Neyrocərrah Ruslan Yunusov

Ruslan Yunusov,Uzm.

Neyrocərrah

Uzman

10 il iş təcrübəsi

Bakı
astrositoma ən geniş yayılmış beyin şişi

Astrositoma – ən geniş yayılmış beyin şişi

Müəllif: Uzman neyrocərrah Ruslan Yunusov
4431

Paylaşıldı: 11.06.2018
Ruslan Yunusov

Astroisitoma  nədir?

Astrositoma – beyin mənşəli şiş olub, astrosit adı verilən beyin hüceyrələrindən əmələ gəlir. Astrositomalar dərəcəsindən asılı olaraq xoş xassəli və bəd xassəli ola bilirlər. Hər yaşda görünə bilsələr də, daha çox orta yaşlı kişilərdə rast gəlinir.

Astrositomaların növləri hansılardır?

Astrositomalar 4 dərəcəyə bölünür:
 – I dərəcəli astrositomalar: Xoş xassəli olub, daha çox uşaqlarda rast gəlinir. Məsələn: Pilositik astrositoma
 – II dərəcəli astrositomalar: hər yaşda görülə bilən nisbətən xoş xassəlidir. Məsələn: Diffuz astrositoma
 – III dərəcəli astrositomalar: Orta dərəcəli astrositoma olub adətən, yaşlılarda görülür. Məsələn: Anaplastik astrositoma.
 – IV dərəcəli astrositomalar: Bəd xassəli astrositomadır. Ən çox orta yaşlı kişilərdə görülür. Məsələn: Multiform qlioblastoma.

Astrositomaların əlamət və simptomları

Şikayətlər astrositomanın yerindən və ölçüsündən asılı olaraq çox fərqlidir.

Buna baxmayaraq, astrositoması olan xəstələr bizə daha çox aşağıdakı şikayətlərlə müraciət edirlər:
 – Davamlı baş ağrısı;
 – Bulantı və qusma;
 – İştahasızlıq;
 – Qıcolma tutmaları;
 – Görmə pozuntusu;
 – Əldə və ya ayaqda qüvvətsizlik və s.

Xəstələrdə adətən sadalanan bu şikayətlərin  bir neçəsi eyni anda olur.

Astrositomaların diaqnostikası

Astrositomaların diaqnostikasında digər beyin şişlərində olduğu kimi kompüter tomoqrafiya (KT), maqnit rezonans tomoqrafiya (MRT) üsullarından istifadə olunur. Bundan başqa,  təkrarlayan şişlərin araşdırılmasında  pozitron-emisyon tomoqrafiyadan da (PET) istifadə olunur.

Astrositomaların müalicəsi

Astrositomaların müalicəsi onların yerləşdiyi yerdən və dərəcəsindən asılı olaraq dəyişməkdədir. Buna baxmayaraq, həm xoş xassəli, həm də bəd  xassəli astrositomaların müalicəsində ilk yeri cərrahi əməliyyat tutur. Cərrahi əməliyyatda məqsəd mümkün qədər çox şiş toxuması çıxarmaqdır. Bununla da həm şişin beynə təzyiqi aradan qaldırılmış, həm də şişin təkrarlanma ehtimalı azaldılmış olur. Cərrahi əməliyyatla çıxarılan şişlərin dərəcəsindən və növündən asılı olaraq, xəstələrə şüa terapiyası və ya kimyəvi terapiya tətbiq edilə bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az  


Ruslan Yunusov,Uzm.

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz