Neyrofizioloji müayinə üsulları
Müəllif:
Nevroloq Almaz Səfərova , Əlaqə: 050 541-50-50
4395
Neyrofizioloji müayinə üsulları nədir?
Neyrofizioloji müayinə üsulları - müxtəlif patologiyalar zamanı mərkəzi və periferik sinir sistemi funksional vəziyyətinin qiymətləndirmə üsullarıdır. Bu müayinə üsullarına elektroensefaloqrafiya (EEQ), elektroneyromioqrafiya (ENMQ), uyarılmış görmə
potensialları (VEP pattern) və s. aiddir.
EEQ
EEQ - başın üst səthində tüklü hissəyə elektrodlar yerləşdirməklə beyin qabığının funksional bioelektrik aktivliyini müayinə edən üsuldur.
Bu müayinə üsulunun məqsədi:
- baş beyin qabığının oyanıq və yuxu halında normal funksional aktivliyini qiymətləndirmək;
- anormal fəaliyyəti aşkar etmək;
- patologiyanın diffuz və ya ocaqlı olduğunu aşkar etmək;
- ocaqlı patologiyanın lokalizasiyasını dəqiqləşdirmək;
- paroksizmal aktivliyi, epileptik aktivliyi aşkar etmək, xarakterini, yayılma səviyyəsini dəqiqləşdirmək;
- uşaqlarda yaşa görə funksional aktivliyin formalaşmasını dəyərləndirmək;
- nevroloji funksiyalarda, nitqin, motorikanın, davranışın, vegetativ funksiyaların tutmaşəkilli hallarını defferensə etmək;
- müalicəyə dinamik nəzarət;
- proqnoz vermək. Beyin ölümünün dəqiqləşdirilməsi.
EEQ-yə göstərişlər
- epilepsiya, bayılma, sinkopa, huşun itməsi;
- kəllə - beyin travması;
- qıcolma sindromu;
- şişlər neyroinfeksiya, hipotalamik disfunksiya;
- beyin ölümü, koma, sopor təyin etmək.
EEQ - oyanıq və yuxu halında aparıla bilir. Müasir zamana uyğun olaraq video EEQ monitorinq daha
məsləhətlidir. Xəstənin şikayəti və klinikasına müvafiq olaraq, cəkiliş şəraiti həkim tərəfindən seçilir. Ehtiyac
olduqda yuxu deprivasiyası fonunda və ya uzunmüddətli videomonitorinqlər aparılır. Bu, əsasən, epilepsiya və qeyri-epileptik paroksizmlərin differensasiyası ücün dəyərli olub, xəstənin uzunmüddətli video və yazı cəkilişidir.
EEQ-nin üstünlükləri:
- invaziv metod deyil;
- yaxşı öyrənilmiş, təsdiqini tapmış müayinə metodudur;
- asanlıqla həyata keçirilir;
- hazırlıq tələb etmir və tətbiqinə məhdudiyyət yoxdur;
ENMQ
ENMQ- periferik sinir - əzələ keçriciliyini, əzələləri funksional müayinə edən yeganə metoddur.
ENMQ vasitəsilə aşağıdakılar müəyyən edilir:
- sinir liflərindən impulsun keçmə sürəti;
- periferik sinirlərin zədələnmə lokalizasiyası;
- elektrik qıcığına cavab olaraq əzələnin yığılma qabiliyyəti.
ENMQ-yə göstərişlər
- periferik sinir və sinir kələfləri travmaları;
- tunel sindromu;
- polineyropatiyalar;
- dağınıq skleroz;
- yan amiotrofik skleroz;
- Parkinson sindromu;
- miasteniya;
- patoloji əzələ yorğunluğu;
- Şarko-mari nevral amiotrafiya;
- nevrit və nevropatiyalar.
ENMQ-nin üstünlükləri:
- sinir - əzələ keçiriciliyini müayinə edən yeganə metoddur;
- zədələnmə lokalizasiyasını, xarakterini,
- dərəcəsini, tipini dəqiqləşdirməyə yardım edir.
- müalicə dinamikasını izləməyə və proqnoz barədə məlumat ücün yardım edir;
- müalicə dinamikasını izləməyə və proqnoz barədə məlumat ücün şərait yaradır;
- yaxşı öyrənilmiş və təsdiqini tapmış metoddur.
ENMQ 2 üsulla aparılır - stimulyasion və iynəli
ENMQ. Stimulyasion ENMQ - periferik sinir
impulsunun ötürülməsi pozulduqda və ya periferik sinirlər zədələndikdə əhəmiyyətlidir: İynəli ENMQ -onurğa beynin zədələnməsi və skelet əzələlərinin zədələnməsinin diaqnostikasında əhəmiyyətlidir. Kompleks ENMQ - müxtəlif oxşar kliniki halların differensasiyası ücün aparılır.
Əks göstərişlə:
- elektrokardiostimulyator qoymuş xəstələrə olmaz;
- epilepsiya xəstələri ehtiyatlı olmalıdır;
- müayinədən qabaq antikoaqulyant, miorelaksant, sinir-əzələ keçiriciliyini artıran preparatları qəbul etmək məsləhət deyil.
VEP pattern
Reversiv pattern stimulyasiyasına görmə qabığının cavablarının qeydiyyatı aparılır. Bu üsul görmə sinirinin keçiriciliyini torlu qişadan beyin qabıgının görmə mərkəzinə qədər öyrənir.
VEP pattern-ə göstərişlər
- ambliopatiya;
- okulyar hipertenziya;
- diabetik retinopatiya;
- dağınıq skleroz;
- retrobulbar nevrit;
- işemik, toksik və ya metabolik optik neyropatiya və s.
VEP pattern-in üstünlükləri:
- yaxşı öyrənilmiş, təsdiqini tapmış müayinə metodudur;
- həm periferik, həm də mərkəzi sinir sisteminin vəziyyəti haqqında obyektiv informasiya verir;
- şəkərli diabet, görmə siniri travması, qlaukoma kimi xəstəliklərdə görmə pozuntularına dair proqnozlar verməyə şərait yaradır;
- asanlıqla aparılan metoddur.