Səbəbləri:
İnsan orqanizminin fiziki fəaliyyət zamanı ən çox zərbə görən hissəsi ayaqlardır. Aşıq daban osteoartrozun inkişafına səbəb ən çox travma və ayaqlara düşən yükdür. Buna görə bu problem ən çox peşəkar idmançılarda: balerinalar, rəqqaslar, gimnastlarda rast gəlinir. Artıq çəki aşıq daban oynağının osteoartrozunun yaranma səbəbləri sırasında öndə yer alır.
Aşıq daban oynağının post-travmatik osteoartozu ən çox xidmət zamanı hərbiçilərdə, xilasetmə işçilərində rast gəlinir.
Digər amillər:
-hündür daban ayaqqabı geyinən xanımlarda;
-45 yaşdan sonra əmələ gəlmə ehtimalı yüksəlir;
-piylənmə;
-irsi;
-müşayiət olunan xəstəliklər: məsələn, artrit, osteodistrofiya, tiroid vəzini funksiyasının pozulması nəticəsində əmələ gəlir.
Simptomlar
Aşıq-daban oynağının osteoartrozunu erkən müəyyənləşdirmək və müalicə etməyin əsas problemi bu xəstəliyin ilkin mərhələdə özünü biruzə verməməsidir. Statistikaya görə, insanlar fiziki ağırlıqdan sonra istirahət zamanı sakitləşən və yox olan ağrılara məhəl qoymurlar. Bu xəstəlikdən əziyyət çəkən insanları narahat edən:
-səhərlər 2-3 saat davam edən küt ağrılar;
-ayağı döndərdikdə, dairəvi hərəkət etdikdə xoşagəlməz ağrılar;
-ayaq biləyində və topuq nahiyəsində şişkinlik, yerli hərarətin yüksəlməsi;
-xışıltı səsi;
Aşıq-daban oynağının deformasiyaedici osteoartrozu diaqnozu qoyulmuş xəstələrin pilləkənləri qalxması və hətta hərəkəti belə çətinləşir. Vaxtında müalicə edilmədikdə fərdi klinik mənzərədən asılı olaraq ağırlaşmaya , hətta əlilliyə səbəb ola bilir.
Mərhələləri:
I mərhələ
Aşıq-daban oynağının deformasiyaedici osteoartrozunun birinci mərhələsində gedən prosesi rentgenoqrafiya zamanı dəqəq diaqnoz qoymaq çətin olur. Bəzən demək olar ki, asimptomatik olur. Xəstələr yalnız ağır yük və sürətli hərəkət zamanı yerli ağrılar hiss edirlər. İstirahətdən sonra ağrılar çəkilir.
Xaricdən patoloji dəyişiklik hiss olunmasa belə daxildən qığırdaq məhv olur və sinovial maye azalır.
II mərhələ
-problemli bölgədə, hətta adi bir müayinədə də, deformasiya olmuş bölgələr izlənilir və palpasiya etdikdə periartikulyar nöqtələr təyin edilir;
-qığırdaq səthi nahamar olur;
-oynaq boşluğu orta dərəcədə daralır;
-rentgenoqrafiya zamanı osteofitlər, kistik formalar, sklerotik sahələr görünür
-gəzərkən və istirahət edərkən davamlı olan ağrılar və xırtıltı səsləri.
III mərhələ
-həkimin müayinəsi zamanı deformasiya müşahidə olunur, ayağın əyriliyi və sümüklərin qabarıqlığı ;
-ayağın elementar hərəkəti zamanı və hətta sakit vəziyyətdə də davam edən ağrılar;
-boşluqda iltihabi prosesin əmələ gəlməsi;
-rentgenoqrafiya zamanı oynaqda ciddi şəkildə daralmanın görülməsi.
IV mərhələ
Osteoartritin son mərhələsi insanı əlilliyə gətirib çıxarır. Artıq xəstə sərbəst gəzə bilmir.
-instrumental müayinə zamanı çəkilən şəkillərdə oynağın dağılması deqiqləşdirilir;
-oynaq məsafəsi yoxdur, oynaq səthləri kobudlaşır;
-çox sayda osteofitlər;
-ayaq hərəkətliliyi kəskin məhdudlaşmışdır.
Müayinələr:
Rentgenoqrafiya
MRT(maqnit rezonans tomoqrafiya)
KT(kompyuter tomoqrafiya)
Laborator müayinələr
Müalicələr
-Homeosiniatriya
-Proloterapiya
-PRP terapiya
-Kök hüceyrə ilə müalicə
-Fizioterapiya
-Oynaqdaxili inyeksiyalar
-Medikamentoz müalicə
-Cərrahi müdaxilə
Aşıq-daban oynağı osteoartrozunun profilaktikası
-zədələrdən qorunmaq;
-çox hündür daban və həddindən artıq yast ayaqqabı geyinməmək;
-aşıq-daban osteoartrozuna yol aça biləcək bütün xəstəliklərin vaxtında müalicəsi;
-vaxtında tibbi mayinələrdən keçmək və lazımi müalicələr almaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az