katarakta qlaukoma katarakta diabetik retinopatia görmə zəiflili və sair kimi göz xəstəlikləri oftalmoloq cərrah gülşən dikmen

Gülşən Dikmen

Oftalmoloq

15 il iş təcrübəsi

Bakı
keratokonus nədir səbəbləri

Keratokonus

Müəllif: Oftalmoloq Gülşən Dikmen , Əlaqə: 055 808-84-23
5408

Paylaşıldı: 14.08.2018
Gülşən Dikmen

Keratokonus nədir?

Keratokonus  - buynuz qişanın mərkəzi və mərkəzətrafı nahiyələrinin proqressivləşən nazilməsindən yaranan degenerativ göz xəstəliyidir. Bu zaman buynuz qişa normal sferik deyil, konus formasını alır. Patologiya adətən yeniyetməlik dövründə başlayır, lakin bəzən 30 yaşa qədər insanlarda da rast gəlinir. Keratokonus 25% hallarda irsi xarakter daşıyır. Xəstəlik adətən, bir neçə ilə formalaşır, lakin bəzən sürətlə inkişaf edən növlərə da rast gəlinir.  

Keratokonusun yaranma səbəbləri hansılardır?

Çoxsaylı tədqiqatlara baxmayaraq, keratokonusun dəqiq yaranma səbəbi hələ də məlum deyil. Bununla belə, bəzi ehtimallar var, məsələn, mübadilə və endokrin sistem pozuntuları, genetik meyillilik, stess, buynuz qişanın travması, hüceyrə faktorları və ətraf mühitin təsiri, xroniki allergiya, gözləri ovuşdurma və s.

Keratokonusun əlamətlləri hansılardır?

- Təhrif olunmuş təsvir – obyektə baxdıqda bir neçə təsvirin  görünməsi;
- İşiğa qarşı həssaslığın artması;
- Görmə itiliyinin zəifləməsi;
- İstənilən məsafədə görmənin yayılması;
- Gözlərin gərginləşməsi;
- Bir gözlə baxdıqda təsvirin ikiləşməsi.

Keratokonusun müayinəsi necə aparılır?

Keratokonusu ən müasir müayinə metodu - keratotopoqrafiyadır. Bu, qeyri-invaziv diaqnostik üsul olub, buynuz qişada baş vermiş dəyişiklikləri aşkar edir.


Keratokonusun müalicəsi necə aparılır?

Keratokonusun bir sıra müalicə metodları var. Buraya aiddir:

- krosslinkinq - buynuz qişanın kollagen liflərinin çarpaz birləşdirilməsi üsulu olub, xəsteliyi dayandırır.
- korneal halqa -metodun mahiyyəti buynuz qişaya korneal (stromal) həlqələrin yeridilməsindən ibarətdir. Onlar nazilmiş buynuz qişası üçün karkas rolunu oynayır  və onu stabilləşdirir ;
- hibrid linzalar - mərkəzi hissəsi bərk, “ətək” hissəsi isə yumşaq polimerdən hazırlanmış linza növüdür. Bu linzaların tətbiqi görməni yaxşılaşdırır, xəstəliyin inkişafını ləngidir;
 -fotorefraksion keratektomiya + kollagen krosslinkinq (PRK+CCL) - bu metod krosslinkinq vasitəsilə buynuz qişanın stabilizasiyasından və PRK metodu ilə ametropiyanın korreksiyasından ibarətdir. PRK - refraksiya anomaliyalarının eksimer lazer korreksiyası olub, səthi növ ablasiyaya aiddir. 
- Fakik IOL - müasir introokulyar linzaların gözdaxili yerləşdirilməsi metodu olub, görməni artırır.

Keratokonus vaxtında aşkarlandıqda onu tam dayandırmaq və yüksək görməni təmin etmək mümkündür.


Gülşən Dikmen

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz