Məmməd Nəsibov hekimtap.az

Məmməd Nəsibov

Otolarinqoloq (LOR)

Bakı

Təhsil

Tibb elmləri namizədi, doktor Məmməd Nəsibov 1971-ci ildə sonradan Azərbaycan Tibb Universitetin olmuş Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun “müalicə profilaktika” fakultəsini  bitirmişdir.

Doktor Məmməd Nəsibov 1985 – 1989-cu illərdə Kuybışev Tibb İnstitutunun otorinolarinqologiya kafedrasında akademik Boris Soldatovun rəhbərliyi altında elmi tədqiqatlar aparmış və namizədlik dissertasiyasını 1989-cu ildə uğurla müdafiə edərək “tibb elmləri namizədi” elmi dərəcəsini almışdır.

Eyni zamanda, Roma, Moskva, Sankt-Peterburq, Kiyev, Samara və Donetsk şəhərlərinin aparıcı klinikalarında praktiki təlimlərdə və dünya səviyyəli peşəkar konfranslarda iştirak etmişdir.

Doktor Məmməd Nəsibov 2014-cü ildən praktikasını özəl tibb mərkəzlərində davam etmişdir. 

İş təcrübəsi

 1973-cü ildən müxtəlif tibb mərkəzlərində, o cümlədən, Ə. Qarayev adına Birləşmiş Uşaq Kliniki Xəstəxanasının burun-boğaz-qulaq şöbəsində (1975 – 1997) həkim, baş ordinator və şöbə müdiri vəzifələrində, Ə. Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında (1997 – 2014) burun-boğaz-qulaq şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

Məmməd Nəsibov

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz