plastik cərrah op. dr. günel bayramlı

Günel Bayramlı,Op.

Plastik cərrah

Operator

Bakı
rinseptoplastika nədir necə aparılır

Rinseptoplastika

Müəllif: Plastik cərrah Op. Dr. Günel Bayramlı 055 225-57-77
3898

Paylaşıldı: 04.06.2018
Günel Bayramlı

Rinseptoplastika nədir?

İnsan burnu tənəffüs prosesində iştirak edən ən vacib orqan olub, orqanizmi oksigenlə təmin edir.  Burun daxilində yaranmış hər hansı qüsur fəsadlara yol aça bilər. Bundan başqa, burunun estetik problemləri də mövcuddur. Artıq burada rinoseptoplastika dan (burunun estetik əməliyyatı) söhbət gedir. Bu məqalədə rinoseptoplastika  haqqında sizə ətraflı məlumat vermək istəyirəm. 

Rinoseptoplastika  əməliyyatının mahiyyəti

Estetik burun əməliyyatının mahiyyəti, burunun xarici görünüşünü üzün digər cizgiləri ilə eyni ahəngdə dəyişməkdir. Əməliyyat zamanı burun kiçildilə, böyüdülə, burun deşikləri  korreksiya edilə bilər. Rinoseptoplastikanın digər üstünlüklərindən burun donqarlığının itirliməsini, burun ucunun qaldırılmasını və incəldilməsini də misal göstərmək olar. 

Rinoseptoplastika  əməliyyatından əvvəl konsultasiya

Burunun daxili və xarici konstruksiyasından asılı olaraq, həkim pasiyentlə fikir müdalisə aparır, arzu olunan nəticənin mümkün olub-olmayacağı haqda mütəxəssis rəy verir.

Qeyd edim k, rinoseptoplastika  əməliyyatı zamanı burunun içərisində tənəffüsə mane olan sümük və qığırdaqlar tamamilə korreksiya olunur və problem aradan qaldırırılır.

Estetik cərrahiyyənin əsas fəlsəfəsi müdaxilə ediləcək orqanın təbiiliyini saxlamaqdır. Rinoplastia əməliyyatı da istisna deyil. Bəli, hər gözəlin bir eybi var, biz çalışırıq imkanımız daxilində bu eyibləri korreksiya edək - bununla  da insanları gözəlləşdirək, özünəgüvəni artıraraq bacardığımız qədər onlara xoşbəxtlik bəxş edək.

Rinoseptoplastika  əməliyyatına hazırlıq

Burun əməliyyatından əvvəl şəkil çəkilir. Əməliyyatınızla bağlı lazımi bütün analizlərdən keçməyiniz vacibdir. Daha sonra anesteziya aparılır - əsasən ümumi anesteziya tətbiq olunur. Lakin bəzən kiçik korreksiyalar zamanı yerli anesteziyadan istifadə edilir.

Rinolastika əməliyyatı necə aparılır?

Əməliyyat təqribən 1.5 saat davam edir. Kəsiklər burunun içərisindən, çölündən aparıla bilər. Kəsiklər estetik tikildiyindən izsiz sağalır. Əməliyyatın sonunda burnunuzun üzərində gips olacaq, amma tampon olmayacaq. Burun əməliyyatlarımız tamponsuz icra olunur. Gipsin 1 həftə qalması məsləhətdir. Burun əməliyyatı  ağrısız əməliyyat qrupuna daxil edilsə də, hər ehtimala qarşı əməliyyatdan sonra sizə 1 ağrikəsici və 1 antibiotik tabletkası yazılacaq.

Əməliyyatdan sonra içəridə olan şişliklərlə əlaqədar ilk həftələr burundan çətin nəfəs alacaqsız, lakin bu dönəm üçün sizə yazacağımız bəzi damla və kremlər bu şikayətinizi azaldacaq.

Əməliyyatınız səhər icra olunubsa axşam, günortadan sonra icra olunubsa, ertəsi gün  evə getməyə icazə veriləcək. 2-5 gün boyunca göz çevrəsində şişkinlik və göyərmələr olacaq. Bu sizi qorxutmasın, onlar 1 həftə ərzində keçib gedəcək.

Əməliyyat zamanı yaranan bütün izlər, şişkinliklər və s. 1 ilin sonuna kimi aradan qalxacaq və sizin burnunuz daha gözəl və təbii forma alacaq.

Bütün cərrahi əməliyyatların ağırlaşmaları və risk ehtimalı var. Lakin “Medera” hospitalının yüksək səviyyəli həkim və assisent personalı sayəsində bütün travma və fəsadlar minimuma endirilir. İstənilən halda, bunlar barədə həkiminiz sizə təffərüatı ilə məlumat verəcək.

Sizə gözəl burunla nəfəs almağı arzulayıram!

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az


Günel Bayramlı,Op.

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz