Natəvan Əliyeva hekimtap.az

Natəvan Əliyeva

Osteopat

28 il iş təcrübəsi

Bakı
Stres zamanı osteopatik yardım

Stres zamanı osteopatik yardım

Müəllif: Osteopat Natəvan Əliyeva , (+994) 50 620-13-20
2265

Paylaşıldı: 10.06.2020
Natəvan Əliyeva

Stres – orqanizmin müxtəlif mənfi amillərin təsirinə uyğunlaşma reaksiyalarının toplusudur. Stresə reaksiya baxımından, qarşılaşdığımız vəziyyətin xoş və ya xoşagəlməz olmasının əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan yalnız yenidənqurulma və ya adaptasiyaya olan tələbatın intensivliyidir. Stresin məqsədi - həyat və sağlamlığı qorumaqdır. Stres amilləri orqanizmin qüvvələrinin səfərbərliyinə yönəlmiş reaksiya kaskadına təkan verir - onu müdafiəyə, hücum və ya qaçışa hazırlayır. Bu da çox yaxşıdır. Lakin insan xroniki stres vəziyyətində yaşayırsa və vəziyyəti dəyişdirə bilmirsə, fiziki işə köklənmiş (gərgin ayaqlar, çiyinlərə sıxılmış baş, qıcanmış dişlər, gərgin diafraqma), amma bu gərginliyi mexaniki iş vasitəsilə realizasiya etməmiş orqanizm, xəstələnməyə və əziyyət çəkməyə başlayır.

Bədən toparlanmış, hücuma hazır bir insanın vəziyyətini alır, sərbəstlik və rahatlığını itirir. Stresin ilk 2 mərhələsi - narahatlıq reaksiyası və müqavimət mərhələsi- çox tez keçir, tükənmə mərhələsi başlayır. 

İdman enkefalin və endorfin istehsalına görə gərginlikdən azad olmağa kömək edəcək, çox yemək dofamin sintez etməklə kömək edəcəkdir.  Osteopatik təsir struktural, nevral, psixo-endokrin-humoral sistemlərə görə baş verir.  Osteopatiya tək streslə mübarizədə təsirli deyil, həmçinin, orqanizmin daxili potensialına və ümumiyyətlə sağlamlığın maksimum tez bərpasına təsir göstərən möhtəşəm tənzimləmə üsuludur. 

Müalicə çox komfortludur, effektin davamlığı isə uzunmüddətlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az


Natəvan Əliyeva

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz