katarakta qlaukoma katarakta diabetik retinopatia görmə zəiflili və sair kimi göz xəstəlikləri oftalmoloq cərrah gülşən dikmen

Gülşən Dikmen

Oftalmoloq

15 il iş təcrübəsi

Bakı
Presbiopiyanın müalicəsi

Presbiopiyanın müalicəsi

Müəllif: Oftalmoloq Gülşən Dikmen , Əlaqə: 055 808-84-23
3886

Paylaşıldı: 14.05.2020
Gülşən Dikmen

Presbiopiya nədir?

 Presbiopiya - elə bir göz refraksiyası anomaliyasıdır ki, bu zaman insan kiçik şrift və ya kiçik əşyaları yaxın məsafədən görə bilmir. Xəstəliyi yaradan mexanizm kimi yaş faktoru qey olunur. Belə ki, insan yaşlaşdıqca gözdaxili büllurun elastikliyi itir və yaxın və uzak fokuslamanı həyata keçirə bilmir. 

Saçların ağarması və üzdə qırışların əmələ gəlməsi kimi, presbiopiya da təbii qocalma prosesinin nəticəsi kimi ortaya çıxır. 45 yaşdan yuxarı hər kəs risk qrupuna daxildir. 


Presbiopiyanın əlamətləri hansılardır?

 Presbiopiyanın ilk əlamətləri xırda şriftləri oxuyarkən (xüsusən az işıqlandırılmış məkanda) çətinliyin yaranması, uzun müddət oxuduqda astenopatiya, yaxındakı obyektlərin yayınıq görünməsi, baxışın yaxındakı obyektdən uzaqdakına dəyişdirilməsi zamanı ani olaraq dumanlı görüntü və s. Presbiopiyanın əlamətləri digər görmə defektlərində olduğu kimi, günəş işığında özünü daha zəif büruzə verir, çünki bəbəklərin diametri azalır.  

 
Presbiopiya necə müayinə olunur?

Xəstəliyin müayinəsi həkim-oftalmoloq tərəfindən aparılır. Əvvəlcə təfsilatlı anamnez toplanılır, patologiyaya meyilliliyin fərdi xüsusiyyətləri araşdırılır. Bundan sonra görmə itiliyi yoxlanılır, refraktometriya (gözün optik gücünün ölçülməsi) həyata keçirilir, ehtiyatlar akkomodasiyası tədqiq edilir, ön kəsiyə baxılır. Bütün bunlarla yanaşı, göz dibinin oftalmoskopiyası aparılır və gözdaxili təzyiq ölçülür. 

 
Presbiopiya necə müalicə olunur?

 Presbiopiyanın korreksiyası təkcə xəstəliyin ağırlıq dərəcəsindən deyil, həmçinin pasiyentin həyat tərzindən, yaşından, peşə fəaliyyətindən asılıdır. Xəstəlik 3 üsulla korreksiya olunur:

- optik;

- kontakt;

- cərrahi.

Yaxını pis, uzağı yaxşı görən pasiyentlərə yaxından işləmək üçün eynəklərdən istfadə etmək tövsiyə olunur. Bu, yaşa bağlı uzaqdangörmə korreksiyasında ən sadə və əlçatan metodlardan biridir.  Əgər pasiyent eyni zamanda uzağı da pis görürsə, bu zaman bifokal eynəklər məsləhətdir. Onların iki zonası var - biri uzaqdangörməni, digəri isə yaxındangörməni korreksiya edir. 

 Müasir oftalmologiyada presbiopiyalı pasiyentlərə yeganə kontakt korreksiya üsulu təklif olunur ki, bu da bifokal kontakt linzadır.  Presbiopiyanın cərrahi müalicəsi dedikdə isə Smart linzaların tətbiqi nəzərdə tutulur. Bu zaman  təbii büllur Smart linza ilə əvəz olunur. Belə olan halda, pasiyentin həm yaxından, həm uzaqdangörməsi bərpa edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az 


Gülşən Dikmen

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz