Rəna Abdullayeva hekimtap.az

Rəna Abdullayeva

Onkoloq

28 il iş təcrübəsi

Bakı
Mastopatiya

Mastopatiya

Müəllif: Onkoloq-mamoloq Rəna Abdullayeva
2821

Paylaşıldı: 24.11.2019
Rəna Abdullayeva

MASTOPATİYA NƏDİR?

Mastopatiya - Süd vəzilərin xoşxassəli dəyişikliyi, dishormonal hiperplaziyasıdir. Süd vəziləri hormonların dəyişikliklərinə həssas olan orqandır. Estrogenlərin təsiri altinda uzun müddət qalması (hiperestrogeniya), progesteronun azalması (hipoprogesteronemiya), prolaktinin artması (hiperprolaktinemiya), qalxanvari vəzin hormonlarının pozğunluğu və s.süd vəzilərin proliferativ proseslərinin artmasına gətirib çıxarır. Mastopatiya reproduktiv periodda (menstruasiya dövründə) olan qadınlara xarakterikdir.

MASTOPATİYANIN SƏBƏBLƏRİ:

-Doğuşun olmaması,az olması;
-Abortlar;
-Əmizdirməmək,az əmizdirmək;
-Cinsi həyatın pozğunluğu;
-Stresslər;
-Endokrin orqanlarin funksional pozğunluğu;
-İrsi meyillilik.

MASTOPATİYANIN  NÖVLƏRİ:

-Diffuz;
-Düyünlü;
-Qarışıq.

MASTOPATİYANIN  SİMPTOMLARI:

-Ağrı;
-Gərginlik;
-Ödem(şişkinlik);
-Ağırlıq;
-Gilədən ifrazat;
-Düyünlü bərkimə sahələri.

MASTOPATİYANIN  DİAQNOSTİKASI:

-Mammoloqun konsultasiyası;
-Ultrasəs müayinəsi;
-Mammoqrafiya;
-Maqnit-rezonans tomoqrafiya;
-Sitoloji və ya histoloji müayinə.


MASTOPATİYANIN  MÜALİCƏSİ:

Müalicə sxemi individual olaraq mammoloq tərəfindən seçilir. Burda süd vəzilərində dishormonal hiperplaziyanın əmələ gəlmə səbəblərinin araşdırılması və onların aradan qaldırılması vacibdir.

MASTOPATİYANIN PROFİLAKTİKASI:

-sağlam həyat tərzi;
-sağlam və balanslaşdırılmış qida;
-stress və psixoemosianal gərginliklərdən uzaqlaşma;
-alt paltarın rahat və təbii materiallardan olması;
-əmizdirmək;
-normal cinsi həyatın olması;
-menstrual siklin mütəmadi olması.


Rəna Abdullayeva

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz