Elfanə Süleymanova  hekimtap.az

Elfanə Süleymanova

Terapevt, Osteopat

12 il iş təcrübəsi

Bakı
Sefalgiyalar

Sefalgiyalar

Müəllif: Osteopat Elfanə Süleymanova , Əlaqə: 050 302-82-56
4074

Paylaşıldı: 15.04.2020
Elfanə Süleymanova

Sefalgiya və ya baş ağrısı  —əgər siz  baş ağrılarından əziyyət çəkirsinizsə buna dözməli deyilsiniz.Çünki bu sizin iş qabiliyyətinizi və yaddaşınızı poza bilər və ya sizdə gizli gedən bir prosesin əlaməti ola bilər və ən əsası baş ağısının müalicəsində effektiv və ziyansız müalicə üsulu olan osteopatiya ilə ondan bir dəfəlik azad ola bilərsiniz.

Sefalgiyaların  yaranma  səbəbləri:

Sefalgiyaların əsas səbəbləri əsasən

  • əzələ və bağ aparatı;
  • alından ənsəyə qədər kəlləni əhatə edən vətərlər;
  • damarlar, başın yumşaq toxumasının qan damarları, həmçinin boyun fəqərələrindən daxilindən keçən və ya kəllə daxilində yerləşən damarlar;
  • kəllə sümüklərinin sümüküstlüyü;
  • beyin qişaları;
  • beyin maddəsindən başlanğıc götürən sinirlərlə əlaqəli olur.

Yaranma səbəblərinə görə birincili və ikincili sefalgiyalar ayırd edilir: üzvi səbəb olmadan yaranan baş ağrıları birincili, digər patologiya nəticəsində yaranan sefalgiyalar  isə ikincili sefalgiyalara ayrılır. Birincili sefalgiyalara adətən miqren, gərginlik baş ağrıları aiddir.

İkincili sefalgiyalara — kəllə damarlarının zədələnməsi, boyun və baş travmaları, kəllənin strukturları göz, qulaq burun boşluğu, dişlərin ağız boşluğu patologiyaları və gicgah çənə oynağı disfunksiyası aiddir.  

Sefalgiyalar insanlarda vegetativ krizlər, neyrosirkulyator distoniyalar zamanı yaranır.

Sefalgiyaların müalicəsi yaranma səbəbindən asılıdır. Sefalgiyanın əsas səbəbini isə həkim osteopat sizə araşdıracaqdır. Zərif osteopatiya proseduraları  həftədə 2 dəfə və ya 1 dəfə aparılmaqla əsas səbəbi tədricən aradan qaldırılır və hətta baş ağrılarından birdəfəlik qurtulmağa kömək edir.

Sefalgiyanın səbəbi arteriyaların gərginliyi ilə əlaqəlidirsə:

  • küt xarakterli;
  • ritmik;
  • sinxron və ritmikdir («sanki başda ürək döyünür»).

Damarlarla əlaqəli ağrının digər səbəbi  – arteriya spazmıdır. Bu sefalgiya təzyiqedici, yorucu və ya küt olur. Adətən ürəkbulanma, gözün qarşısında qara nöqtələrin yaranması, gözlərin qaralması ilə təzahür edir.

Bu şikayətlər :

  • uzanarkən (xüsusilə yastıqsız uzanarkən);
  • başı aşağı əyib işləyərkən;
  • dar boğazlı geyimlər və ya qalstuk istifadə edərkən ;
  • öskürək tutması, səhərlər narahat edən baş ağrıları, başda daimi ağırlıq hissi, gözlərə təzyiq hissi ilə müşaiyət olunan sefalgiya venoz sefalgiayaya şübhə yaradır.

Sefalgiya bu simptomlarla müşaiyət olunursa mütləq müalicə almalısınız:

  • monoton pulsasiya etməyən ağrılar;
  • artan intensivlikli;
  • alın, təpə, boyun və ya ənsəyə irradiasiya edən ağrılar;
  • təzyiq, dartılma və ya gərginliklə özünü biruzə verirsə;
  • güclü emosiya, gərgin iş və ya stressdən sonra yaranırsa;
  • bu sefalgiya tutmaşəklində olmur, o uzun müddət davam edir, dəri və vətərlərdə də ağrı ilə özünü göstərir;


Kəllədaxili təzyiqin artması hesabına yaranan sefalgiyalarda simptomlar:

  • yayılan xarakterli;
  • öskürək, asqırmaq zamanı ağrının artması;
  • bəzən ürəkbulanma və ya qusma;
  • gecələr uzanıqlı vəziyyətdə olarkən ağrının artması.

Kəllədaxili təzyiq azalarkən yaranan simptomlar:

  • başı yana çevirərkən, boyuna təzyiq edərkən, ayaqüstü dayanərkən artır;
  • tullanma və ya sürətli addım zamanı sanki addımlar başa ötürülür;
  • uzanarkən, boynu aşağı əyərkən azalır;
  • bəzən pulsasiyaedici olur;
  • Kəllə beyin sinirlərinin qıcıqlanması zamanı baş ağrıları tutmaşəkilli, güclü və yandırıcı xarakterli olur. Sanki ildırım vurması və ya cərəyan vurması kimi qiymətləndirilir. Osteoxondrozla əlaqəli və ya gərginlik baş ağrılarında bu simptomlar adətən rast gəlinmir.  Preparat qəbulu və ya preparatın dayandırılması nəticəsində yaranan sefalgiyalar damar sefalgiyaları kimi təsvir olunur.

Sefalgiyalar zamanı osteopatiyanın məqsədi  – baş ağrılarının səbəblərinin tapılıb aradan qaldırılmasıdır. Məsələn, boyun əzələlərinin tonusunun normallaşması, gicgah-çənə oynağı disfunksiyasının normallaşdırılması, onurğa sütunu fəqərələri ilə, boyun bağları və əzələlərdə korreksiya edici osteopatiya proseduraları ilə mümkündür.  

 

Sefalgiyanın  müalicəsi

 Sefalgiyalar, gərginlik baş ağrıları, damar mənşəli baş ağrıları, miqren, vegetativ damar distoniyası müalicəsi osteopatiya ilə effektiv şəkildə aradan qalxır.

  • Sefalgiyaların medikamentoz müalicəsi
  • Fizioterapiya
  • Akupunktura
  • Osteopatiya   

    © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
    https://hekimtap.az 

Elfanə Süleymanova

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz