Günay Novruzova hekimtap.az

Günay Novruzova

Kardioloq

11 il iş təcrübəsi

Bakı
QANIN BƏZİ LABORATOR GÖSTƏRİCİLƏRİ VƏ ONLARIN KLİNİK ƏHƏMİYYƏTİ

QANIN BƏZİ LABORATOR GÖSTƏRİCİLƏRİ VƏ ONLARIN KLİNİK ƏHƏMİYYƏTİ

Müəllif: Kardioloq Günay Novruzova, Əlaqə: (+994) 50 628-68-97
34234

Paylaşıldı: 23.04.2020
Günay Novruzova

I Qanın ümumi analizi.

1. Hemoqlobin
– eritrositlərin (qırmızı qan hüceyrələrinin) tərkibindəki xüsusi piqmentdir; əsas funksiyası oksigeni toxumalara daşıması və karbon qazını orqanizmdən xaric etməsidir. 

Artması – orqanizmin susuzlaşması, qan xəstəlikləri, ürək çatışmazlığının bəzi növləri.

Azalması – anemiya, qanitirmə, gizli qanaxmalar, daxili orqanların zədələnmələri.

2. Eritrositlər – qırmızı qan hüceyrələri, hemoqlobin daşıyıcısı.

Artması – sağlam insanlarda yüksək dağ zirvəsində, ürək qüsurları, bronx, ağciyər, böyrək, qaraciyər xəstəlikləri, hormonal preparatlarla müalicə.

Azalması – anemiya, kəskin qanitirmələr, xronik iltihabi proseslər, hamiləliyin son dövrləri.

3. Leykositlər – ağ qan hüceyrələridir, sümük iliyində və limfa düyünlərində əmələ gəlir; əsas funksiyası orqanizmin müdafiəsidir. 

Artması (leykositoz) – infeksiya, iltihab, bədxassəli şişlər və leykozlar, hormonal terapiya, bəzi ürək dərmanları (məs., diqoksin).

Leykositlərin 5 növü vardır (limfosit, neytrofil, monosit, eozinofil, bazofil), bunların hər biri müəyyən funksiya daşıyır. Ümumi leykositozun bu növlərin hansının hesabına baş verdiyi önəmlidir; məsələn, limfositlərin artması iltihabi prosesin olduğunu göstərir, eozinofillərin artması isə əsasən allergik reaksiyanın göstəricisidir.

Azalması (leykopeniya) – virus infeksiyaları (məsələn, qrip), bəzi dərmanlar (qıcolma əleyhinə preparatlar, ağrıkəsicilər).

4. Trombositlər – qanın normal özlülüyünü təmin edən hüceyrələrdir, tromb əmələ gəlməsində iştirak edir. 

Artması – xronik iltihabi xəstəliklər (vərəm, yaralı kolit, qaraciyər sirrozu), hormonal preparatlarla müalicə, cərrahi əməliyyatlardan sonra.

Azalması – alkoqol qəbulu, ağır metallarla zəhərlənmə, qan xəstəlikləri, böyrək çatmamazlığı, qaraciyər və dalaq xəstəlikləri, hormonal pozğunluqlar, bəzi dərmanlar (antibiotiklər, sidikqovucular, diqoksin, nitroqliserin, hormonlar).

5. EÇS (eritrositlərin çökmə sürəti) – xəstəliyin gedişini göstərir; adətən xəstəliyin 2-4-cü sutkasında artır, bəzən sağalma dövründə maksimuma çatır.

Artması – infeksiyalar, iltihab, anemiya, böyrək xəstəlikləri, hormonal pozğunluqlar, travma və əməliyyatdan sonrakı şok vəziyyəti, hamiləlik.

Azalması – qan dövranı çatmamazlığı, anafilaktik şok.
 

 II Qanın biokimyəvi analizi.

1. Qlükoza. Artması – şəkərli diabet. Azalması – qeyri-müntəzəm və az qidalanma, hormonal xəstəliklər.

b) Ümumi zülal. Azalması – qaraciyər və böyrək xəstəlikləri, kəskin az qidalanma (ağır məhdudlaşdırıcı pəhrizlər).

2. Ümumi bilirubin – qaraciyərin fəaliyyətini göstərir. Artması – hepatitlər, öd daşı xəstəliyi, eritrositlərin parçalanması.

3. C-reaktiv zülal – orqanizmin müdafiə reaksiyasının stimulyatorudur. Artması – iltihabi proseslər, oral kontraseptivlərin qəbulu (normal haldır).

4. Revmatoid faktor – insanın yaşından və cinsindən asılı olmayaraq normada qanda olmamalıdır. RF – antitellərdir, əzələ və birləşdirici toxuma xəstəliklərində, virus infeksiyalarında, bədxassəli şişlərdə, sistem və autoimmun xəstəliklərdə qanda görünür.

5. Transferrin – dəmir daşıyan əsas zülaldır. Azalması – anemiya, sirroz, dəmir artıqlığı, xronik iltihabi proseslər. Yaş artdıqca qanda transferrin təbii olaraq azalır. 

6. Ferritin – dəmir metabolizminin pozulmasını göstərir. Artması – qaraciyər xəstəlikləri, xronik böyrək çatmamazlığı, şiş xəstəlikləri.

7. Triqliseridlər – qaraciyərdə karbohidrat mübadiləsi məhsuludur, qida ilə də orqanizmə daxil olur. Artması – şəkərli diabet, ürək-damar xəstəlikləri, hamiləlik. Azalması – qaraciyər zədələnməsinin terminal mərhələsi, qalxanvari vəzi xəstəlikləri, zəif qidalanma.

8. Xolesterin-HDL – “yaxşı xolesterin“. Artması – damar piləklərinin əmələ gəlməsi üçün aşağı risk. Azalması – aterosklerozun proqressivləşməsi (hətta ümumi xolesterin normal səviyyədə olsa da). 

9. Xolesterin-LDL – “pis xolesterin“. Artması – aterosklerozun inkişafı.

10. Ümumi xolesterin – HDL və LDL-in birlikdə səviyyəsidir. Artması – şəkərli diabet, ateroskleroz. Azalması – psixofizioloji pozğunluqlar, reproduktiv funksiyanın pozulması.

11. Vitamin B12 – sümük iliyində eritrositlərin əmələ gəlməsində və yetişməsində iştirak edir. Artması – leykoz, qaraciyər və böyrək xəstəlikləri. Azalması – vegetarian qidalanma, parazitar xəstəliklər, mədə-bağırsaq yolunun iltihabi xəstəlikləri.

12. Dəmir – oksigen mübadiləsində iştirak edir. Artması – bağırsaq funksiyasının pozulması. Azalması – rasionda və maddələr mübadiləsində pozğunluq.

13. Kalium – ürəkn fəaliyyətini təmin edir. Artması – kalium preparatlarının lazım olduğundan çox qəbulu, massiv hemoliz, toxumaların ağır zədələnməsi, asidoz, dehidratasiya, işemiya, bəzi sidikqovucu dərmanlar. Azalması – xronik aclıq, davam edən qusma, diarreya, bəzi sidikqovucu dərmanlar, böyrək xəstəlikləri, alkaloz.

14. Kalsium – sümük iliyinin əmələ gəlməsində və əzələlərin, sinirlərin, ürək və damarların fəaliyyətində iştirak edir. Artması – şiş xəstəlikləri. Azalması – vitamin D çatmamazlığı, qidalanmada balansın pozulması, endokrin pozğunluqlar, qaraciyər və böyrək xəstəlikləri. 

15. Maqnezium – hüceyrədaxili mübadilə proseslərini və impulsların sinirdən əzələyə ötürülməsini təmin edir. Artması – böyrək çatmamazlığı. Azalması – qeyri-düzgün qidalanma, qaraciyər patologiyaları.

16. Natrium – maqnezium ilə birlikdə impulsların ötürülməsində, həmçinin, kalsium mübadiləsində iştirak edir. Artması – şəkərsiz diabet, sidikçıxarıcı sistemin xəstəlikləri. Azalması – şəkərli diabet, qaraciyər və böyrək çatmamazlığı. 

17. Kreatinin – böyrək fəaliyyətini göstərir. Artması – böyrək çatmamazlığı, qalxanvari vəzin xəstəlikləri, şüa xəstəliyi. Azalması – immunitetin enməsi, acqalma, əzələ kütləsinin azalması.

18. Sidik turşusu – qaraciyərdə əmələ gəlir, böyrəklərlə xaric olunur. Artması - podaqra, alkoqolizm, qaraciyər və böyrək patologiyaları. Azalması – qeyri-düzgün qidalanma.

19. Sidik cövhəri – orqanizm üçün toksik olan ammonyakın parçalanması nəticəsində əmələ gəlir. Artması – böyrək çatmamazlığı, yüksək zülallı rasion. Azalması – vegetarian qidalanma, sirroz, hamiləlik.

20. ALAT və ASAT – qaraciyər fermentləridir. Artması – ciddi qaraciyər və ürək-damar xəstəlikləri.

21. Laktat (süd turşusu) – enerji istifadəsi zamanı əmələ gəlir. Artması – fiziki yüklənmə, şəkərli diabet, alkoqol zəhərlənməsi, qaraciyər və böyrək funksiyasının zəifləməsi, aspirin dozasının artıqlığı, şoklar. Hamıya tanış olan fiziki məşqlərdən sonrakı əzələ ağrıları qana aktiv şəkildə süd turşusunun ifraz olunmasının nəticəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az 


Günay Novruzova

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz