Uşaq serebral iflici
Uşaq serebral İflici nədir?
Uşaq serebral iflici – uşağın bətndaxili və doğuşdan sonrakı dövrdə həmçinin həyatının ilk aylarında beyin strukturlarının inkişaf etməməsi nəticəsində əmələ gələn hərəki dəyişikliklər, bədən vəziyyəti, nitq və psixika pozulmaları ilə xarakterizə olunan baş-beynin inkişaf edən xəstəliklərini özündə birləşdirir.
Əsas səbəbi bətndaxili patologiya və doğum vaxtı beynin zədələnməsidir. Patogen faktorlara qrip və digər yoluxucu xəstəliklər hamiləlik toksikozları ciftin və göbəyin patologiyası ananın və dölün immunoloji uyğunsuzluğu və s-dir.
Uşaq serebral iflicin əlamətləri hansılardır?
Hərəki psixi və nitq pozulmalarının xüsusiyyətlərinə əsasən 5 forması var:
-Spastik diplegiya;
-Diplegiya;
-Hiperkinetik forma;
-Atonik-astatik forma;
-Hemiplegik və ya hemiparalitik forma.
Ayaqlarda və əllərdə spastika, müxtəlif formada psixi və nitq pozğunluğu aiddir. Bəzilərində psixi heç bir dəyişiklik olmur və s. Adətən diaqnoz gec qoyulur,amma uşaqda aylara uyğun olaraq inkişaf əlamətləri yubanarsa, məsələn, başını və gövdəni saxlama, oturma, iməkləmə, gəzmə, anlama, danışma onda valideyn mütləq həkim-nevroloqa müraciət etməlidir. Uşaqda adətən 1 yaşından sonra hərəki psixi və nitq pozulmaları aydın müşahidə edildikdə bu diaqnoz qoyulur.
Proqnoz neyrovizualizasiyaya əsasən beynin zədələnmə dərəcəsinə əsasən təyin olunur. Qıcolma tutmaları ilə keçən formalarında proqnoz qənaətbəxş deyil.
Müalicə uzunmüddətli reabilitasiya xidmətləri ilə birgə aparılır. Prosedurlar xəstəliyin formasına uyğun olaraq seçilir və aparılır.
Profilaktikası hamiləlikdən öncə həkim müayinəsindən keçmək, sağlam övladın olması üçün sağlam qidalanma və sağlam həyat tərzi , psixi sarsıntılardan kənar sağlam ailə münasibətləri çərçivəsində olmalıdır.Praktikamızda bu kimi halların sıx rastlama səbəbi ailə problemləridir. Hamıya sağlam düşüncə və sağlamlıq arzulayıram .