimin müalicəsi bu nüansları araşdırıb onları aradan qaldırmağa yönəlir. 

Fəqərəarası disk yırtığının lokalizasiyası və simptomları 

Onurğa sütunun bel şöbəsi ən çox yüklənməyə məruz qalan nahiyədir, yüklənməyə nisbətən az isə boyun və döş nahiyəsində rast gəlinir.

Fəqərəarası disk yırtığı yerləşməsinə görə:

  • arxa yan;
  • ön yan;
  • yan;
  • orta;
  • kombinəolunmuş.

Fəqərəarası disk yırtığının yaranma etapları:

  • prolaps.

Bu mərhələdə fibroz həlqədə çatlar yaranır, diskin qabarması az təzahür edir, bu etapda boyun nahiyəsi üçün 1-2 mm, bel nahiyəsi üçün 2-3 mm qabarma rast gəlinir. Prolaps mərhələsində  ağrılar az və ya periodik ola bilər. İlkin etaplarda adətən pasientlər diskomforta az əhəmiyyət verirlər və həkimə müraciət etməkdən çəkinirlər. Nəticədə onlarda proses ağırlaşır və protruziya yaranır. Fibroz həlqə öz tamlığını qoruyur, qabarmanın ölçüsü boyun nahiyəsində 2-3 mm-dən çox, bel nahiyəsində 3-5 mm-dən çox olarsa ağrılar daha intensiv hala gəlir.  

  • ekstruziya.

Fibroz həlqənin parçalanması  jelatinəbənzər nüvənin kənara çıxması baş verir. Adətən fibroz həlqənin dağılması mərhələsi ( yıxılma, ağır yük qaldırma, bədənin qəfil fırladılması və s.) kəskin hərəkətlərdən sonra artır. Pasientdə kəskin, güllə kimi yayılan ağrılar yaranır.  Fibroz həlqənin dağılması zamanı hərəkət məhdudlaşır, yerli iltihab və ödem yaranır. Fəqərəarası diskin boyun nahiyəsində ekstruziya 4-6 mm, bel nahiyəsində 5-10 mm çatır.  

  • sekvestrasiya.

Xəstəliyin ən ağır mərhələsidir. Bu mərhələdə fəqərəarası yırtığın qabarması diskdən ayrılır və qidalanmadan kənar qalır və təcrid olunur.  Toxumalarda yaranan yad cisim kəskin iltihabi prosesə səbəb olur. Fəqərəarası sinirlərin zədələnməsi hesabına pasient sakitlik vəziyyətində də güclü ağrı hiss edir. Fəqərəarası disklərin ödemi, fəqrəarası sinirlərin sıxılmasına əzələ spazmına səbəb olur. Nadir hallarda osteopatik müalicənin effektivliyi rast gəlinsə də, bu mərhələdə cərrahi müdaxilə mütləqdir. 

Fəqərəarası disk yırtığının simptomları və müalicəsi onun lokalizasiyasından asılıdır: 

  1. bel nahiyəsinin fəqərəarası disk yırtığı beldə, qasıq nahiyəsində  ağrılar, ağrıların ayaqlara irradiasiya etməsilə, ayaqlarda zəifliklə, sinirə təzyiq edərkən ayaqda və qasıq nahiyəsində keyimə ilə özünü biruzə verir; 

  2. döş nahiyəsində yırtıq zamanı kürəkdə, iki kürək sümüyü arasında və döşdə ağrılar, belin bir hissəsinin və ya döş qəfəsinin keyiməsi;

  3. boyun nahiyəsində fəqərəarası disk yırtığı baş ağrıları, baş gicəllənmə, çiyində və əldə ağrılarla, əl barmaqlarında keyimə ilə özünün biruzə verir. Yuxu pozulması, yaddaş pozulması, arterial təzyiqin anidən qalxması və müalicəyə tabe olmaması boyun fəqərəarası disk yırtığı ilə əlaqəli ola bilər. 

Fəqərəarası disk yırtığının ağır fəsadı onurğa kanalının daralması və onurğa beyninin sıxılması ola bilər.  Nəticə olaraq - ətrafların iflicinə də gətirib çaxara bilər. Bel nahiyəsinin fəqərəarası disk yırtığı sidik ifrazında və reproduktiv sistemdə disfunksiyalar hətta ayaq əzələlərinin atrofiyası ilə yekunlana bilər. Ona görə də ilk simptomlarda həkimə müraciət etmək mütləqdir.

Fəqərəarası disk yırtığının diaqnostikası və müalicəsi 

Fəqərəarası disk yırtığının müalicəsi diaqnoz təsdiqləndikdən sonra təyin olunur. Fəqərəarası disk yırtığının ən informativ diaqnostikası MRT (maqnit rezonans tomoqrafiya ) ilə mümkündür. Rentgenoqrafiya və kompyuter tomoqrafiya MRT ilə müqayisədə daha az informativdir. 

Medikamentoz müalicə zamanı yerli regenerasiyanı bərpa edən, ödem əleyhinə, iltihabəleyhinə preparatlardan istifadə olunur. Yerli simptomatikanı aradan qaldırmaqla yanaşı  akupunktura, biopunktura, homeosiniatriya, nevral terapiya ilə fəqərəarası disk yırtığının məqsədyönlü müalicəsi aparılır.  

Fəqrəarası disk yırtığının osteopatik müalicəsi Sizə ilkin səbəbi aradan qaldırmaqla əməliyyatsız müalicə almağa kömək edəcəkdir. Xüsusi texnikaların köməyi və  toxumalara əllərin yüngül toxunuşu ilə osteopat əvvəllər keçirilmiş travmanın qalıqlarını, disk və fəqərələrin yerdəyişməsini, fəqərələrətrafı əzələlərin spazmı aradan qaldırır, yerli qan və limfa dövranını bərpa edir. Vaxtında osteopatik müalicə ilə bir çox pasientlər fəqərəarası disk yırtığından əməliyyatsız xilas olmuşlar. Ağrı azaldıqca insanların həyat keyfiyyəti yaxşılaşır. Fəqərəarası disk yırtığının osteopatik müalicəsi zamanı bütün bədənə müsbət təsir göstərilir və  yanaşı problemlər də müalicə olunur.

Müalicə kursundan sonra osteopat həkim həyat tərzinin yaxşılaşdırılması və bədənin  korreksiyası üçün məsləhətlər verir. Beləliklə xəstəliyin residivləri sığortalanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az 


Elfanə Süleymanova

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz