plastik cərrah op. dr. günel bayramlı

Günel Bayramlı,Op.

Plastik cərrah

Operator

Bakı
süd vəzi böyüdülməsi

Süd vəzi böyüdülməsi

Müəllif: Plastik cərrah Op. Dr. Günel Bayramlı 055 225-57-77
698

Paylaşıldı: 18.06.2018
Günel Bayramlı

Süd vəzi böyüdülməsi – ümumi məlumat

Süd vəzilərinin (məmənin) böyüdülməsi – milyonlarla qadının arzusudur. Kimi məmə ölçüsünü müstəqil şəkildə böyütməyə çalışır, kimisi isə bunu plastik cərraha etibar edir. Bu məqalədə söhbət süd vəzilərinin  plastik cərrahiyyə üsulu ilə böyüdülməsindən gedəcək.

Plastik cərrahiyyə məmə böyüdülməsində ən effektiv üsul hesab olunur.

Plastik cərrahiyyə əməliyyatları arasında ən çox tədqiq ediləni məmə böyütmə əməliyyatıdır. Statistikaya görə, bu gün Amerikada 2 milyon qadın silikon daşıyıcısıdır. Süd vəzi protezlərinə müraciət edən Azərbaycan qadınlarının da sayı gündən-günə artır.

Məmə protezlərinin yerləşdirmə üsulları

1995-ci ildə Kanadada 11.000 xəstə üzərində aparılmış tədqiqatın nəticəsində məlum oldu ki, məmə protezləri qoyulan qadınlarla, qoyulmayan qadınlar arasında xərçəngin əmələ gəlmə ehtimalı eynidir. Yəni, məmə protezləri süd vəzi xərçəngi əmələ gətirmir.

Məmə protezlərini yerləşdirmək üçün 4 kəsik yolu var:
1.Areola ətrafı;
2. Məmə altı;
3. Qoltuq altı;
4. Göbəkdən aparılan kəsik.

Hər kəsiyin özünə görə üstünlükləri  və çatışmayan cəhətləri var. Ən çox istifadə olunan məmə altı və məmə başından aparılan kəsiklərdir. Məmə böyüdülməsi əməliyyatından əvvəl bəzi müayinələr və ölçmələr aparılır. Bu ölçmələr sizin bədəninizə uyğun bir əməliyyat planlaşdırılması üçündür. Əməliyyatdan əvvəl sizdən süd vəzi ultrasəs müayinəsi çəkdirmək istəniləcək. Əgər məmədə ələ gələn-gəlməyən və hər hansı ağrılı-ağrısız törəmə olarsa, o zaman əməliyyat ertələnəcək, bu törəmə tam şəkildə yoxlanıldıqdan sonra əməliyyat planlaşdırılacaq.

Süd vəzi protezlərinin növləri

Məmə protezlərinin 2 forması var: Yuvarlaq və anatomik (damla şəkilli).

Yuvarlaq protezlərin üfüqi və şaquli ölçüləri bir-birinə bərabərdi. Anatomik protezlərdə şaquli ölçü üfüqi ölçüdən böyükdü. Anatomik adlandırılmasının səbəbi məmə şəklinə daha çox bənzəməsidir. Tərkibinə görə isə silikon gel tərkibli və silikon gel tərkibli kapsulanın içərisində yerləşən fizioloji duzlu su tərkibli olurlar.

Süd vəzi böyüdülməsi – əməliyyatdan əvvəlki mənzərə

Məmə böyütmə əməliyyatı pasientin tam yatızdırıldığı ümumi anesteziya altında həyata keçirilir. Sizin bədən quruluşunuzu və istəklərinizi nəzərə alaraq, cərrahınız sizə uyğun kəsiklə silikon protez yerləşdirəcək. Əməliyyat ortalama 1 saat davam edir.

Süd vəzi böyüdülməsi – əməliyyatdan sonrakı mənzərə

Əməliyyatdan sonra 1 gün xəstəxanada yatmaq şərtdir. Əməliyyat bitəndən sonra sizə geyindirilən korsetin 1 ay  üzərinizdə qalmağı məsləhətdir. Əməliyyatdan sonra ağrı hissini azaltmaq üçün sizə bəzi ağrıkəsici dərmanlar yazılacaq.

Əməliyyatdan 2-5 gün sonra məmələrin gərgin və həssas olması normaldır. Sarğılarınız 5 günə çıxarılacaq. 1 ay ağır qaldırmaq, idman etmək, saunaya, solyariyə, dənizə getmək olmaz. Şişliklərin çox hissəsi 1 ay içərisində geri çəkiləcək. 1 həftə sonra iş həyatınıza geri dönə bilərsiniz.

Əməliyyatdan sonra hamilə qalmaq və kilo alıb-vermək planlaşdırısınızsa, bu haqda həkiminizə mütləq məlumat verin.

Süd vəzinin böyüdülməsi – göstərişlər

 – Süd vəzilərinin forma və ölçülərindən narazılıq;
 – Süd vəzilərinin anadangəlmə patologiyası;
 – Sinənin ifadə olunmuş asimmetriyası: Polland sindromu və s.
 – Ümumi bədən kütləsinin qəfil aşağı düşməsi;
 – Süd vəzilərinin doğuş və ya süd əmizdirmə fonunda dəyişiklik və ya deformasiyası.

Süd vəzinin böyüdülməsi – əks-göstərişlər

 – Qan laxtalanması sisteminin patologiyası;
 – Əməliyyat dövründə xroniki və ya kəskin infeksion xəstəliklərin olması və ya kəskinləşməsi;
 – Psixi xəstəliklər, ürək-damar çatışmazlığı, kompensasiya edilməyən şəkərli diabet;
 – Onkoloji xəstəliklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az 


Günel Bayramlı,Op.

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz