Elşən Nəsibov hekimtap.az

Elşən Nəsibov,PhD

Plastik cərrah

Tibb üzrə fəlsəfə doktoru

18 il iş təcrübəsi

Bakı
Mammoplastika

Mammoplastika

Müəllif: Plastik cərrah T.Ü.F.D. Elşən Nəsibov , Əlaqə: (+994) 55 212-88-34
2643

Paylaşıldı: 04.03.2020
Elşən Nəsibov

MAMMOPLASTİKA NƏDİR?

Süd vəziləri qadın cinsinin təyin olunmasını ifadə edən, estetik baxımdan qadınlıq və analıq hissini təmsil edən, gələcəkdə sağlam nəslin formalaşmasında çox böyük əhəmiyyəti olan orqanlardandır.

Mammoplastika dedikdə kiçik və inkişadan qalmış süd vəzilərinin böyüdülməsi, orta və irihəcmli (Makromastiya) süd vəzilərinin kiçildilməsi (Reduksiyon mammoplastika) və sallanmış süd vəzilərinin dikləşdirilməsi (mastopeksiya) başa düşülür.

Süd vəzilərinin böyüdülməsi (augumentation mammoplasty).
Süd vəzilərinin böyüdülməsi, az inkişaf etmiş süd vəzilərində və ya hamiləlikdən sonra atrofiyalaşaraq kiçilmiş süd vəzilərində tətbiq edilir. Bu gün ən çox istifadə olunan metod protez implantlarla böyütmə metodudur. Əməliyyat nəticəsində süd vəzisinin alacağı ölçü xəstənin istəyinə və əməliyyatı icra edəcək cərrahın məsləhətinə əsasən planlaşdırılır. Protez ya bilavasitə süd vəzisi toxumasının altına, ya da musculus pektoralisin altına yeridilməklə həyata keçirilir.

Süd vəzilərinin kiçildilməsi.
Süd vəzinlərinin həddən artıq böyük (makromastiya) olması baxımdan kompleks yaratmaqla yanaşı, ciddi sağlamlıq prolemlərinə yol aça bilən bir patologiya kimi mövcuddur.
Süd vəziləri pubertar, hamiləlik, menustral pozğunluqlar, piy distrofiyaları zamanı və irsi meyilliklə patoloji ölçülərə çata bilir.
Makromastiyalı xəstələrdə fiziki, psixi və sosial simptomlar müşahidə oluna bilər ki, bu da süd vəz kiçiltmə əməliyyatına birbaşa göstəriş sayılır.
Rediksion mammoplastika bir çox metodlarla şəxsin öz toxumasının rekonstruksiyası hesabına həyata keçirilir ki, bu da qənaətbəxş hesab olunur.
Süd vəzi dikləşdirmə (mastopeksiya) qadınların yaşa dolması və toxumaların sallanaraq normal döş səviyyəsindən aşağı düşməsinə səbəb olan hallarda həyata keçirilir. Döşün həcmini dəyişmədən döş giləsini və süd vəzi toxumasını lazım olan səviyyəyə daşınmasına mastopeksiya əməliyyatı deyilir.

Mastopeksiya texniki cəhətdən icra olunması asan olan əməliyyat qruplarına aid olmaqla yanaşı pasiyent üçün də heç bir təhlükəsi yoxdur.


Elşən Nəsibov,PhD

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz