plastik cərrah op. dr. günel bayramlı

Günel Bayramlı,Op.

Plastik cərrah

Operator

Bakı
abdominoplastika qarın gərmə əməliyyatı

Abdominoplastika (qarın gərmə əməliyyatı)

Müəllif: Plastik cərrah Op. Dr. Günel Bayramlı 055 225-57-77
7652

Paylaşıldı: 21.04.2018
Günel Bayramlı

Sağlam qidalanma və idman bədən quruluşunu yaxşılaşdırır, amma möcüzə yaratmır. Zahiri görünüşdəki çatışmazlıqları bəzən, yalnız cərrah aradan qaldıra bilir. Sallaq, möhkəmliyini itirmiş qarın məhz belə problemlərdəndir. Bu zaman vücudunuzun gözəlliyini qaytarmaqda yeganə köməkçiniz abdominoplastika – qarın gərmə əməliyyatıdır.

Abdominoplastika əməliyyatı nədir?

Qarın formasını müxtəlif səbəblərdən itirə bilər. Əksər hallarda qadınlar abdominoplastika haqqında hamiləlik və doğuşdan sonra düşünürlər. Birdən-birə çəkisini itirmiş adamlar da cərraha az müraciət etmirlər.  Abdinoplastikaya müraciət edən pasiyentlərin müəyyən hissəsini yaşlı adamlar təşkil edir – illər keçdikcə əzələ və dəri öz möhkəmliyini itirir və bunu diyeta ilə bərpa etmək heç cür mümkün olmur.

Beləliklə, abdominoplastika elə bir əməliyyatdır ki, onun vasitəsilə artıq dəri və qarın nahiyəsində dərialtı piylər çıxarılır, həmçinin, qarın əzələləri gərilir. Nəzərinizə çatdıraq ki, bu, o qədər də asan əməliyyat deyil və ondan sonra müəyyən reabelitasiya dövrü tələb olunur.

Maraqlı bir fakt kimi onu da dmek lazımdır ki, bütün plastik əməliyyatların 7%-i abdominoplastikanın payına düşür.       

Abdominoplastika əməliyyatlna göstərişlər

Qarın gərmə əməliyyatı 18 yaşdan yuxarı bütün adamlara tətbiq oluna bilər. Lakin məqsədiniz çəki verməkdirsə, yaxşı olar ki, abdominoplastika əməliyyatına arzuladığınız çəkiyə çatdıqdan sonra müraciət edəsiniz, bu zaman nəticə daha ürəkaçan olacaq.

Əgər yaxın zamanlarda hamiləlik planlaşdırılırsa, bu barədə həkimə məlumat verilməlidir. Düzdür, qarın gərmə əməliyyatı olmuş qadınlar təkrar hamilə qala bilərlər, heç bir əks göstəriş yoxdur. Lakin hamiləlik əməliyyatın nəticəsinə mənfi təsir göstərir və yenidən dəri boşalması, artıq piylərin yaranmasına səbəb olur. Ona görə də əməliyyatın hamiləlikdən sonra icra olunması daha məqsədəuyğundur. Qarın gərmə əməliyyatına aşağıdakılar göstərişdir:

 – Qarın nahiyəsində artıq piy qatlarının olması;
 – Qarında çoxsaylı sallaq dərilər;
 – Qarın əzələsinin zəifliyi;
 – Çapıq deformasiyası;

Abdominoplastika əməliyyatına əks-göstərişlər

İstənilən ciddi cərrahi müdaxilədə olduğu kimi, abdominoplastikada da əks-göstərişlər var. Bunlar aşağıdakılardır:
 – Kəskin və ya xroniki xəstəliklər. Bu halda mövcud problem həll olunmalı və məhz bundan sonra bədən quruluşunun korreksiyasına müraciət edilməlidir;
 – Şəkərli diabet və qalxanabənzər vəzin xəstəlikləri;
 – Qan laxtalanması problemi;
 – Ağciyər və ya ürək çatışmazlığı.

Abdominoplastika əməliyyatından sonrakı mənzərə

Qarın gərmə əməliyyatı xəstənin tam yatdığı ümumi anesteziya ilə həyata keçirilir. Əməliyyat təqribən 2 saat davam edir. 1 gün xəstəxanada qalmağınız şərtdir. Əməliyyatın ertəsi gün artıq evə gedə bilərsiniz. Reabilitasiya periodu təxmini 5-7 gündür. 1 həftə sonra iş həyatına geri dönmək olar.

Buna baxmayaraq, 1 ay müddətində ağırlıq qaldırmaq, idmanla məşğul olmaq və günəş vannası qəbul etmək tövsiyə edilmir.  

Tikişlər dartılmasın deyə, 1 həftə ərzində dik yerimək məsləhət deyil. Müvəqqəti çətinlik yaratsa da, belibükülü gəzməli olacaqsınız. Əməliyyatdan sonra 2-5 gün qarın nahiyəsində gərginlik və həssaslıq hiss etməyiniz normaldır. Bəzi başqa əlamətlər də aradan qalxdıqdan sonra – 6 ayın tamamında qarın şəklinin son vəziyyətini görə biləcəksiniz. Bundan artıq 2 ay sonra idmana başlamaq mümkündür.

Təbii ki, bütün cərrahi müdaxilələrdə olduğu kimi, abdominoplastikanın da özünəməxsus ağırlaşmaları var. Buraya anestezioloji risk, infeksiyalaşma, qanama, yara sağalmasının kecikməsi kimi hallar aiddir.         

Abdominoplastika əməliyyatı insanda özünəgüvənin yaranması baxımından böyük əhəmiyyət kəsb edir. Gözəl və güvənli görünmək hamınızın haqqıdır!


Mövzu ilə bağlı videolar:

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. 


Günel Bayramlı,Op.

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz