Aytən  Mirzəliyeva hekimtap.az

Aytən Mirzəliyeva

Kosmetoloq

Bakı
üzün dartılması tredliftinq

Üzün "dartılması" (Tredliftinq)

Müəllif: Aytən Mirzəliyeva
13423

Paylaşıldı: 22.09.2017
Aytən Mirzəliyeva

Cavanlaşdırmanın ən mütərəqqi metodikalarından biri mezosaplar olmuşdur. Mezosaplar ən nazik polidioksanon (PDO) iplərindən alınan ən nazik saplardır, onların üstü isə poliqlikol turşusundan hazırlanır.  Başqa sözlə mezosapların əsəsı polisüddən ibarətdir. Mezosapların qalınlığı təxminən 0,1-0,3 mm təşkil edir.

Mezosapların dəri toxumalarının altına daxil edilməsi tredliftinq adlanır. (ingliscə thread - sap deməkdir). Bu texnologiya tikişsiz estetik əməliyyatlara aiddir. Tredliftinq Cənubi Koreyada yaranmış və 2011-ci ildən etibarən bütün dünyada məhşurlaşmışdır.   Prosedurun əsas mexanizmi xüsusi nazik iynələr vasitəsi ilə dəri toxumalarının altına mezopsapların daxil edilməsi nəticəsində "karkas strukturunun" yaranmasından ibarətdir.  Qeyri-adi ərintidən hazırlanmış ən nazik xüsusi iynələr müxtəlif istiqamətlərə əyilmək qabiliyyətinə malikdir. Nəticədə üzün yaxud bədənin, elə bil ki  3D-modelləşməsinə bənzər konturları əmələ gəlir.  Buna görə də prosedurun digər adı - 3d-tredliftinq ya da 3d-mezosaplardır.

Tredliflinqin köməyi ilə üz, boyun və bədənin konturlarını mühüm dərəcədə korrektə etmək, mimik qırışlarını çox yaxşı hamarlamaq, dərini dartmaq mümkündür. Mezosapların poliqlikol turşusundan olan üstü dəri hüceyrələrində öz kollaqeninin və elastininin istehsalını stimullaşdırır.

Tredliftinqin üstünlükləri şübhə doğrultmur:
 
- Tikissiz prosedur;
 - Prosedurun dərhal aparılması;
 - Minimun sayda iz qalması;
 - Tez zamanda sağalma effekti;
 - Dəri içindən görünməyən saplar;
 - Allerjik reaksiyaların olmaması;
 - Ağrı hisslərin olmaması;
 - Başqa kosmetoloji prosedurlarla birgə keçirilməsi imkanı.

Mezosaplar tamamilə əriyən materialdır və bu material öz kolaqeninin və elastininin istehsalına təkan verir. Mezosaplar insan orqanizminə tam uyğundur. Mezosaplar təxminən yarım il ərzində əriyib yox olur, tredliftinqin effekti isə 1-1,5 il  müddətinədək saxlanır.  

Hər bir kosmetoloji prosedur kimi, mezosaplarla keçirilən tredliftinqin də öz məhdudiyyətləri və əks göstərişləri var:
 
- İmmun sisteminin xəstəlikləri;
 - Hamiləlik və laktasiya dövrü;
 - Ehtimal tutulan prosedur yerində iltihab prosesləri;
 - Ehtimal edilən tredliftinq yerində dəri zədələri;
 - Qan laxtalanması problemi; dərinin iltihab vəziyyəti;
 - Şəkər diabeti; ürək-damar xəstəlikləri;
 - Bir az əvvəl keçirilmiş kosmetoloji prosedurlar — dərin pilinq, kontur plastikası;
 - Kelloid çapıqları və onların əmələ gəlməsi ehtimalı;
 - Onkoloji xəstəlikllər;
 - Psixosomatik xəstəliklər.

Mezosapların sayi dərinin vəziyyətindən və "karkas strukturunun" gücləndirmə göstərişindən asılıdır və həz zaman ciddi şəkildə fərdi olur. Göz ətrafı üçün minimal miqdar 10 mezosapa bərabərdir.  Orta hesabla hər nahiyə üçün 10-20 mezosap sərf edilir. Üz konturunun dartılmasına 50-100 mezosap tələb oluna bilər. Mezosapların sayı həmçinin istifadə edilən mezosapların növündən asılı olacaqdır.  Sıra mezosapların sayı daha çox, iynə mezosapların sərfiyyatı isə nisbətən az ola bilər.  Müxtəlif nahiyə və daxil etmə dərinliyi üçün nəzərdə tutulmuş mezosaplar müxtəlif uzunluğa malikdir. Prosedurdan əvvəl dəri dezinfeksiya olunur, lazım olduqda isə ağrıkəsici krem yaxud qeldən istifadə edilir.  "Karkas strukturunun" gücləndirilməsi üçün nazik birdəfəlik iynələrdən istifadə edilir. Mezosaplar bu iynələrə birləşir. Həmin iynələr öz qalınlığına görə akupunktur iynələrinə bənzərdir.  Bu növ iynələr qeyri-travmatikdir və dərini zədələmir.  Onlar lazım olan nahiyələrdə dərinin toxumalırının altına daxil edilir və daha sonra çıxarılır.  Mezosaplar dəri altında qalır.  Prosedur 30 dəqiqən 1 saatadək davam edir.  "Karkas strukturunun" gücləndirmə müddəti dartılma sahəsindən və daxil edilən mezosapların sayından asılı olacaq.  Prosedurla əlaqədar ağırlaşmaların və müəyyən mənfi nəticələlərin olamamasına görə tredliftinqin daha bir üstünlüyü var. Həmin üstünlük ondan ibarətdir ki, proseduru keçirmək üçün pasienti əsas fəaliyyəntindən ayrmaq gərək deyil.

Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.


Aytən Mirzəliyeva

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz