Oftalmoloq HT

Oftalmoloq

26 il iş təcrübəsi

Bakı
qlaukoma

Qlaukoma

Müəllif: Oftalmoloq 077 398 00 55
3369

Paylaşıldı: 25.07.2019
Oftalmoloq HT

Qlaukoma nədir?

Qlaukoma xüsusi tipli optik neyropatiya və görmə sahəsinin xarakterik dəyişiklikləri ilə  rast gəlinən xəstəliklər qrupunun ümumi adıdır. Göz daxili  təzyiqin qalxması  qlaukoma üçün ən böyük risk faktorudur.  Buna səbəb göz daxili mayenin ( kamera mayesi) rahatliqla xaric ola bilməməsidir. Bu xəstəliyə el arasinda “qara su” da deyirlər. Qlaukoma  dünyada  korluğa səbəb xəstəliklər arasinda  ön sıralarda yer alır. Hal-hazırda  dünya əhalisinin  45 mln- u bu  xəstəlikdən  əziyyət  çəkir. 7 mln insanin kor olma səbəbi qlaukomadır. Buna əsasən müayinə və müalicəsi məhdud olan  Afrika  və Asiyada daha çox təsadüf edilir. 

Qlaukomanın yaranma səbəbləri?

Gözün kamera mayesinin (agueous humor) vəzifəsi  göz daxili təzyiqi  müntəzəm saxlamaq, buynuz qişa və büllura qlükoza oksigen və digər metabolik maddələri -mineralları çatdırmaq və parçalanma məhsullarını ön kameradan xaric etməkdir. Normal göz daxili təzyiqin ölçüsü  12-23 mm.c.s.-dur.  Kamera  mayesin  axınında yaranan dəyişikliklər  təzyiqin daimi yüksəlməsi  qlaukomaya  səbəb ola bilər.

Qlaukomanin risk faktorlari

Milyonları əhatə edən qlaukoma  hər bir insanda müşahidə  edilə bilər. Xəstəliyin konkret coğrafiyası kimi Afrika qitəsi göstərilir. Ən çox qlaukomalı xəstələrin bu qitədə yaşamasının səbəbi normal səhiyyənin olmaması və isti hava şəraitidir. Xəstəlik  əsasən  inkişaf  etməmiş ölkələrdə yayılsada dünyanin hər yerində  qlaukoma aktual xəstəlikərdəndir.  Əsas faktor genetika, şəkərli diabet və s.xəstəlikər  hesab olunur. 40  yaşdan yuxarı  hər kəsin  ildə  bir dəfə  göz təzyiqinin  ölçülməsi arzu olunandir.

Qlaukomanın təsnifatı (növləri)

  • Anadangəlmə qlaukoma
  • Açıqbucaqlı qlaukoma
  • Qapalı bucaqlı qkaukoma
  • Normal təzyiqli qlaukoma
  • Steroid   həssaslığı  nəticəsində yaranmiş qlaukoma
  •  Fakogen qlaukoma

Qlaukomanın müalicəsi

Qlaukoma xəstəliyinin tam  müalicəsi yoxdur.    Bu səbəbdəndə xəstəlik nə qədər  tez aşkarlanarsa bir o qədər  göz sağlığını  qorumuş oluruq . Beləki qlaukoma xəstəliyi zamanı  yüksək  təzyiqin təsirindən  sinir hüceyrələri  məhv olur  və bu da görməyə ciddi  təsir edir. Qlaukomanın  xarakterik  xüsusiyyəti olaraq  görmə periferiyadan mərkəzə doğru daralır.  Əgər belə xəstələrdə  göz daxili təzyiq müşahidə altında saxlamazsa sonucda  korluğa  apara bilər.

Müasir  dövrdə qlaukomanın müalicəsi   konservativ dərman preparatlari,lazer  və cərrahi əməliyyatlarla aparıla bilinir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az    


Oftalmoloq HT

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz