Əli Əlizadə hekimtap.az

Əli Əlizadə

Osteopat, Revmatoloq

26 il iş təcrübəsi

Bakı
OSTEOARTROZun müalicəsi

OSTEOARTROZ

Müəllif: Revmatoloq-Osteopat Əli Əlizadə, Əlaqə: 050 367-41-47
3437

Paylaşıldı: 09.09.2020
Əli Əlizadə

Osteoartroz – artritin ən geniş yayılmış formalarındandır. Faktiki olaraq 60 yaşdan yuxarı bütün insanlarda osteoartrit rast gəlinir, amma hazırda cavanlar arasında da tez-tez rast gəlinir. Xəstəlik oynağın normal strukturlarının mexaniki dağılması, oynaq kapsulasının və qığırdağının zədələnməsi nəticəsində yaranır. Osteoartroz əsasən iri oynaqları – diz oynaqlarını, bud-çanaq oynaqlarını və onurğa sütununu zədələyir. Əl oynaqlarının da zədələnməsi rast gəlinir. 

Oynaq necə zədələnir?

Oynaq — sümüklərin hərəkətli birləşməsidir. Oynaq ətrafdan oynaq kapsulası ilə əhatə olunmuşdur. Oynaq başı və oynaq çuxuru nazik hialin qığırdaq qatı ilə örtülüdür, hansı ki, bu qığırdaqda sinir ucları və qan damarları yoxdur. Hərəkət zamanı qığırdaq amortizator funksiyasını yerinə yetirir, sümük səthlərinə təzyiqi azaldır və oynaq başının oynaq çuxurunda rahat sürüşməsini təmin edir. Oynağı təşkil edən sümüklər öz aralarında vətər və bağlar vasitəsilə birləşiblər, nəticədə sümüklərin hərəkət zamanı düzgün istiqamətdə yerdəyişməsi təmin olunur. Oynaq ətrafdan oynaq kapsulası ilə əhatə olunmuşdur. Oynaq kapsulu daxildən nazik sinovial qişa ilə örtülüdür, bu qişa oynaq boşluğuna oynaq mayesi ifraz edir. Oynaq mayesi hialin qığırdağın qidalanmasını təmin edir və hərəkət zamanı oynaq səthlərinin sürtünməsinə mane olur. Sinovial qişanın iltihabı (sinovit), oynaq boşluğuna qansızma(hemartroz) nəticəsində oynaqda degenerativ-distrofik və iltihabi proses baş qaldırır. 

Osteoartroz zamanı ilkin dəyişiklik – hamar hialin qığırdaq səthində yumşalma və üzərində çökəkliklərin və ulduzvari zədələnmələrin yaranmasıdır. Artrit proqressivləşdikcə oynaq səthini örtən qığırdaq getdikcə nazikləşir, dağılır və nəticədə sümük səthləri qorunmur. Coxartroz (Kalça Osteoartriti) | Teaching yoga, Yoga asanas, Yoga

Oynaq səthi öz sürüşkənliyini itirdiyindən oynaqda hərəkət zamanı ağrı və hərəkət məhdudluğu yaranır. Oynaq qığırdağı getdikcə dağılmaya məruz qaldığından, oynaq kənarlarında sümük çıxıntıları yaranır. Nəticədə oynaq deformasiyaya uğrayır, formasını dəyişir. 

 

Osteoartrozun səbəbləri

 - yaş faktoru – yaşla əlaqədar qığırdağın elastikliyi və yükə qarşı davamlılığı azalır; Osteoartrit Alternatif Tedavi - Alternatif Terapi
 - bədən çəkisinin çox olması – artıq çəki oynaqda dağılma prosesini tezləşdirir;
- zədə - travma nəticəsində oynağın və onun bağ aparatının zədələnməsi, sınıq, çıxıq, mikrotravmalar ola bilər.  Bir sıra peşə işçiləri və peşəkar idmançılarda bu tez-tez rast gəlinir;
 - irsi meyllik;

 
Osteoartrozun əlamətləri

Osteoartroz çox vaxt simptomsuz və ya az simptomlarla müşayiət olunur (hətta oynaqda rentgenoloji dəyişikliklər görünsə də). Oynaqda kəskin ağrılar uzunmüddətli stabilləşmə periodu ilə növbələşə bilər. Əksər xəstələrdə istirahətdən sonra azalan ağrılar müşahidə olunur. Xəstələrdə aşağıdakı simptomlar müşahidə oluna bilər:

Ağrı və hərəkət məhdudluğu

Adətən ağrının intensivliyi xəstəliyin mərhələsindən asılı olaraq dəyişir – aydın nəzərə çarpan və oynaqdakı hərəkəti məhdudlaşdıran ağrıdan, mülayim və ancaq müəyyən hərəkətlər zamanı yaranan ağrılar ola bilər. Oynaqdakı ağrı fiziki yüklənmə zamanı artır, istirahətdən sonra azalır. Osteoartroz proqressivləşdikcə ağrı hətta minimal aktivlik zamanı da yaranır. Gecikmiş hallarda isə hətta gecə də ağrı narahat edir. 

Hərəkət məhdudluğu adətən sakit vəziyyətdə qaldıqdan sonra, xüsusən səhərlər xəstəni narahat edir,  bir az fiziki hərəkət etdikdən sonra ağrı keçir. Osteoartrit zamanı hərəkət məhdudluğu qısa müddətli olur, 15 dəqiqədən çox davam etmir. 

Oynaqda şişkinlik

Bu oynaqda sinovial qişanın qıcıqlanaraq əlavə oynaq mayesi ifraz etməsi nəticəsində yaranır, oynaq mayesinin miqdarı artır və oynaqda şişkinlik yaranır. Bu adətən iri oynaqlarda: bud-çanaq, diz oynaqlarında rast gəlinir.

Sümük çıxıntılarıBaşparmak Taban Eklemi Osteoartriti | eftalgudemez.com

Osteoartritin əsasən tez-tez rast gəlinən ağırlaşması əl oynaqlarında sümük çıxıntılarının əmələ gəlməsidir. Bu adətən qadınlarda 40 yaşdan yuxarı rast gəlinir. Bu düyünlər əl oynaqlarında ağrı törədir. Erkən mərhələdə aparılan müalicə effekt verir.   

Diaqnostika

Osteoartrozun spesifik diaqnostik testi yoxdur. Osteoartrit zamanı digər növ artritlərdən fərqli olaraq qanda iltihabi dəyişikliklər olmur. Oynağın ümumi baxışı və müayinəsi aparılır. Rentgenoloji, maqnit-rezonans tomoqrafik müayinə diaqnoz qoymağa kömək edir.  

Müalicə

Müalicə ilə xəstəliyin inkişaf dərəcəsini azaltmaq mümkündür. Müalicədə xəstəliyin hansı mərhələdə olması, hansı oynaqları zədələməsi, müşayiət edən xroniki xəstəliklər, yaş, xəstənin peşəsi nəzərə alnmalıdır. 

Müalicəyə daxildir:

  • Proloterapiya;
  • Osteopatiya;
  • PRP terapiya;
  • Nevral terapiya;
  • Akupunktura;
  • Hərəki aktivlik ritmi, fiziki yüklənmə istirahətlə növbələşməlidir;
  • Reabilitasiya;
  • Çəkini azaltmaq;
  • Fizioterapiya;
  • Cərrahi əməliyyat.  

     © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
    https://hekimtap.az 

 


Əli Əlizadə

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz