Ülker Məmmədova hekimtap.az

Ülker Məmmədova

Kosmetoloq

12 il iş təcrübəsi

Bakı
hicama

Hicama nədir?

Müəllif: Dr.Ülkər Məmmədova
53114

Paylaşıldı: 13.09.2019
Ülker Məmmədova

Hacamat və ya hicam-qanalma  deməkdir.Hicam bir çox xəstəliklərdən qurtulmaq üçün ən effektiv üsullardan biridir. Ərəb dilində ,, sovurmaq'' deməkdir. Bədəndə olan ,, çirkli qan " xüsusi vakuum vasitəsilə yenilənir.Hicam peyğəmbərimiz tərəfindən məsləhət görüldükdən sonra İslam aləmində daha çox yayılmağa başlamışdır.H.Məhəmməd hicamın əhəmiyyəti haqqında bunları buyurmuşdur: ,, Damarlardan və ya dəridən qan aldırmaq, müalicə olduğunuz şeylərin ən faydalarindan. "

Hicamın faydaları:

1. Qan hüceyrələri yenilənir.
2. Qana müxtəlif yollarla qarışan ,, çirkli'' qarışıqlar da orqanizm tərəfindən təmizlənir.
3. İmmun sistemini qüvvətləndirir, bədənin müqavimətini artıraraq xəstəliklərdən qoruyur.
4.Qan dövranını və maddələr mübadiləsini tənzimləyir.
5.Hipertaniya xəstələrində çox müsbət təsir göstərir,belə ki  hətta çox yüksək qan təzyiqini aşağı salır və effekt uzun müddət ərzində saxlanılır (2 həftədən bir neçə aya qədər).
6. Qanın qatılığı 20-30 % azalır ki,bu da damarlarda trombların əmələ gəlmə riskini xeyli azaldır.
7. Şəkər xəstələrində hicamın əvəzsiz rolu var, belə ki, şəkər xəstələrində maddələr mübadiləsi pozulur,damar menfezi daha tez tutulur.

Hicamın göstərişləri:

1. Müxtəlif baş ağrıları
2. Hipertoniya xəstəliyi
3. Tənbəllik
4. Allergiya
5. Müxtəlif dəri səpgiləri
6. Kürək və bel ağrısı
7. Ödemlər
8. Əzələ ağrıları
9. Menstrual ağrılar
10.Miqren və baş ağrıları
11.Astma
12. Yuxarı və aşağı tənəffüs yollarının xəstəlikləri

Hicamı profilaktik məqsədi ilə ildə 2 dəfə (yazda və payızda), müalicə məqsədilə isə  ayda 2-3 dəfə tətbiq edilə bilər.

Sağlamlığımızın qayğısına qalmağı heç vaxt unutmayaq.


Ülker Məmmədova

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz