oftalmoloq ruslan məmmədov

Ruslan Məmmədov

Oftalmoloq

11 il iş təcrübəsi

Bakı
Makulyar yırtıq və onun müalicəsi
 hekimtap.az

Makulyar yırtıq və onun müalicəsi

Müəllif: Oftalmoloq Ruslan Məmmədov
4652

Paylaşıldı: 24.01.2019
Ruslan Məmmədov

Makulyar yırtıq - ümumi məlumat

Makulyar yırtıq - tor qişa qatlarının mərkəzi zonada olan patologiyasıdır.

Tor qişa sinir hüceyrələrindən ibarət 10 qatdan ibarətdir. Onlar işiğın qəbul olunmasını, yəni görməni təmin edir. Tor qişanın mərkəzi nahiyəsi - makula, bir-birilərinə sıx birləşmiş , kolba şəkilli çoxlu sayda fotoreseptorlardan ibarətdir. Görməni təmin edən nahiyə də məhz elə buradır.  

Tor qişa daxilində ona möhkəm birləşmiş şüşəvari cism var. Normalda bu, göz həcminin çox hissəsini təşkil edən şəffaf geldir.

Yaş ötdükcə, eləcə də müxtəlif göz travmaları zamanı şüşəvari cismin arxasında qopma baş verir. Bu zaman şüşəvari cismin qişası, görmə sinirinin diski və makula ilə kontaktı itirir, nəticə makulyar yırtıq inkişaf edir.

Makulyar yırtığın yaranma səbəbləri 

Şüşəvari cism  makulyar nahiyə ilə möhkəm kontakda olur. Bu zaman tor qişa önə doğru dartılır, nəticədə kontakt nahiyəsində cırılma baş verir. Əksər hallarda tor qişanın bütün qatlarında, yaxud da bir neçə daxili qatda yırtıq əmələ gəlir.

Adətən, bu xəstəlik yaşı 50-dən yuxarı olan insanlarda, bilinməyən səbəblərdən daha çox qadınlarda inkişaf edir. «Makular yırtıq»  prosesi kifayət qədər ləng də inkişaf edə bilir, ona görə də çox vaxt pasiyentlər xəstəliyin ilkin mərhələsində buna fikir vermirlər, yaxud da ümumiyyətlə, onu hiss etmirlər.

Makulyar yırtığın simptomları

Makula  yırtıqın ilkin əlaməti görmə itiliyinin zəifləməsidir. Bu, ona görə baş verir ki, tor qişanın görməni təmin edən hissəsi zədələnir. Görmə zəifləməsinin dərəcəsi isə xəstəliyin nə zaman başlanmasından asılıdır. Belə ki, yırtıq tədricən inkişaf edir, bundan başqa, tor qişanın qismən və ya tam zədələnib-zədələnməməsi, eləcə də yırtıqın ölçüləri ve yaranma tarixi də vacib faktorlardır.

Əşyaların təsvirlərinin yayılması, hansı ki, bunun sayəsində düz xətlər əyilmiş formada görünür, tor qişa səthinin relyefinin dəyişməsinə görə baş verir. Bu simptom görmə zəifləməsindən xeyli əvvəl yaranır. 

Gözlərin önündəki tünd ləkə tor qişanın, daha dəqiq desək,  onun hissetmə hüceyrələri qalmayan nahiyəsində əmələ gəlir. Pasiyentə ləkə kimi görünən də məhz elə həmin hüceyrələrdir.

Makulyar yırtığın diaqnostikası

Makula nahiyəsinin dəyərləndirilməsi üçün bir neçə testdən istifadə olunur:

  • Görmə itiliyinin yoxlanılması;
  • Amsler testi;
  • Göz dibinin mütləq qaydada müayinəsi;
  • Optik koherens tomoqrafiya.

Müasir dövrdə daha dəiqiq müayinə üsulları da mövcuddur. Onlar tor qişa strukturunun, zədələnməzdən əvvəl dəyərləndirilməsinə şərait yaradır. Bu, makulanın optik koherens tomoqrafiyasıdır. Onun köməkliyi ilə diaqnozu dəqiqləşdirmək və müalicənin effektliliyini yoxlamaq mümkündür.   

Makulyar yırtığın müalicəsi 

Makula yırtıqın müalicəsi yalnız cərrahi üsulla həyata keçirilir. Bu cərrahi əməliyyat vitrektomiya adlanır. Onun köməkliyi ilə makula nahiyəsi ilə sıx birləşmiş şüşəvari cism, qişası ilə birgə xaric edilir, arxa hüdudi membran soyulur ve şüşevari cisim boşluğuna genişlenen qz yeridilir.  Bir qayda olaraq, belə əməliyyatların effektliyi 80-90 % beraberdir.

Makular yırtığın müalicəsi patologiyanın ilkin mərhələlərində daha effektli olur. Ona görə də yuxarıda göstərilən simptomlardan hər hansı biri qeydə alınarsa, təcili olaraq oftalmoloqa müraciət etmək lazımdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az


Ruslan Məmmədov

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz