Ellada Qurbanova hekimtap.az

Ellada Qurbanova

Nevroloq

20 il iş təcrübəsi

Bakı
Autizm

Autizm

Müəllif: Nevroloq Elladaq Qurbanova, Əlaqə: 050 392-54-92
2206

Paylaşıldı: 15.12.2019
Ellada Qurbanova

Autizm nədir?

Erkən uşaqlıq dövründə başlayan yaş artdıqca həyat boyu davam edən dəyişikliklər olan, təfəkkür və davranış pozğunluğu olan xroniki vəziyyətdir. 

Autizmin patogenezi:

Etioloji faktor kimi hamiləlik zamanı qanaxma,ana yaşının çox olması,yarımçıq doğulma,kliniki yetişgənlik,hiperbilirubinuremiya,qrup uyşunsuzluğu, hemolitik anemiya, ağır uzunmüddətli asfiksiya, herpes ensefaliti, fetal alkoqol sindromu və s.

Autizmin səbəbləri:

Autizmin səbəbləri arasında bir çox xəstəliklər yer tutur.
Neyrodəri xəstəliklər
Metobolik xəstəliklər-fenilketonuriya, histidinemiya, purin metobolizm, xolesterol biosintez pozulmaları, karbohidrat əskikliyi iləqlükoprotein sindromla mitoxondrial xəstəlik
Anadangəlmə beyin zədələnmələri hipoksik işemik ensefalopatiya
Anadangəlmə rubella sindromu

Autizmin simptomları:

Əsas simptomları sosial münasibət danışıq və danışıqsız münasibətlərdə pozulmalar və maraq dairəsinin məhdudluğu, duyğu qıcıqlarının fərqli cavab reaksiyasıdır( eşitmə görmə nitq əqli ataksiya).
Keyfiyyət pozulmasında ən az 3-dən biri olmalıdır:
-Göz təması üz ifadəsi , bədən dili jestlər və mimiki ifadələrdə yetməzlik.
-Yaşıdlarını ilə əlaqədə ortaq maraq dairəsinin olmaması fəaliyyət və duyğu yetməzliyi 
-Ayrı-ayrı şəxslərin duyğularına qarşı duyğu qarşılığının az olması

ƏGƏR AŞAĞIDAKI ƏLAMƏTLƏRDƏN HƏR HANSI BİRİ VƏ hər biri  VARSA VALİDEYNLƏR DİQQƏTLİ OLMALIDIR.

1) 1-1,5 yaşda göz təması yoxsa
2) 3 aylığında ana-ata tanımırsa
3) 3-6 ayında səsli gülmürsə gələcəkdə nitq pozulması ola bilər.
4) təkrarlanan şablon steoretip hərəkətlər 

Autizmin patogenezi isə 20-90 %hallarda səbəb bilinmir 1-cili autizm, 2-cili 10-30 % təsadüf olunur.

Autizmin müalicəsi:
Pedaqoq loqoped ve defektoloq və differensasiya olunmuşsa dərman müalicəsi .

Autizmin profilaktikası:
Hamilə vaxtı ana bətnində inkişafı və uşaq dünyaya gəldikdən sonra  həkim nəzarəti altında davamlı lazımi müayinələrdən və ehtiyat müalicə tədbirləri ilə və eyni zamanda sağlam ailə münasibətləri çərçivəsində sağlam həyat tərzi keçirməklə qarşısı alına bilər.Uşaq dünyaya gələrkən topuq testi ilə gələcək xəstəliklərdən qurtulmaq mümkündür.


Ellada Qurbanova

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz