Ellada Qurbanova hekimtap.az

Ellada Qurbanova

Nevroloq

20 il iş təcrübəsi

Bakı
Epilepsiya

Epilepsiya

Müəllif: Nevroloq Elladaq Qurbanova, Əlaqə: 050 392-54-92
2057

Paylaşıldı: 22.11.2019
Ellada Qurbanova

Epilepsiya nədir?

Epilepsiya-beyin qabığında həddən artıq neyronal qıcıqlanmalarla əlaqədar olan hərəki, hissi, vegetativ, koqnitiv və ya psixi pozğunluqlarla təzahür edən baş beynin xroniki xəstəliyidir.

Epilepsiyanın əlamətləri:

Epilepsiya zamanı çox tutlamalar huşun itməsi ilə davam edən tonik, klonik, tonik-klonik tutmalardan ibarətdir, başin dönməsi, gözlərin   çevrilməsi, ağızdan köpük gəlmə, islatma, tutmanın qısamüdətli- 4-5 deq olması, tutmadan sonra tutmadan əvvəl yuxuya getmə,   tutmaların eyni xarakterli olması, tutmadan əvvəl auranın olması (30%) çox vaxt qoxu xarakterikdir. Yeganə sadə Parsial hərəki Cekson tutmaları zamanı huş pozulmur. 

Epilepsiyanın səbəbləri:

Epilepsiyanin patogenetik əsas səbəbi beyin toxumasında QaYT-ın  çatmamazlığı, qlutamatın artması hesab olunur. Körpələrin süni qidalanması zamanı onlardda epilepsiyanın inkişafı qidada B6 vitamininin çatmamazlığı ilə izah olunur.
Qlütanin turşusunun artması piramid hüceyrələrinin depolyerizasiyasını törədən asetilxolinin mübadiləsinə təsir göstərir. Beyin kötüyünün qabıqaltı strukturlarında xolinergik neyronlar vardır, retikulokortikal neyronlar və qabıq interneyronlarının əksər hissəsi xolinergikdir. Xolinesteraza inhibitorlarının istifadəsi,xüsusən fosfor birləşmələrlə zəhərlənmə əksər hallarda epileptik qıcolma tutmalarına gətirib çıxarır. Epilepsiya zamanı xüsusən,generanizə olunmuş epilepsiyalarda MSS-də katexolaminlərin miqdarı dəyişir. Simpatik aktivliyinin üstünlüyü ilə gedən vegetativ pozğunluqlar beyin adaptasion imkanlarının pozulmasına səbəb olur və onun epileptik hazırlığını artırır. Digər səbəbdən infeksiya, travma, baş-beynin I-li və ya metastatik şişləri,beynin qan dövranı pozulması(işemik və ya hemorragik), intoksikasiya (şəkərin yüksəlməsi və ya aşağı düşməsi, dərmanlarla bağlı, içki,narkotik və müxtəlif kəskin iylər), ən az  3-4% irsi meyillilik ola bilər. 

Epilepsiya tutmalarını törədən səbəblər:

-yuxusuzluq, gec yatma;
-siqaret və içki,narkotik;
-günəş şuası radiasiyası;

Epilepsiyanın pofilaktikası:

Pəhriz,ketogen dieta saxlamaqla tutmanın baş verməsi azalır. Vaxtında EƏP-lərin qəbulu

Epilepsiyanın  diaqnostikası:

EEQ, videomonitorinq EEQ və neyrovizualizasiya ilə aparılır!


Ellada Qurbanova

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz