Bütün nevroloji xəstəliklərin müalicəsi Türkiyədə ixtisaslaşmış Nevroloq və EEQ üzrə mütəxəssis Jalə Qarayeva tərinfindən müayinə , müalicə.

Jalə Qarayeva

Nevroloq

14 il iş təcrübəsi

Bakı
nevroz və müasir yanaşma

Nevroz və  müasir yanaşma

Müəllif: Nevroloq Jalə Qarayeva , Əlaqə: 050 363-10-02
4413

Paylaşıldı: 01.05.2018
Jalə Qarayeva

Nevroz nədir?

Nevroz orqanizmdə heç bir orqanik patologiya olmadan meydana çıxan pozuntudur. Əslində müasir tibbdə nevroz yox, daha çox nevrotik pozuntular, həyəcan pozuntuları, təşviş pozuntuları diaqnozları işlədilir. Nevrotik pozuntulardan əziyyət çəkən pasientlerin çox vaxt laborator, instrumental və radioloji müayinələrində heç bir dəyişiklik aşkar olunmur.

Nevrozun yaranma səbəbləri

Nevroz psixoloji, sosial, genetik ve bioloji səbəblərdən meydana çıxa bilər.

 – Psixoloji səbəb kimi pasiyentin uşaqlıq dövrünü normal yaşaya bilməməsi, ailədə münaqişələr və s. göstərmək olar.
 – Sosial səbəblərə isə maddi durumun yaxşı olmamasını, işsizlik və s. aid etmək olar.
 – Bir çox xəstəliklərdə olduğu kimi, nevrozda da genetik faktorlar özünü büruzə verə bilər.
 – Nevrozun yaranmasında ən başlıca səbəb isə bioloji səbəbdir, yəni beyində serotonin maddəsinin (xoşbəxtlik hormonunun ) səviyyəsinin aşağı düşməsidir.

Nevrozun formaları

Nevrozun bir çox növləri var. Buraya aiddir:
 – Həyəcan nevrozu;
 – Obsessiv-kompulsiv nevroz;
 – Somatik nevroz;
 – Fobiyalar;
 – Postravmatik stress pozuntusu və s.

Nevrozun simptomları

 – Həyəcan;
 – Ürək döyüntülərinin sayının artması;
 – Kefsizlik;
 – Ruh düşkünlüyü;
 – Bəd xəbər eşitmə qorxusu;
 – Yorğunluq;
 – Yuxu və iştaha pozulmaları;
 – Bədənin müxtəlif nahiyələrində ağrılar;
 – Xəstəlik qorxusu;
 – Ölüm qorxusu;
 – Beyindən çıxmayan fikirlər ve hərəkətlər;
 – Patoloji səliqəlilik və s .

Nevrozun diaqnostikası

Nevroz diaqnozunu qoymaq üçün pasiyentdən ətraflı anamnez toplamaq çox vaxt yetərli olur. Lakin bəzən qanda müəyyən parametrləri də yoxlamağa ehtiyac duyuruq.

Nevrozun müalicəsi

Nevrozların müalicəsi ən son protokollara uyğun olaraq pasiyentin yaşı,  yanaşı xəstəlikləri, çəkisi və s. nəzərə alınaraq fərdi qaydada aparılır. Effektiv müalicə aparmaq üçün ilk növbədə xəstəliyin yaranma səbəbini müəyyənləşdirmək lazımdır. 

Nevroza səbəb psixoloji gərginlik, özünəqapanma, təşvişli hiss-həyəcan olarsa, bu zaman müalicənin mütləq komponenti psixoterapiyadır. Həmçinin, sakitləşdirici texnikaların tətbiqi də müsbət təsir göstərir.

Nevrozun profilaktikası

Nevrozla yaşamağa məhkum deyilsiniz, bunu həyat tərzinə çevirməyin. Vaxtında bizə müraciət etsəniz, düzgün müalicə ilə bu problemlərdən tamamilə qurtulacaqsınız.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.


Jalə Qarayeva

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz